Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-44/2024 01.02.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlunun sədrliyi, X3 məhkəm iclas kаtibliyi ilə, Əmlak üzərinə qoyulmuş həbsin götürülməsinə dair Bərdə rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 təqdimatına baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Bərdə rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 təqdimatla məhkəməyə müraciət edərək, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(021)- 47/2023 nömrəli icra vərəqəsi üzrə Borclu adına olan “VAZ 2109” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat belə əsaslandırılmışdır ki, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(021)-47/2023 nömrəli icra sənədinə əsasən borclular X5 və Borclu müştərək qaydada cəmi 8544 manat kredit borcu tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə əlaqədar Bərdə rayon Məhkəməsinin 8(021)-367/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə Borclu adına qeydə alınmış, “VAZ 2109” minik markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. İcra sənədi üzrə tələb Borclu tərəfindən tam şəkildə təmin edildiyi və icra işinə xitam verildiyi üçün Borclu tərəfindən tam şəkildə və icra işinə xitam verildiyi üçün Borclu məxsus “VAZ 2109” minik markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi zərurəti yaranmışdır. Tərəflər və icra məmuru məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını tədqiq edərək, hesab edir ki, təqdimat əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, mülki işin materiallarına əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(021)-47/2023 nömrəli icra sənədinə əsasən iddia qismən təmin edilməli, 5672 manat 37 qəpik əsas borc, 2763 manat 20 qəpik faiz borcu olmaqla, cəmi 8435 manat 57 qəpik məbləğində borc, ödənilmiş 9 manat 35 qəpik dövlət rüsumu və 100 manat mediasiya xərci müştərək qaydada cavabdehlər X2 və Borclu tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməli, cavabdehlər X2 və Borclu müştərək qaydada 100 manat məbləğində ekspertiza xərci tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına, ödənilməli olan 95 manat 01 qəpik məbləğində dövlət rüsumu isə tutularaq dövlət büdcəsinə ödənilməli, iddiaçının qalan hissəsi təmin edilməlidir. Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 xx.xx.2023-cü il tarixli icraata xitam verilməsi haqqında qərarından surətindən görünür ki, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(021)-47/2023 nömrəli icra sənədinə xitam verilmişdir. Bərdə rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 8(021)-367/2023 nömrəli qərardadın surətindən görünür ki, təqdimat təmin edilmiş, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(021)-47/2023 nömrəli icra sənədi üzrə Borclu məxsus olan “VAZ 2109” minik markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuş və həmin avtomobil cərimə meydançasına yerləşdirilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Bərdə rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 8(021)-367/2023 nömrəli qərardadına əsasən borc məbləği borclu tərəfindən tam şəkildə tələbkarın xeyrinə ödənildiyindən Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(021)-47/2023 nömrəli icra sənədi üzrə Borclu əmlakı olan “VAZ 2109” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərinə qoyulmuş həbs götürülməlidir. Şərh olunanlara əsasən və MPM-in 231, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqdimat təmin edilsin. Bərdə rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 8(021)-367/2023 nömrəli qərardadına əsasən Borclu mülkiyyətində olan “VAZ 2109” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın icrası Bərdə rayon İcra və Probasiya Şöbəsinə və Baş Dövlət Yol Polisi İdarəsinə həvalə edilsin. Qərardad rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardaddan yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hаkim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №8(021)-44/2024
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-44/2024
01.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver