Məhkəmə qərarları › İş №8(021)-430/2023

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-430/2023

15.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-430/2023 15.08.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədirliyi, Məhkəmə iclas katibi Bayramov Orxan Elşən oğlunun katibliyi, Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 iştirakı ilə, X1 Bərdə rayon İcra və probasiya Şöbəsinin icra məmurunun “İcra sənədinin icraatına xitam verilməsi haqqında” 18 iyul 2023-cü il tarixli qərarından verdiyi şikayətə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bərdə Rayon Məhkəməsinin 16(021)-25/2023 saylı 18 may 2023-cü il tarixli icra sənədinə əsasən X6 0.15 ha torpaq sahəsinə girişinə iş üzrə yekun qərar qanuni qüvvəsini alanadək qadağan olunması qərara alınmışdır. Bərdə rayon İcra və probasiya şöbəsinin icra məmurunun “İcra sənədinin icraatına xitam verilməsi haqqında” 18 iyul 2023-cü il tarixli qərarına əsasən icra sənədinin icraatına xitam verilmişdir. X2 məhkəməyə şikayətlə müraciət edərək Bərdə rayon İcra və probasiya şöbəsinin icra məmurunun “İcra sənədinin icraatına xitam verilməsi haqqında” 18 iyul 2023-cü il tarixli qərarının ləğv edilərək, icra sənədinin icraya yönəldilməsini xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdır ki, Bərdə rayon Mollagüllər kəndində yaşayan X6 ona məxsus torpaq sahəsini özbaşına və qanunsuz istifadə etməsi, mal-qara otraması və onun torpağının sərhədləri daxilində yerləşən bələdiyyə torpağında özbaşına apardığı qanunsuz tikili aparmaq hərkətlərinin qarşısının alınmasına dair verdiyi 18 may 2023-cü il tarixli müvəqqəti təminat tədbirləri barədə ərizəsi üzrə Bərdə Rayon Məhkəməsi (hakim:Elsun Əhmədov) 18 may 2023-cü il tarixdə 16(021)-25\23 saylı qərardad qəbul edərək, X6 0.15 h torpaq sahəsinə girişinə iş üzrə yekun qərar qanuni qüvəsini alanadək qadağan olunması qərara alınmışdır. İcra haqqında AR Qanunun 13.1.2.-ci maddəsinə əsasən iddianın təmin edilməsi ilə bağlı tədbirlərin görülməsi haqqında məhkəmələrin qərardadları əsasında verilən icra vərəqələri - dərhal icraya yönəldilir və həmin qərardadan verilən şikayət onun icrasını dayandırmır. icra haqqında AR Qanunun 70.l.-ci maddəsinə əsasən Borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi üzrə icraata başladıqdan sonra, icra məmuru bu Qanunun 8-ci maddəsinə uyğun olaraq icra sənədində göstərilmiş hərəkətlərin borclu tərəfindən könüllü icrası üçün müddət təyin edir. Həmin qanunun 72.2.-ci maddəsinə əsasən Bu Qanunun 72.1-ci maddəsində müəyyən edilmiş müddət başa çatdıqdan sonra borclu yaşayış və ya qeyri-yaşayış sahəsini boşaltmadıqda, onun yaşayış və ya qeyriyaşayış sahəsindən çıxarılması haqqında icra sənədinə əsasən borclu icra məmuru tərəfindən yaşayış və ya qeyri-yaşayış sahəsindən məcburi qaydada çıxarılır. Lakin 18 may 2023-cü il tarixdə 16(021)-25\23 saylı qərarın icrasına cavabdeh olan icra məmuru bunu yerinə yetirməkdən imtina edir və bununla da qanunun aliliyi prinsipini pozur. Hesab edir ki, bu cür davranışlar yolverilməzdir və hüquqi qaydaya ziyan vurur. Bu vəziyyəti həll etmək üçün bütün mümkün addımları atsa da, cəhdləri uğursuz olmuşdur. Ona görə də bu məsələni məhkəmənin nəzarətinə götürülməsi və məhkəmə qərarının icrasını təmin etmək üçün lazımi hərəkətlər etməyi xahiş edir. Qanunveciliyin bu tələblərinin mövcüd olmasına baxmayraq icra məmuru torpaq sahəsinə baxış keçirmədən, gəlib yerə baxaraq bizim də iştirakımızla akt tərtib etmədən, yalnız Zakir Məstanovu çağırıb ondan ərizə almaqla işini kifayyətedici hesab edərək, tez-tələsik 18 iyul 2023-cü il tarixdə icraata xitam verilməsi haqqında başdan getdi qərar qəbul edib və həmin qərarda da " icra sənədində qeyd olunan tələb borcu tərəfindən tam şəkldə təmin olunmuşdur" yazmaqla icra məmuru Mətləb Ələkəbərov reallıqdan uzaq və həqiqəti əsk etdirməyən qərarı ilə məhkəmənin icra sənədini işləksiz vəziyyətə gətirmişdir. Məhkəmə qərarından sonra onun xeyrinə yaranan çətinliklərlə əlaqədar məhkəməyə müraciət edib. Məhkəmə onun xeyrinə qərar verdi və o, icra hərəkətlərinin gecikmədən həyata keçirilməsini gözləyirdi. Məhkəmənin qərarı onun xeyrinə müəyyən hərəkətləri və icra məmurunun vəzifələrini nəzərdə tuturdu. Lakin qərarın icrasına cavabdeh olan icra məmuru məhkəmənin qoyduğu öhdəliklərə baxmayaraq, onun icrasına başlamaqdan imtina edib. Ona bildirilib ki, imtina səbəbi, bu davranış qanunu pozur və onu çətin vəziyyətə salır, çünki qanuni hüququ olan ədalətli hüquqi təminata nail olmaq imkanını itirmiş olur. Belə ki, faktiki borclu Zakir Məstanov elə Bərdə Rayon Məhkəməsinin 18 may 2023-cü il tarixdə 16(021)-25\23 saylı Qərardadı qəbul ediləndən mübahisəli torpaq sahəsində mal-qara otarır, həmin torpaq sahəsinə davamlı qanunsuz oalraq girib çıxır. Dəfələrlə tərəfindən icra məmuru Mətləb Ələkəbərova bu halla bağlı məumat verilmiş olsa da, lakin Mətləb Ələkəbərov ona daima bir söz deyib ki, hakimə de sözünü. Məhkəmə iclasında Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 izahatında göstərmişdir ki, X9 ərizə təqdim edərək, Bərdə Rayon Məhkəməsinin 16(021)- 25/2023 saylı 18 may 2023-cü il tarixli qərardadından şikayət verdiyini bildirmişdir, buna görə də qeyd edilən icra sənədinin icraatına xitam verilməsi barədə qərar qəbul etmişdir. X4 və X9 məhkəmə iclasına gəlmədiyindən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə X3 şikayətini, Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, Bərdə Rayon Məhkəməsinin 16(021)- 25/2023 saylı 18 may 2023-cü il tarixli icra sənədinə əsasən borclu X6 0.15 ha torpaq sahəsinə girişinə iş üzrə yekun qərar qanuni qüvvəsini alanadək qadağan olunması qərara alınmış, icra sənədi icra edilməsi üçün Bərdə Rayon İcra və probasiya Şöbəsinə göndərilmişdir. Lakin icra sənədi icra edilmədən icraatına xitam verilmişdir. İş materiallarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 16(104)-45/2023 saylı, 07 avqust 2023-cü il tarixli qərardadı ilə Bərdə Rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli, 16(021)-25/2023 saylı qərardadından maraqlı şəxs X12 ooğlu tərəfindən verilmiş şikayət təmin edilməmiş, qərardad dəyişdirilmədən saxlanılmışdır. İş materiallarından və icra məmurunun çıxışdan da müəyyən edilir ki, icra məmuru tərəfindənborclu icra şöbəsinə çağırılaraq ona xəbərdarlıq edilmiş və bu əsasla da müvəqqəti təminat tədbirinin icrasına xitam verilmişdir. Məhkəmə hesab edir ki, icra sənədi qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyindən, Bərdə rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5 icra sənədinin icraatına xitam verilməsinə dair 18 iyul 2023-cü il tarixli qərarı ləğv edilməli, Bərdə Rayon Məhkəməsinin 16(021)-25/2023 saylı 18 may 2023-cü il tarixli icra sənədi yenidən icraya yönəldilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutuaraq məhkəmə QƏRARAALDİ: Şikayət təmin edilsin. Bərdə rayon İcra və probasiya şöbəsinin icra sənədinin icraatına xitam verilməsinə dair 18 iyul 2023-cü il tarixli qərarı ləğv edilsin. Bərdə Rayon Məhkəməsinin 16(021)-25/2023 saylı 18 may 2023-cü il tarixli icra sənədi yenidən icraya yönəldilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar