Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-412/2023 24.07.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlunun sədrliyi, X7 iclas kаtibliyi, Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X13 əmlak üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatına baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X16 məhkəməyə təqdimatla müraciət edərək, Borclu adına qeydə alınmış, “Kamaz 53212” yük markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bərdə Rayon Məhkəməsinin e-2(021)-2372/2018 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu 4 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 320 manat məbləğində aliment pulunun tutularaq tələbkar X6 xeyrinə ödənilməlidir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə Bərdə rayon Məhkəməsinin 8(021)-31/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə Borclu adına qeydə alınmış, “Kamaz 53212” yük markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. İcra sənədi üzrə tələbkar X9 ərizə ilə şöbəyə müraciət edərək borclunun hazırki tarixə heç bir aliment borcunun olmadığını bildirmiş və Borclu məxsus “Kamaz 53212” yük markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsinə etiraz etmədiyini bildirmişdir. Belə olan halda məcburi icra tədbirlərinə ehtiyac olmadığına görə üzərinə həbs qoyulmuş həmin avtomobilin üzərindən həbsin götürülməsi zərurəti yaranmışdır. Təqdimata baxılması ilə əlaqədar məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə onların məhkəmə iclasına gəlməmələrinin səbəbini üzrsüz sayaraq işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və icra işinin materiallarını araşdırıb, hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bərdə Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(021)-2372/2018 nömrəli icra vərəqəsindən görünür ki, iddianın qismən təmin edilməsi, 01 noyabr 2003-cü ildə anadan olmuş X2, 23 yanvar 2005-ci il təvəllüdlü X3, 02 yanvar 2007-ci il təvəllüdlü X5 və 06 iyun 2011-ci ildə anadan olmuş X1 üçün cavabdeh Borclu Bərdə rayon Məhkəməsinin 16 mart 2017-ci il tarixli, 2(021)-1937/2017 nömrəli qətnaməsi əsasında tutulan alimentin məbləğinin artırılaraq hər ay hər uşağa 80 manat olmaqla, cəmi 320 manat məbləğində müəyyən edilməsi və qətnamə qanuni qüvvəsini aldığı vaxtdan başlayaraq cavabdeh Borclu tutulub iddiaçı X6 xeyrinə ödənilməsi qət edilmişdir. Bərdə rayon İcra və Probasiya şöbəsinin icra məmuru X13 xx.xx.2018-ci il tarixli icraata başlamaq haqqında qərarından və bildirişin surətindən görünür ki, icra sənədi üzrə icraata başlanmış və borcluya tələbin könüllü icra olunması üçün 10 gün müddət verilmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(021)-31/2023 nömrəli qərardadından görünür ki, icra məmurunun təqdimatı təmin edilmiş, Bərdə rayon Məhkəməsinin 01 may 2018-ci il tarixli, 2(021)-2372/2018 nömrəli icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə Borclu mülkiyyətində olan “Kamaz 53212” yük markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması və açıq hərracda satılması, “Kamaz 53212” yük markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə olunan vəsaitin Bərdə Rayon Məhkəməsi tərəfindən verilmiş 01 may 2018-ci il tarixli, 2(021)-2372/2018 nömrəli icra vərəqəsi ilə müəyyən edilmiş borcun ödənilməsinə yönəldilməsi qərara alınmışdır. İş materiallarında olan icra işi üzrə tələbkar X8 tərəfindən Bərdə Rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış 23 iyun 2023-cü il tarixli ərizədən görünür ki, Borclu 4 uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün ona olan aliment borcunu 2023-cü ilin iyun ayının sonunadək tam ödəmişdir və heç bir borcu yoxdur. Odur ki, Borclu mülkiyyətində olan “Kamaz 53212” yük markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən qoyulmuş həbsin götürülməsinə etiraz etmir. Belə olan halda, yəni borclunun aliment borcunun olmamasını və icra işi üzrə tələbkarın həbsin götürülməsinə heç bir etiraz etməməsini nəzərə alaraq məhkəmə hesab edir ki, təqdimat təmin ediməli, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(021)- 31/2023 nömrəli qərardadı ilə Borclu mülkiyyətində olan “Kamaz 53212” markalı, **-BT-*** dövlət nömrə avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Şərh olunanlara əsasən və MPM-in 231, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqdimat təmin edilsin. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(021)-31/2023 nömrəli qərardadı ilə Borclu mülkiyyətində olan “Kamaz 53212” yük markalı, **-BT-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardad rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardaddan yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hаkim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №8(021)-412/2023
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-412/2023
24.07.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver