Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-45/2024 01.02.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, Tələbkar “X3 Azərbaycan” QSC tərəfindən Bərdə Rayon İcra və Probasiya şöbəsinin qərarının ləğv edilməsi və icra sənədinin təkrar icraya göndərilməsinə dair verdiyi ərizəsini və ona əlavə olunmuş sənədləri açıq məhkəmə iclasında nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏNETDİ: Tələbkar “X3 Azərbaycan” QSC Bərdə Rayon Məhkəməsinin 2(021)-5845/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinin məhkəməyə qaytarılması barədə Bərdə Rayon İcra və Probasiya Şöbəsinin qərarının ləğv edilməsini, icra sənədini təkrar icraata göndərilməsini və tələbkara məlumat verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, ərizə qanunvericilikdə müəyyən olunmuş forma və məzmuna riayət edilmədən tərtib etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən iddia ərizəsində iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. MPM-in 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədən tərtib edildikdə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Bundan başqa icra işinin məhkəməyə icra edilmədən geri qaytarılmasına dair iş materiallarında icra məmurunun qərarı mövcud deyil. Məhkəmə qeyd edir ki, “X3 Azərbaycan” QSC-nin icra işinin yenidən icraya yönəldilməsi barədə ərizəsinin təmin edilməsi üçün ilk növbədə ərizəyə Bərdə Rayon Məhkəməsinin 2(021)-5845/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinin məhkəməyə qaytarılması barədə Bərdə Rayon İcra və Probasiya Şöbəsinin qərarını əlavə etməli idi. Çünki, həmin qərar iş materialında olduğu halda məhkəmə qaydasında ləğv edildikdən sonra iş icraya yönəldilə bilər ki, bu qərar da ərizəyə əlavə edilməmişdir. Belə olduğu halda məhkəmə hesab edir ki, tələbkar “X3 Azərbaycan” QSC tərəfindən Bərdə Rayon İcra və Probasiya şöbəsinin qərarının ləğv edilməsi və icra sənədinin təkrar icraya göndərilməsinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılmalı, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ərizəçiyə yenidən məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-152-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Tələbkar “X3 Azərbaycan” QSC tərəfindən Bərdə Rayon İcra və Probasiya şöbəsinin qərarının ləğv edilməsi və icra sənədinin təkrar icraya göndərilməsinə dair verdiyi ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılsın. Göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ərizəçiyə yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə Bərdə rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №8(021)-45/2024
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-45/2024
01.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver