Məhkəmə qərarları › İş №8(021)-42/2024

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-42/2024

20.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-42/2024 20.02.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X5 Qasım oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi ilə, Bərdə Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, 2(021)-2260/2022 saylı icra sənədi üzrə borclunun əmlakı üzərinə həbs qoyulmasına dair Bərdə Rayon İcra və Probasiya Şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: Bərdə Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, 2(021)-2260/2022 saylı icra vərəqəsindən müəyyən olunur ki, iddia qismən təmin edilmiş, cavabdeh Borclu 2167 (iki min yüz altmış yeddi) manat avtomobilin təmir-bərpa xərci, ilkin qiymətləndirmə aktına görə ödənilmiş 50 manat, 110 manat hüquqi yardım almaq üçün ödənilmiş pul və 44 manat məbləğində dövlət rüsumu alınıb iddiaçı X2 verilməsi, cavabdeh Borclu 100 manat dövlət rüsumu tutularaq X1 (Kod 21005, BÖEN **********, müxbir hesabı AZ41NABZ **********0********) hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Validə Hümbətova təqdimatla məhkəməyə müraciət edərək, Bərdə Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, 2(021)-2260/2022 saylı icra sənədinin icrasını təmin etmək məqsədilə tələbin borc məbləği həddində Borclu məxsus olan və ünvan 1 ünvanında yerləşən qeyri yaşayış evi, ümumi sahəsi 15,60 olan, 1 otaqlı, 1 mərtəbəli əmlaka yönəldilməsi, həmin torpaq sahələrinin üzərinə həbs qoyulması baədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bərdə Rayon İcra və Probasiya Şöbəsinin rəisi Rusif Quliyev məhkəməyə məktub göndərərək iş üzrə yaranmış zərurətlə əlaqədar olaraq təqdimatın baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Bərdə Rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsi, tələbkar X3 və Borclu məhkəmə iclasına gəlməmişlər. Məhkəmə onların məhkəmə iclasına gəlməməsinin səbəbini üzrsüz sayaraq işə onların iştirakları olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə işdə olan sənədləri araşdırıb, Bərdə Rayon İcra və Probasiya Şöbəsinin rəisinin məktubuna qiymət verib belə hesab edir ki, təqdimat Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 259.0.11-ci maddəsinin tələbinə əsasən baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 259.0.11-ci maddəsinə görə, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 259 və 260-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Bərdə Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, 2(021)-2260/2022 saylı icra sənədi üzrə borclunun əmlakı üzərinə həbs qoyulmasına dair Bərdə Rayon İcra və Probasiya Şöbəsinin təqdimatı baxılmamış saxlanılsın və sənədlər Bərdə Rayon İcra və Probasiya Şöbəsinə qaytarılsın. Qərardaddan 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar