Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-43/2024 27.02.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, məhkəmə iclas katibi Abbasova Afət Ağarza qızının katibliyi ilə, Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 Yevlax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(039)-465/2021 nömrəli icra sənədi üzrə borclunun əmlakı üzərindən həbsin götürülməsi barədə təqdimatına Bərdə Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 məhkəməyə təqdimatla müraciət edərək Borclu adına qeydə alınmış, "DAİMLER BENZ" markalı, **-SN-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Yevlax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(039)-465/2021 nömrəli icra sənədinə əsasən Borclu xx.xx.2015-ci il tarixli, 001 saylı kredit müqaviləsi üzrə 14995 manat əsas, 520,75 manat faiz, 0 manat cərimə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən 2586,64 manat hesablanmış faiz borcu olmaqla, cəmi 18102,39 manat məbləğində borc, 61,20 manat ödənilmiş dövlət rüsumu tutularaq Ləğv prosesində olan "xxxx" ASC-yə xeyrinə ödənilməlidir. İcra sənədinin icrasını təmin etmək məqsədilə Bərdə Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(021)-215/2021 nömrəli qərardadı ilə Borclu adına qeydə alınmış "DAİMLER BENZ" markalı, **-SN-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. İcra sənədi üzrə tələb borclu tərəfindən tam şəkildə təmin olunmuşdur. Belə olan halda məcburi icra tədbirlərinə ehtiyac olmadığına görə üzərinə həbs qoyulmuş həmin avtomobilin üzərindən həbsin götürülməsi zərurəti yaranmışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, Borclu adına qeydə alınmış, "DAİMLER BENZ" markalı, **-SN-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Tələbkara, borcluya və icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilsə də onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə təqdimata Azərbaycan Respublikası MPM-nin 231-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş materiallarında olan Yevlax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(039)- 465/2021 nömrəli icra sənədindən görünür ki, Borclu xx.xx.2015-ci il tarixli, 001 saylı kredit müqaviləsi üzrə 14995 manat əsas, 520,75 manat faiz, 0 manat cərimə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən 2586,64 manat hesablanmış faiz borcu olmaqla, cəmi 18102,39 manat məbləğində borc, 61,20 manat ödənilmiş dövlət rüsumu tutularaq Ləğv prosesində olan "xxxx" ASC-yə xeyrinə ödənilməlidir. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(021)- 215/2021 nömrəli qərardadı ilə Bərdə rayon İcra və Probasiya Şöbəsinin icraatında olan icra sənədi üzrə Borclu adına qeydə alınmış "DAİMLER BENZ" markalı, **-SN-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. İş materiallarında olan “Bank” Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonudunun Kreditlərin idarə edilməsi departamentinin Problemli kreditlərlə iş idarəsinin rəisi X4 ilə “borclu” Borclu arasında bağlanmış xx.xx.2023-cü il tarixli, LM102300052 nömrəli Restrukturizasiya Müqaviləsinin surətindən görünür ki, Müqavilənin 1.1.3-cü maddəsinə əsasən “Restrukturizasiyanın məqsədi” – Bnkla Borclu arasında bağlanmış və mövcud olan 11 oktyabr 2023-cü il tarixli LM102300052 nömrəli kredit müqaviləsi üzrə restrukturizasiya olunan kredit borcunun qalıq məbləğinin ödənilməsinə dair saziş bağlanmışdır. Məhkəmə işdə olan sənədləri araşdırıb hesab edir ki, təqdimat təmin edilməli, Yevlax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(039)-465/2021 nömrəli icra sənədi əsasında açılmış icra işi üzrə Borclu adına qeydə alınmış "DAİMLER BENZ" markalı, **- SN-*** dövlət nömrə nişanlı avtomaşın üzərindən qoyulmuş həbs götürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263, 264, 267-ci maddələrinirəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Təqdimat təmin edilsin. Yevlax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(039)-465/2021 nömrəli icra sənədi əsasında açılmış icra işi üzrə Borclu adına qeydə alınmış, "DAİMLER BENZ" markalı, **-SN-*** dövlət nömrə nişanlı avtomaşın üzərindən Bərdə Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(021)-215/2021 nömrəli qərardadı ilə qoyulmuş həbs götürülsün. Qərardadın icrası Bərdə rayon İcra və Probasiya Şöbəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin Yevlax 7 saylı Rayonlararası Qeydiyyat İmtahan və X5 həvalə edilsin. Qərardaddan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №8(021)-43/2024
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-43/2024
27.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver