Məhkəmə qərarları › İş №8(021)-344/2023

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-344/2023

08.06.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-344/2023 08.06.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X1 iclas kаtibliyi ilə, Bərdə rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(021)-704/2022 nömrəli icra vərəqəsi üzrə Bərdə Rayon Məhkəməsinin 13 dekabr 2022-ci il tarixli 8(021)-552/2022 saylı qərardadı ilə üzərinə həbs qoyulmuş əmlakın üzərindən həbsin götürülməsinə dair təqdimatına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bərdə rayon İcra və Probasiya Şöbəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək, Borclu adına qeydə alınmış “VAZ 21705 minik” markalı, **-NE-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsini məhkəmədən xahiş etmişdir. Təqdimat belə əsaslandırılmışdır ki, Bərdə Rayon Məhkəməsinin e-2(021)-704/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu cəmi 1232 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə əlaqədar Bərdə Rayon Məhkəməsinin 8(021)-552/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə Borclu adına qeydə alınmış, “VAZ 21705” minik markalı, **-NE-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. İcra sənədi üzrə tələbkar "xxxx" ASC ərizə ilə şöbəyə müraciət edərək borcdan 500 manat ödənildiyini və Borclu məxsus “VAZ 21705” minik markalı, **-NE-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsinə etiraz etmədiklərini bildirmişdir. Belə olan halda məcburi icra tədbirlərinə ehtiyac olmadığına görə üzərinə həbs qoyulmuş həmin avtomobilin üzərindən həbsin götürülməsi zərurəti yaranmışdır. Tərəflər və icra məmuru məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Məhkəmə işə tərəflərin və icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək, hesab edir ki, təqdimat əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bərdə rayon Məhkəməsinin e-2(021)-704/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra vərəqindən görünür ki, iddianın təmin edilməsi, cavabdeh Borclu 1200 (bir min iki yüz) manat borc və 32 (otuz iki) manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. Bərdə Rayon Məhkəməsi tərəfindən verilmiş 8(021)-552/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, təqdimat təmin olunmuş, Bərdə rayon İcra və Probasiya Şöbəsinin icraatında olan Bərdə rayon Məhkəməsinin 15 fevral 2022-ci il tarixli, e-2(021)- 704/2022 nömrəli icra sənədi üzrə borc məbləğinin Borclu məxsus olan “VAZ 21705” minik markalı, **-NE-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, “VAZ 21705” minik markalı, **-NE-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması və həmin avtomobilin cərimə meydançasına yerləşdirilməsi qərara alınmışdır. Tələbkar "xxxx" ASC-nin Bərdə rayon İcra və Probasiya Şöbəsinə ünvanladığı 05/01- 981 saylı 22 may 2023-cü il tarixli məktubun surətindən görünür ki, Borclu tərəfindən bu günədək ümumi borcun 500 (beş yüz) manatının ödənildiyini, qalıq borcun da 2 ay ərzində ödəniləcəyini bildirməklə ona məxsus avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsinə dair şirkətə olan ərizəsinin nəzərə alınaraq avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsinə etiraz edilmədiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qərarları bütün şəxslər üçün məcburidir və Azərbaycan Respublikası ərazisində hökmən icra olunmalıdır. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə bu prinsipi belə vurğulamışdır: «....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». Məhkəmə hesab edir ki, tərəflər arasında razılıq əldə olduğundan və icra sənədinin icrasına maneə törətməyəcəyi nəzərə alınaraq əmlakın üzərindən qoyulmuş həbsin götürülməsinə dair icra məmurunun təqdimatı təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 231, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bərdə Rayon Məhkəməsinin 13 dekabr 2022-ci il tarixli 8(021)-552/2022 saylı qərardadı ilə Borclu adına qeydə alınmış “VAZ 21705 minik” markalı, **-NE-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Hаkim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar