Məhkəmə qərarları › İş №8(021)-376/2023

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-376/2023

04.07.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-376/2023 04.07.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlunun sədrliyi, X3 iclas kаtibliyi ilə, Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X22 Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(021)-664/2011 nömrəli icra sənədi üzrə borclunun əmlakı üzərinə həbs qoyulmasına dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X22 Rayon Məhkəməsinin 2(021)-664/2011 nömrəli, xx.xx.2011-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə tələbin borc məbləği həddində Borclu məxsus əmlakın üzərinə həbs qoyulmasını məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bərdə rayon Məhkəməsinin 2(021)-664/2011 nömrəli, xx.xx.2011-ci il tarixli icra sənədinə əsasən Borclu və qeyrilərindən 8834 manat kredit borcu və 10 manat dövlət rüsumu alınaraq "xxxx" ASC-nin xeyrinə ödənilməldidir. İcra sənədinin icrası ilə əlaqədar olaraq tərəflərindən xx.xx.2023-cü il tarixdə Borclu Bərdə rayon Sərkarlar kəndində yerləşən evinə baxış kecirilmişdir. Baxış zamanı Borclu yaşadığı evin həyətində 4 baş qara rəngli inək heyvanı aşkar edilmişdir. 3 baş iri buynuzlu heyvan üzərinə həbs qoyulmuşdur. Həbs qoyulmuş 3 baş iribuynuzlu heyvanı Borclu özünə verilməsi üçün tərəflərindən akt tərtib olunmuşdur. Tərəflərindən Borclu üzərinə həbs qoyulmuş əmlakın özgəninkiləşdirilməsi, israf edilməsi və gizlədilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. Məhkəmə təqdimatı və icra işinin materiallarını araşdırıb, hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bərdə rayon Məhkəməsinin 2(021)-664/2011 nömrəli, xx.xx.2011-ci il tarixli məhkəmə əmrindən görünür ki, borclular Bərdə rayon Sərkarlar kəndində yaşayanlar X8, X13, X15, X14, X9, X11, X10, X4, X12, X5 və subsidiar zamin Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 33, mənzil 3-də yaşayan X6 müştərək qaydada 5442,55 manat məbləğində əsas kredit, 1351,31 manat faiz borcu, 2040,50 manat dəbbə pulu olmaqla, cəmi 8834,36 manat vəsait və ödənilmiş 10 manat dövlət rüsumu tutulıaraq "xxxx" İKB ASC-nin xeyrinə ödənilməlidir. Bərdə Rayon İcra Bölməsinin icra məmuru X2 xx.xx.2011-ci il tarixli icraata başlamaq haqqında qərarından və bildirişin surətindən görünür ki, icra sənədi üzrə icraata başlanmış və borcluya tələbin könüllü icra olunması üçün 10 gün müddət verilmişdir. Bərdə rayon İcra Hakimiyyəti Başçısının Kolayır kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 06.2023-cü il tarixli, 339 nömrəli arayışın surətindən görünür ki, Bərdə rayon, Sərkarlar kənd sakini Borclu təsərrüfatında 4 baş iribuynuzlu malqara (2 baş inək, 2 baş buzov) vardır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, Bərdə rayon İcra Şöbəsinin icra məmurları Həsənov Sadiq, Qasımzadə Məhəmmədəli, Bank əməkdaşı, iş üzrə Borclu iştirakı ilə borclu X7 evinin həyətində olan təsərrüfata baxış keçirilmiş və 2 iri buynuzlu malın və 1 iribuynuzlu buzovun üzərinə həbs qoyularaq iş üzrə borcluya saxlanca verilmişdir. Bərdə rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış məktubdan görünür ki, Bərdə rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(021)-664/2011 nömrəli qərarı ilə X1 və qeyrilərindən müştərək qaydada "xxxx" İKB ASC-nin (indiki adı "xxxx" ASC olan) xeyrinə ümumilikdə 8834,36 manat və ödənilmiş 10 manat dövlət rüsumunun tutlması müəyyən edilmişdir. Qeyd olunan məhkəmə qərarı üzrə cavabdehlər 652,34 manat ödəniş etmişlər. Hal-hazırda məhkəmə qərarı üzrə qalıq borc ümumilikdə 8192,02 manat təşkil edir. Odur ki, borcun ödənişinin təmin etmək məqsədi ilə icra tədbirlərini davam etdirərək “İcra haqqında” qanuna müvafiq olaraq borclular barəsində məcburi icra tədbirlərinin görülməsini ondan xahiş etmişdir. İş materialına əlavə edilmiş fotoşəkillərdən 2 iribuynuzlu malın və 2 buzovun olması görünür. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qərarları bütün şəxslər üçün məcburidir və Azərbaycan Respublikası ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə görə, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. 43.1 və 43.1.1-ci maddələrinə əsasən, borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir. 44.1 və 44.1.3-cü maddələrinə uyğun olaraq, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirinin tətbiqi üçün əsasdır. 45.1-ci maddəsinə görə, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. 50.2-ci maddəsinin 2-ci hissəsinə əsasən, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakı üzərinə həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Məhkəmə hesab edir ki, borclunun başqa əmlakı olmadığından mal-qara üzərinə həbs qoyulması yolu ilə icra sənədinin icra edilməsinin təmini mümkün olduğundan icra məmurunun təqdimatı təmin edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 231, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqdimat təmin edilsin. Bərdə Rayon Məhkəməsinin 2(021)-664/2011 nömrəli, xx.xx.2011-ci il tarixli icra sənədi üzrə tələbin borc məbləği həddində əmlaka yönəldilərək xx.xx.1966-cı il təvəllüdlü, Bərdə rayonu Sərkarlar kəndində yaşayan Borclu məxsus 3 baş iri buynuzlu heyvanın üzərinə həbs qoyulsun. Qərardad rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardaddan yazılı şəkildə Bərdə rayon məhkəməsinə şikayət verilə bilər. Hаkim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar