Məhkəmə qərarları › İş №8(021)-448/2023

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-448/2023

07.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-448/2023 07.08.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X6 iclas kаtibliyi, X10 vəkili və nümayəndəsi X4 iştirakı ilə, X10 Bərdə rayon Məhkəməsinin 02 may 2023-cü il tarixli 8(021)-264/2023 saylı qərardadın ləğv edilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: X15 məhkəməyə müraciət edərək, Bərdə rayon Məhkəməsinin 02 may 2023-cü il tarixli 8(021)-264/2023 saylı qərardadın ləğv edilməsi və yeni qərardad qəbul edilərək “Ravon Nexia R3” markalı, ** EH *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən həbs götürülməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. X15 şikayətni belə əsaslandırmışdır ki, Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Sadiq Həsənov təqdimatla məhkəməyə müraciət edərək icra sənədi üzrə ona məxsus olan “Ravon Nexia R3” markalı, ** EH *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Şabran Rayon Məhkəməsinin 2(031)-2093 saylı 11 noyabr 2016-cı il tarixli icra sənədinə əsasən borclu X8 hər ay bir uşağın saxlanılması üçün 117 manat məbləğində pul vəsaiti tutularaq tələbkar Məcidova (Əsədova) Gülay Asif qızının xeyrinə ödənilməlidir. Şabran Rayon Məhkəməsinin 2(031)-2093 saylı 11 noyabr 2016-ci il tarixli icra sənədinin icrası zamanı qeyd olunan icra vərəqəsi üzrə ona məxsus olan “Ravon Nexia R3” markalı, ** EH *** dövlət qeydiyyat nişanlı avtomobilinin olduğu müəyyən olunmuşdur. Məhkəmə xx.xx.2023cü il tarixli, 8(021)-264/2023 saylı Qərardadı ilə borclu, yəni onun ümumi borcunun 8775 manat təşkil etməsini nəzərə alaraq hesab etmişdir ki, ona məxsus olan “Ravon Nexia R3” markalı, ** EH *** dövlət qeydiyyat nişanlı avtomobilinin üzərinə həbs qoyulmalı və həmin avtomobil cərimə meydançasına yerləşdiribdir. Hesab edir ki, Bərdə Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, 8(021)-264/2023 saylı Qərardad ləğv edilməlidir. İlk olaraq onu qeyd etmək istəyir ki, Qərardadda göstərilir ki, o, həmin qərardad qəbul edilən zaman məhkəmə iclasının tarixi barədə lazımı qaydada məlumatlandırılmışdır. Halbuki, onun ev məhkəmənin yanında yerləşir və ailəsi həmin ünvanda yaşayır. Odur ki, o, məhkəmə tarixi barədə lazımi qaydada məlumatlandırılmamışdır. xx.xx.2023-cü il tarixdə Bərdə Rayon İcra və Probasiya Şöbəsinə gələn zaman onun bu qərardaddan xəbəri olub, elə həmin tarixdə də məhkəmədən qərardadı əldə etmişdir. Ona məxsus olan “Ravon Nexia R3” markalı, ** EH *** dövlət qeydiyyat nişanlı avtomobil onun yeganə dolanacaq mənbəyidir. Belə ki, Azərbaycan Supermarket MMC-də işləyir, hər gün işə gedib-gəlir, iş saatı bitəndən sonra isə proqram uyğulamaları üzrə taksi kimi fəaliyyət göstərir. Əlavə olaraq onu qeyd edir ki, Bərdə rayon İcra və Probasiya şöbəsi tərəfindən borcun ödənilməsi üçün 8775 manat aliment borcu qurtaran kimi 70% məbləğində pulun tutulması işlədiyi Azərbaycan Supermarket MMC-dən aldığı əməkhaqqına yönəldilmişdir. Artıq ondan deyilən məbləğ tutulur. Əgər borc daimi gəlirdən tutulursa nəyə lazımdır ki, ona məxsus avtomobil həbsdə qalsın. Bundan başqa onun digər bir övladı da var. xx.xx.2018-ci il təvəllüdlü X16. Mələk demək olar ki, onun himayəsindədir. Belə ki, onun anası X7 şizofreniya, paranoidpsixotik halı xəstəliyi ilə ikinic dərəcəli əlildir. Əmək qabiliyyətsizdir. Hətta Bərdə rayon, məhkəməsinin xx.xx.2021 -ci il tarixli, 2(021)-1746/2021 saylı qətnaməsi ilə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Xəstəliyi səbəbindən o, Aygünü tez-tez xəstəxanlara aparmalı olur. Burada isə nəqliyyat vasitəsi ona zəruridir. Hesab edir ki, Bərdə Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, 8(021 )- 264/2023 saylı qərardad ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən X10 vəkili və nümayəndəsi X11 izahat verərək, X15 8775 manat aliment borcu qurtaran kimi 70% məbləğində pulun tutulması işlədiyi Azərbaycan Supermarket MMC-dən aldığı əməkhaqqına yönəldilmişdir. Artıq ondan deyilən məbləğ tutulur. Onun ikinci evliliyindən bir övladı da var. xx.xx.2018-ci il təvəllüdlü X16 demək olar ki, onun himayəsindədir. Belə ki, ikinci həyat yoldaşı X7 şizofreniya, paranoidpsixotik halı xəstəliyi ilə ikinici dərəcəli əlildir. Ailəsini taksi xidmətindən aldığı məvaciblə sxlayıb dolandırır. Bərdə rayon Məhkəməsinin 02 may 2023-cü il tarixli 8(021)- 264/2023 saylı qərardadın ləğv edilməsi və yeni qərardad qəbul edilərək “Ravon Nexia R3” markalı, ** EH *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən həbsin götürülməsini xahiş etdi. Məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə digər tərəflərə bildiriş göndərilməsinə baxmayaraq, icra işi üzrə tələbkar və icra məmuru məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan AA0782427 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, X15 – xx.xx.1984-cü il tarixdə anadan olmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, AZ-İV 826126 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2018-ci ildə Bakı şəhəri, Sabunçu rayonunda anadan olmuşdur. X5, anası X2r. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2018-ci ildə 424 nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan X7 barədə TSEK-in qərarından və xəstənin ambulator tibbi kartasından çıxarışın surətindən görünür ki, X3 ikinci dərəcəli əlillik təyin edilmiş və diaqnozu paranoid şizofreniyadır, əmək qabiliyyətsizdir və onda şizifreniyayabənzər kəskin psixotik pozuntu müşahidə edilir. Bərdə rayon İcra Hakimiyyəti Başçısının 17 dekabr 2021-ci il tarixli 118 saylı sərəncamının surətindən görünür ki, fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş 12 oktyabr 1988-ci il təvəllüdlü X1 anası X9 qəyyumluğuna verilməsi barədə Bərdə rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının qərarı təsdiq edilmişdir. Şikayətə əlavə olunmuş Bərdə rayon Məhkəməsinin 02 may 2023-cü il tarixli 8(021)- 264/2023 saylı qərardadından görünür ki, Şabran Rayon Məhkəməsinin 2(031)-2093 saylı 11 noyabr 2016-cı il tarixli icra sənədi üzrə borclu X12 məxsus olan “Ravon Nexia R3” markalı, ** EH *** dövlət qeydiyyat nişanlı avtomobilinin üzərinə həbs qoyulması və həmin avtomobil cərimə meydançasına yerləşdirilməsi qərara alınmışdır. Şikayətə əlavə olunmuş Bərdə rayon İcra və Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli 37650/4 saylı məktubundan görünür ki, X15 borcun ödənilməsi üçün 8775 manat aliment borcu qurtaran kimi 70% məbləğində pulun tutulmasının işlədiyi "xxxx" MMC-dən aldığı əməkhaqqına yönəldilməsi və bu haqda icra şöbəsinə məlumat verilməsi xahiş edilir. Məhkəmə hesab edir ki, hazırda X10 tələbkar Məcidova (Əsədova) Gülay Asif qızına olan aliment borcunun məbləği 8775 manat təşkil edir ki, bu məbləğ də həddən artıq yüksək məbləğdir. Alimentin əmək haqqıdan tutulmasına isə iş materiallarına əsasən yeni başladığı məlum olmuşdur. Həmçinin, iş materiallarında və məhkəmə iclasında aparılan araşdırma zamanı icra işi üzrə tələbkarın borcluya məxsus avtomobilin üzərindən həbsin götürülməsinə dair razılığı da yoxdur və ya mövcud deyil. Məhkəmə hesab edir ki, avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi gələcəkdə qətnamənin icra edilməsində çətinlik yarada və hətta qətnamənin icrasını qeyri-mümkün edə bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 77.1-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq işdə olan sənədləri araşdırıb hesab edir ki, X10 Bərdə rayon Məhkəməsinin 02 may 2023-cü il tarixli 8(021)- 264/2023 saylı Qərardadın ləğv edilməsi və yeni qərardad qəbul edilərək “Ravon Nexia R3” markalı, ** EH *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən həbsin götürülməsi barədə şikayəti əassız olduğundan təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 267- 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X10 Bərdə rayon Məhkəməsinin 02 may 2023-cü il tarixli 8(021)-264/2023 saylı Qərardadın ləğv edilməsi və yeni qərardad qəbul edilərək “Ravon Nexia R3” markalı, ** EH *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən həbsin götürülməsi barədə şikayəti təmin olunmasın. Qərardaddan elan edildiyi vaxtdan 10 gün müddətinə Bərdə rayon Məhkəməsinə şikayət vermək olar. Hаkim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar