Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-389/2023 12.07.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, X9 iclas katibliyi ilə, X1 Bərdə rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(021)-2528/22 saylı qətnaməsinin hissə-hissə icra olunması barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: X2 ərizə ilə məhkəməyə müraciət edərək, Bərdə rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(021)-2528/22 saylı qətnamənin hissə-hissə icra olunması barədə qərardad qəbul olunmasını xahiş etmişdir. X2 ərizəsini onunla əsaslandırmışdır ki, Bərdə rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(021)-2528/22 saylı qətnaməsinə əsasən ondan 4200 manat dəyərində qızl-zinət əşyaları alınaraq tələbkar X4 hesabına ödənilməsi qət edilmişdir. Həmin qətnamə icra olunması üçün Bərdə rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş, lakin maddi imkanı olmadığından qızılların pulunu bir dəfəyə ödəyə bilmir. Odur ki, həmin qətnamənin hissəhissə icra olunması barədə qərardad qəbul olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, tələbkar, borclu və Bərdə rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasına gəlməmələrinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməməlidir. Ərizəyə əlavə edilmiş AZE 17575880 saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, X10 xx.xx.1983-cü il tarixdə Bərdə rayonunda anadan olmuşdur. Bərdə rayon Mollaisalar kəndində qeydiyyatdadır. Ərizəyə əlavə edilmiş Bərdə rayon İHB-nin Kolayır kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 335 saylı arayışdan görünür ki, X3 rayon Mollaisalar kəndində yaşayır və qeydiyyatdadır. Ərizəyə əlavə olunmuş Bərdə rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(021)- 2528/22 saylı qətnaməsinə və icra vərəqəsindən görünür ki, iddiaçı X4 cavabdeh X8 qarşı əmlak tələbinə dair iddiası qismən təmin edilmiş, 770 manat dəyərində 11 qram çəkidə 583 əyarlı dəst (sırğa, üzük) 1050 manat dəyərində 1 ədəd 15 qram çəkidə 583 əyarlı sep, 1260 manat dəyərində 1 ədəd 18 qram çəkidə 583 əyarlı sep, 840 manat dəyərində 1 ədəd 12 qram çəkidə 583 əyarlı bilərzik, 280 manat dəyərində 2 ədəd 4 qram çəkidə 583 əyarlı üzük cavabdeh X5 alınaraq iddiaçı X6 verilməlidir. İcra Haqqında Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikasının MPM-nin 231-ci maddəsində qeyd olunur: 231.1. İşə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. 231.2. Həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə qeyd edir ki, qətnamənin hissə-hissə icra olunması məsələsinə baxılarkən tələbkarın da mənafeyi nəzərə alınmalı və onun qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş hüquqlarının pozulmasına yol verilməməlidir. Məhkəmə hesab edir ki, X1 ərizəsində istinad etdiyi hallar sübuta yetmədiyindən, həmin halları təsdiq edən sübutlar ərizəçi tərəfindn məhkəməyə təqdim olunmadığından X1 Bərdə rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(021)-2528/22 saylı qətnaməsinin hissə-hissə icra olunması barədə ərizəsi təmin edilməməlidir. MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 77.1-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: X1 Bərdə rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(021)-2528/22 saylı qətnaməsinin hissə-hissə icra olunması barədə ərizəsi təmin edilməsin. Qərardad rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardaddan yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hаkim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №8(021)-389/2023
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-389/2023
12.07.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver