Məhkəmə qərarları › İş №8(021)-399/2023

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-399/2023

12.07.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-399/2023 12.07.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, X4 iclas katibliyi ilə, Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 Bərdə rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(021)-6046/18 saylı icra sənədi üzrə tələbin əmlaka yönəldilməsi haqqında təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Bərdə rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(021)-6046/18 saylı icra sənədinin icrası zamanı Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 təqdimatla məhkəməyə müraciət edərək, icra sənədi üzrə borc məbləğinin Borclu məxsus olan Toyota Corolla minik markalı **-HK-*** dövlət nömrə nişanlı avtomobilə yönəldilməsi, borclu X6 məxsus olan Toyota Corolla minik markalı **-HK-*** dövlət nömrə nişanlı avtomobil üzərinə həbs qoyulması, Borclu məxsus olan Toyota Corolla minik markalı **- HK-*** dövlət nömrə nişanlı avtomobil cərimə meydançasına yerləşdirilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 təqdimatı onunla əsaslandırmışdır ki, Bərdə rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(021)-6046/18 saylı icra sənədi üzrə Borclu oğlundan cəmi 11130 manat tutularaq X5 xeyrinə ödənilməlidir. İcra sənədinin icrası ilə əlaqədar icraata başlamaq haqqında qərarı və tələbin könüllü icrası haqqında bildiriş borcluya göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Elektron icra sistemindən çıxarış zamanı Borclu məxsus olan Toyota Corolla minik markalı **-HK-*** dövlət nömrə nişanlı avtomobil olduğu aşkar olunmuşdur. Hazırda borclunun əmlakının üzərinə həbs qoyulması zərurəti yaranmışdır. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tələbkar, borclu və icra məmuru məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, hesab edir ki, təqdimat təmin olunmalıdır. Təqdimata əlavə olunmuş Bərdə rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(021)- 6046/18 saylı məhkəmə əmrindən görünür ki, Borclu- xx.xx.1974- cü il tarixində Bərdə rayon Qarağacı kəndində anadan olmuş, hazırda Bərdə rayon Həsənqaya kəndində yaşayan Borclu Bakı şəh., Nəsimi rayonu S.Vurğun və Süleyman Rəhimov küç. Kəsişməsi,43 , X7” 4- cü mərtəbə, 3-cü ofis ünvanda yerləşən kreditor "xxxx" MMC-nin xeyrinə 2337.08 manat abunə və xidmət haqqı və ödənilmiş 20 manat dövlət rüsumu , cəmi 2357.08 manat məbləğində pul tutulmalıdır. Təqdimata əlavə edilmiş Bərdə rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2019-cu il tarixli bildirişindən görünür ki, Borclu tələbin könüllü icrası üçün 10 gün müddətinə vaxt verilmişdir. Təqdimata əlavə edilmiş Bərdə rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2019-cu il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Borclu borcun könüllü icrası üçün 10 gün müddətinə vaxt verilmişdir. Təqdimata əlavə edilmiş elektron çıxarışdan görünür ki, Borclu mülkiyyətində istehsal ili 2006-ci il olan Toyota Corolla minik markalı **-HK-*** dövlət nömrə nişanlı avtomobil aşkar olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qərarları bütün şəxslər üçün məcburidir və Azərbaycan Respublikası ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası “İcra haqqında” Azərbaycan Respublikası Qanununun; 2.1-ci maddəsinə görə, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. 43.1. Məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi Həmin Qanunun 44.1 və 44.1.3-cü maddələrinə uyğun olaraq, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirinin tətbiqi üçün əsasdır. 45.1. Tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. 50.2-ci maddəsinə əsasən Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Məhkəmə Borclu məxsus olan Toyota Corolla minik markalı **-HK-*** dövlət nömrə nişanlı avtomobilin satış qiymətinin Bərdə rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(021)-6046/18 saylı icra sənədinin icrasını təmin edəcəyini nəzərə alaraq hesab edir ki, təqdimat təmin olunmalı, Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icraatında olan Bərdə rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(021)-6046/18 saylı icra sənədi üzrə Borclu məxsus olan Toyota Corolla minik markalı **-HK-*** dövlət nömrə nişanlı avtomobil üzərinə həbs qoyulmalıdır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqdimat təmin olunsun. Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icraatında olan Bərdə rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(021)-6046/18 saylı icra sənədi üzrə Borclu məxsus olan Toyota Corolla minik markalı **-HK-*** dövlət nömrə nişanlı avtomobil üzərinə həbs qoyulsun. Qərardad rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardaddan yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar