Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-4/2024 10.01.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X4 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Bərdə Rayon İcra və Probasiya Şöbəsinin təqdimatının müzakirəsinə dair işə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyənetdi: Bərdə Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli, 2(021)-1018/2021 saylı icra vərəqəsinə əsasən cavabdeh Borclu 11500 manat əsas borc, 1977 manat faiz borcu olmaqla, cəmi 13477 (on üç min dörd yüz yetmiş yeddi) manat və ödəniliş 30 manat dövlət rüsumu iddiaçı LPO "xxxx" KB ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 məhkəməyə təqdimatla müraciət edərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 təqdimatı onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixli qərarla icraata başladığı Bərdə Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli, 2(021)-1018/2021 saylı icra vərəqəsinə əsasən xx.xx.1984-cü ildə anadan olmuş, Bərdə şəhər Qarabağ küçəsi ev 57-də qeydiyyatda olan və yaşayan Borclu 13507 manat məbləğində pul vəsaiti və dövlət rüsumu tutularaq tələbkar LPO "xxxx" KB ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2021-ci il tarixdə Bərdə Rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbin könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəflərindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Bərdə Rayon İcra və Probasiya Şöbəsinə, tələbkar Ləğv prosesində olan "xxxx" X3 Səhmdar Cəmiyyətinə və Borclu məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilsə də, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə təqdimata Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 231.2-ci maddəsinə əsasən Bərdə Rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsinin, tələbkar Ləğv prosesində olan "xxxx" X3 Səhmdar Cəmiyyətinin nümayəndəsinin və Borclu iştirakları olmadan baxmağı mümkün hesab etmişdir. Azərbaycan Respublikasının MPM-nin 231.2-ci maddəsinə görə, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmurunun təqdimatına məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə təqdimatı və icra işinin materiallarını araşdırıb hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: Bərdə Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli, 2(021)-1018/2021 saylı icra vərəqəsindən görünür ki, iddia qismən təmin edilmiş, cavabdeh Borclu 11500 manat əsas borc, 1977 manat faiz borcu olmaqla, cəmi 13477 (on üç min dörd yüz yetmiş yeddi) manat və ödəniliş 30 manat dövlət rüsumu iddiaçı LPO "xxxx" KB ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun “İcraata başlamaq haqqında” 17 may 2021-ci il tarixli qərarından görünür ki, icra sənədi üzrə icraata başlanılması, Borclu 10 gün müddətində icranı könüllü olaraq təmin etməsinin təklif olunması, icra könüllü təmin edilmədiyi təqdirdə borclu barəsində məcburi icra tədbirlərinin görülməsi qərara alınmışdır. 17 may 2021-ci il tarixli 114820/2021-43-1 nömrəli bildirişdən görünür ki, Borclu icra sənədini könüllü icra üçün müəyyən olunmuş vaxtda icra olunmadıqda qanunauyğun qaydada barəsində məcburi icra tədbirləri tətbiq olunacağı barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Borclu Bərdə Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli, 2(021)-1018/2021 saylı icra sənədini hazırkı vaxta kimi icra etməmiş, borcunu tam şəkildə ödəməmişdir. MPM-nin 231.3-cü maddəsinə görə, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, kommersiya məhkəməsinin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin kommersiya məhkəməsi və ya icra məmurunun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsi tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsində göstərilir ki, məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Məhkəmə hesab edir ki, Bərdə Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli, 2(021)- 1018/2021 nömrəli icra sənədi üzrə tutulmalı olan borc Borclu tərəfindən ödənilmədiyindən və onun ölkəni tərk etmək ehtimalı olduğundan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə Qəraraaldı: Təqdimat təmin edilsin. xx.xx.1984-cü ildə Bərdə rayonunda anadan olmuş, Bərdə şəhəri Qarabağ küçəsi ev 57-də qeydiyyatda olan və yaşayan Borclu Azərbaycan Respublikasından getmək hüququ Bərdə Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli, 2(021)-1018/2021 nömrəli icra sənədi icra edilənədək məhdudlaşdırılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gündüz Abbasov
Məhkəmə qərarları › İş №8(021)-4/2024
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-4/2024
10.01.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver