Məhkəmə qərarları › İş №8(021)-377/2023

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-377/2023

11.07.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-377/2023 11.07.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi Məhkəmə iclas katibi Bayramov Orxan Elşən oğlunun katibliyi, İcra sənədi üzrə borclunun əmlakı üzərinə həbs qoyulması tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Sahil Rzayev təqdimatla məhkəməyə müraciət edərək icra sənədi üzrə Borclu məxsus olan “Mercedes Benz CL550” markalı **-MR-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərinə həbs qoyulmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, X1 e-2-2(115)-1705/2022 saylı, 24 oktyabr 2022-ci il tarixli icra sənədinə əsasən Borclu cəmi 4700 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. X1 e-2-2(115)-1705/2022 saylı, 24 oktyabr 2022-ci il tarixli icra sənədinin icrası zamanı qeyd olunan icra vərəqəsi üzrə Borclu məxsus olan Mercedes Benz CL550” markalı **-MR-*** dövlət qeydiyyat nişanlı avtomobil olduğu müəyyən olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, borclu, tələbkar və Bərdə Rayon İcra və probasiya Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmələrinin səbəbini üzrsüz sayaraq işə onların iştirakları olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə təqdimatı və icra işinin materiallarını araşdırıb, hesab edir ki, təqdimat qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Borclu cəmi 4700 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Məhkəmə borclu X2 borcunun 4700 manat təşkil etməsini nəzərə alaraq hesab edir ki, Borclu məxsus olan Mercedes Benz CL550” markalı **-MR-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərinə həbs qoyulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 363-364, 367-368-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Təqdimat qismən təmin edilsin. X1 e-2-2(115)-1705/2022 saylı, 24 oktyabr 2022-ci il tarixli icra sənədi üzrə Borclu məxsus olan Mercedes Benz CL550” markalı **-MR-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərinə həbs qoyulsun. Qərardadın icrası Bərdə rayon İcra və probasiya Şöbəsinə və Azərbaycan Respublikası Baş X4 İdarəsinə həvalə edilsin. Qərardad rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardaddan yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar