Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-454/2023 27.07.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi ilə, X1 ASC-nin Bərdə rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(021)-712/2014 saylı icra sənədinin yenidən icraya yönəldilməsi barədə ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, məhkəmə m ü ə y y ə n e t d i: X1 ASC məhkəməyə ərizə ilə müraciət edərək, Bərdə Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(021)-712/2014 saylı icra sənədinin yenidən icraya yönəldilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, X1 ASC-nin ərizəsi geri qaytarılmalıdır. Belə ki, tələbkar ərizəni onunla əsaslandırmışdır ki, sözügedən icra sənədinin icrası müxtəlif səbəblərdən təmin edilməmiş, icra sənədi məhkəməyə geri qaytarılmışdır. Məhkəmə qeyd edir ki, ərizə natamam formada məhkəməyə təqdim olunmuşdur. Belə ki, sözügedən icra sənədi ərizəyə əlavə olunmamışdır. Bundan başqa Bərdə Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(021)-712/2014 saylı icra sənədinin geri qaytarılması barədə qərar əlavə edilmədiyindən hazırkı vəziyyətdə icra sənədinin geri qaytarılıb-qaytarılmaması məlum deyildir. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci madddəsinə əsasən bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədən tərtib edildikdə iddia ərizəsi geri qaytarılır. Göründüyü kimi ərizəyə təmin olunması üçün mötəbər sübutlar əlavə olunmadığına görə hazırkı ərizə qeyri-müəyyən formada məhkəməyə təqdim olunmuş, Belə olan halda məhkəmə ərizənin geri qaytarılması qənaətinə gəlir. MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə hesab edir ki, X1 ASC-nin Bərdə rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(021)-712/2014 saylı icra sənədinin yenidən icraya yönəldilməsi barədə ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 149-152-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X1 ASC-nin Bərdə rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(021)-712/2014 saylı icra sənədinin yenidən icraya yönəldilməsi barədə ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan elan edildiyi vaxtdan 10 gün müddətinə Bərdə rayon Məhkəməsinə şikayət vermək olar. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №8(021)-454/2023
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-454/2023
27.07.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver