Məhkəmə qərarları › İş №8(021)-41/2024

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-41/2024

27.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-41/2024 27.02.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlunun sədrliyi, X5 məhkəmə iclas kаtibliyi ilə, Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(021)-2767/2023 nömrəli icra vərəqəsi üzrə tələbin əmlaka yönəldilməsinə dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 Rayon Məhkəməsinə təqdimatla müraciət edərək, Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(021)- 2767/2023 nömrəli icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə tələbin borc məbləği həddində Borclu məxsus olan “Mercedes E270 CDİ” minik markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi və həmin avtomobilin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bərdə rayon Məhkəməsinin 2(021)-2767/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi daxil olmuşdur. İcra sənədi üzrə Borclu 16050 manat məbləğində pul vəsaiti və 138 manat dövlət rüsumu müştərək qaydada tutularaq tələbkar Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı X7 Sərvətlər İdarəsinin xeyrinə ödənilməlidir. İcra sənədinin icrası ilə əlaqədar xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş borcluya göndərilmişdir. Borclu tərəfindən ona verilmiş könüllü icra müddətində icra sənədində göstərilən tələb təmin edilməmişdir. Elektron İcra Sistemindən çıxarışda göstərilir ki, Borclu məxsus olan “Mercedes E270 CDİ” minik markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyatdan keçmişdir. Təqdimata baxılması ilə əlaqədar məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə onların məhkəmə iclasına gəlməmələrinin səbəbini üzrsüz sayaraq işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və icra işinin materiallarını araşdırıb, hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İcra işi üzrə elektron informasiya sistemi məlumatlarından görünür ki, Borclu xx.xx.1957-ci il tarixdə Bərdə rayonu, Otuzikilər kəndində anadan olmuşdur. Bərdə rayonu, Otuzikilər kəndində yaşayır, adına SEDAN tipli “Mercedes E270 CDİ” minik markalı, **-BJ- *** dövlət qeydiyyat nişanlı avtomobil mövcuddur. Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(021)-2767/2023 nömrəli icra sənədindən görünür ki, iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin cavabdeh Borclu qarşı ziyana görə pul tələbinə dair iddia tələbi təmin olunmalı, cavabdeh Borclu 16050 manat pul alınaraq 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabına bank 210005, VÖEN bank **********, M/H: AZ 41NABZ**********0000003944, S.W.İ.F.T: BİK: CRTEAZ 22 9 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xüsusi vəsaitlər hesabına hesab AZ 55CTRE********************5, VÖEN: **********. Büdcə təsnifatının KODU ödənilməlidir. İş materiallarında olan sənədlərdən görünür ki, xx.xx.2023-cü il tarixdə Bərdə rayon İcra və probasiya şöbəsinin icra məmuru Məhəmmədəli Qasımzadə tərəfindən 2(021)- 2767/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədi üzrə “icraata başlamaq haqqında” qərar qəbul edilmiş, tələbin könüllü icrası haqqında bildiriş, daha sonra xəbərdarlıq borcluya göndərilmiş, müxtəlif orqanlara sorğular verilmişdir. İş materiallarında olan xəbərdarlıq məktublarından görünür ki, borcun ödənilməsi barədə borcluya dəfələrlə xəbərdarlıqlar edilmişdir. Məhkəmə Borclu borcunun məbləğini və mülkiyyətində olan “Mercedes E270 CDİ” minik markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin satış qiymətinin qətnamənin icrasını təmin edə biləcəyini nəzərə alaraq hesab edir ki, borcluya məxsus “Mercedes E270 CDİ” minik markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qərarları bütün şəxslər üçün məcburidir və Azərbaycan Respublikası ərazisində hökmən icra olunmalıdır. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə bu prinsipi belə vurğulamışdır: «Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə görə, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. 43.1 və 43.1.1-ci maddələrinə əsasən, borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir. 44.1 və 44.1.3-cü maddələrinə uyğun olaraq, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirinin tətbiqi üçün əsasdır. 45.1-ci maddəsinə görə, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. 50.2-ci maddəsinin 2-ci hissəsinə əsasən, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakı üzərinə həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Şərh olunanlara əsasən və MPM-in 231, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqdimat təmin edilsin. Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icraatında olan Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(021)-2767/2023 nömrəli icra sənədi üzrə tələb borc məbləği həddində Borclu adına qeydə alınmış, “Mercedes E270 CDİ” minik markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilsin və həmin avtomobilin üzərinə həbs qoyulsun. Qərardad rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardaddan yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hаkim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar