Məhkəmə qərarları › İş №8(021)-411/2023

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-411/2023

20.07.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-411/2023 20.07.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, X4 iclas katibliyi , Borclu iştirakı ilə, Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 Ağdam rayon Məhkəməsinin 16 iyul 2018-ci il tarixli 2(013)-1493/2018 saylı icra sənədi üzrə tələbin əmlaka yönəldilməsi haqqında təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X8 təqdimatla məhkəməyə müraciət edərək, icra sənədi üzrə borc məbləğinin Borclu məxsus olan BMW 316 minik markalı **-BG-*** dövlət nömrə nişanlı avtomobilə yönəldilməsi, Borclu məxsus olan BMW 316 minik markalı **-BG-*** dövlət nömrə nişanlı avtomobil üzərinə həbs qoyulması barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Təqdimatı onunla əsaslandırmışdır ki, Ağdam rayon Məhkəməsinin 16 iyul 2018-ci il tarixli 2(013)-1493/2018 saylı icra sənədi üzrə Borclu 5649.40 manat pul vəsaiti tutularaq tələbkar BOKT İnkişaf üçün Maliyyə MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədinin icrası ilə əlaqədar icraata başlamaq haqqında qərarı və tələbin könüllü icrası haqqında bildiriş borcluya göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Elektron icra sistemindən çıxarış zamanı Borclu məxsus olan BMW 316 minik markalı **-BG-*** dövlət nömrə nişanlı avtomobil olduğu aşkar olunmuşdur. Hazırda borclunun əmlakının üzərinə həbs qoyulması zərurəti yaranmışdır. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilmiş, Borclu gəlmiş, tələbkar və icra məmuru məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etdi. Borclu məhkəmədən qanuni qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, hesab edir ki, təqdimat təmin olunmalıdır. Təqdimata əlavə olunmuş Ağdam rayon Məhkəməsinin 16 iyul 2018-ci il tarixli 2(013)- 1493/2018 saylı icra vərəqəsindən görünür ki, cavabdehlər Borclu, X2, X3 və X1 müştərək qaydada 3673.03 manat əsas borc, 1956.37 manat faiz borcu, cəmi 5629.40 manat məbləğində pul və ödənilmiş 20 manat dövlət tutularaq BOKT İnkişaf üçün Maliyyə MMCnin xeyrinə ödənilməlidir. Təqdimata əlavə edilmiş Bərdə rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2018-ci il tarixli bildirişindən görünür ki, Borclu və digərlərinə tələbin könüllü icrası üçün 10 gün müddətinə vaxt verilmişdir. Təqdimata əlavə edilmiş Bərdə rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2018-ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Borclu və digərlərinə borcun könüllü icrası üçün 10 gün müddətinə vaxt verilmişdir. Təqdimata əlavə edilmiş elektron çıxarışdan görünür ki, Borclu mülkiyyətində istehsal ili 1993-cü il olan BMW 316 minik markalı **-BG-*** dövlət nömrə nişanlı avtomobil aşkar olunmuşdur. Təqdimata əlavə edilmiş Bərdə rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Ağdam rayon Məhkəməsinin 16 iyul 2018-ci il tarixli 2(013)- 1493/2018 saylı icra sənədi üzrə xx.xx.1967-ci il təvəllüdlü Bərdə şəh B.Hacıyev küçəsində yaşayan Borclu mülkiyyətində olan BMW 316 minik markalı **-BG-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə həbs qoyulması qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qərarları bütün şəxslər üçün məcburidir və Azərbaycan Respublikası ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası “İcra haqqında” Azərbaycan Respublikası Qanununun; 2.1-ci maddəsinə görə, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. 43.1. Məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi Həmin Qanunun 44.1 və 44.1.3-cü maddələrinə uyğun olaraq, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirinin tətbiqi üçün əsasdır. 45.1. Tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. 50.2-ci maddəsinə əsasən Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Məhkəmə Borclu məxsus olan BMW 316 minik markalı **-BG-*** dövlət nömrə nişanlı avtomobilin satış qiymətinin Ağdam rayon Məhkəməsinin 16 iyul 2018-ci il tarixli 2(013)- 1493/2018 saylı icra sənədinin icrasını təmin edəcəyini nəzərə alaraq hesab edir ki, təqdimat təmin olunmalı, Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icraatında olan Ağdam rayon Məhkəməsinin 16 iyul 2018-ci il tarixli 2(013)-1493/2018 saylı icra sənədi üzrə borc məbləği Borclu məxsus olan BMW 316 minik markalı **-BG-*** dövlət nömrə nişanlı avtomobilə yönəldilməli, həmin avtomobil üzərinə həbs qoyulmalıdır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqdimat təmin olunsun. Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icraatında olan Ağdam rayon Məhkəməsinin 16 iyul 2018-ci il tarixli 2(013)-1493/2018 saylı icra sənədi üzrə borc məbləği Borclu məxsus olan BMW 316 minik markalı **-BG-*** dövlət nömrə nişanlı avtomobilə yönəldilsin. Borclu məxsus olan BMW 316 minik markalı **-BG-*** dövlət nömrə nişanlı avtomobil üzərinə həbs qoyulsun. Qərardad rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardaddan yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar