Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-390/2023 25.07.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədirliyi, Məhkəmə iclas katibi Bayramov Orxan Elşən oğlunun katibliyi, Tələbkar "xxxx" MMC-nin Bərdə Rayon Məhkəməsinin 2(021)-4561/2017 saylı, 26 iyul 2017-ci il tarixli məhkəmə qərarının yenidən icraya yönəldilməsinə dair ərizəsinə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bərdə Rayon Məhkəməsinin 2(021)-4561/2017 saylı,26 iyul 2017-ci il tarixli qətnaməsinə əsasən cavabdeh X1 445 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" MMC –nə verilməsi qət edilmişdir. Tələbkar "xxxx" MMC məhkəməyə ərizə verərək, Bərdə Rayon Məhkəməsinin 2(021)-4561/2017 saylı, 26 iyul 2017-ci il tarixli icra sənədinin yenidən icra yöndəlilməsini xahiş etmişdir. Tələbkar 2(021)-4561/2017 saylı, 26 iyul 2017-ci ərizəsini onunla əsaslandırmışdır ki, Bərdə Rayon Məhkəməsinin 2(021)-4561/2017 saylı, 26 iyul 2017-ci il tarixli qətnaməsinə əsasən cavabdeh X1 445 manat məbləğində pul vəsaiti tutularaq "xxxx" MMC verilməsi qət edilmişdir. Qeyd edilən icra sənədi icra olunması üçün Bərdə Rayon İcra və probasiya Şöbəsinə göndərilmiş, qətnamənin icra vəziyyəti ilə bağlı müraciətlərinə cavab olaraq icra sənədinin məhkəməyə geri qaytarıldığı göstərilmişdir.Bərdə Rayon Məhkəməsinin 2(021)-4561/2017 saylı, 26 iyul 2017-ci il tarixli icra sənədinin yenidən icraya yönəldilməsini xahiş etmişdir. Məhkəmə iclasın vaxtı və yeri barədə tələbkara, borcluya və Bərdə rayonu İcra və probasiya Şöbəsinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə işə borclu, tələbkar və Bərdə rayonu İcra və probasiya Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, Bərdə Rayon Məhkəməsinin 2(021)-4561/2017 saylı, 26 iyul 2017-ci il tarixli qətnaməsinə əsasən cavabdeh X1 445 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" MMC –nə verilməsi qət edilmişdir. İcra sənədi icraya yöndəlilmişdir, lakin icra sənədi icra edilmədən məhkəməyə qaytarılmışdır. Məhkəmə hesab edir ki, "xxxx" MMC-nin Bərdə Rayon Məhkəməsinin 2(021)- 4561/2017 saylı, 26 iyul 2017-ci il tarixli qətnaməsi üzrə icra sənədi üzrə icra məmurunun “İcra sənədinin qaytarılması haqqında” qərar qəbul edilmiş və həmin qərarı ərizəçi mübahisələndirməmiş, birbaşa olaraq icra işi məhkəmə əmrinin yenidən icraya yönəldilməsini xahiş etdiyindən ərizə təmin edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutuaraq məhkəmə QƏRARAALDİ: Tələbkar "xxxx" MMC-nin Bərdə Rayon Məhkəməsinin 2(021)-4561/2017 saylı,26 iyul 2017-ci il tarixli məhkəmə qərarının yenidən icraya yönəldilməsi barədə ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №8(021)-390/2023
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-390/2023
25.07.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver