Məhkəmə qərarları › İş №8(021)-46/2024

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-46/2024

19.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-46/2024 19.02.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Bayramov Orxan Elşən oğlunun katibliyi ilə, Tələbkar Accessbank QSC-nin Bərdə rayon məhkəməsinin 28 mart 2017-ci il tarixli 2(021)-992/2017 saylı icra sənədinin yenidən icraya yönəldilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Tələbkar Accessbank QSC ərizə ilə məhkəməyə müraciət edərək, Bərdə rayon məhkəməsinin 28 mart 2017-ci il tarixli 2(021)-992/2017 saylı icra sənədinin yenidən icraya yönəldilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bərdə rayon məhkəməsinin 28 mart 2017-ci il tarixli 2(021)-992/2017 saylı icra sənədi icra olunması üçün Bərdə rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş, icra sənədi Bərdə rayon İcra və Probasiya Şöbəsi tərəfindən tədbir görülmədən məhkəməyə geri qaytarılmışdır. Bu səbəbdən icra sənədinin Bərdə rayon İcra və Probasiya Şöbəsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər və icra məmuru məhkəmə iclasına gəlməmişlər.Məhkəmə onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə hesab edir ki, tələbkar Accessbank QSC-nin ərizəsi geri qaytarılmalıdır. Belə ki, ərizəyə əlavə olunmuş Bərdə rayon məhkəməsinin 28 mart 2017-ci il tarixli 2(021)-992/2017 saylı qətnaməsindən görünür ki, AccessBank Qapalı Səhmdar Cəmiyyətinin iddiası qismən təmin edilməli, cavabdehlər X1, İbrahimov Araz oğlundan və X2 müştərək qaydada 2949,88 manata kredit borcu, 519,97 manat faiz borcu, 1,88 manat cərimə, cəmi 3471,73 manat kredit borcu ödənilmiş 20 manat dövlət rüsumu tutularaq iddiaçı AccessBank Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir Məhkəmə qeyd edir ki, tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi İcra Haqqında Azərbaycan Respublikası Qanununun 23-cü maddəsində nəzərdə tutulan hallarda icra sənədini vermiş məhkəməyə qaytarılır və icra məmuru icra sənədinin məhkəməyə qaytarılması haqqında qərar qəbul edir. İcra sənədinin qaytarılması ilə bağlı nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra icra sənədi tələbkar müraciət etdikdə yenidən icraya yönəldilir. Məhkəmə hesab edir ki, hazırkı halda icra sənədinin yenidən icraya yönəldilməsi düzgün olmayan xahişdir. Belə ki, tələbkar tərəfindən məhkəməyə təqdim olunmuş ərizəyə icra sənədinin geri qaytarılması barədə qərar əlavə edilməmişdir. Əgər icra sənədi geri qaytarılmışdırsa, ərizənin xahiş etdi hissəsində də, həmin icra sənədinin geri qaytarılması barədə qərarın ləğv olunması xahiş edilməlidir. İcra sənədinin məhkəməyə geri qaytarılması barədə qəbul olunmuş qərar ləğv olunmadan onun yenidən icraya yönəldilməsi düzgün olmayan xahişdir. Hazırkı vəziyyətdə isə icra sənədinin geri qaytarılıb-qaytarılmaması məlum deyildir. Odur ki, ərizə düzgün formada tərtib olunmamış, tələbkar tərəfindən ərizəsini əsaslandıran hallara dair heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi ərizəyə təmin olunması üçün mötəbər sübutlar əlavə olunmadığna görə hazırkı ərizə qeyri–müəyyən formada məhkəməyə təqdim olunmuşdur. Məhkəmə hesab edir ki, tələbkar Accessbank QSC-nin Bərdə rayon məhkəməsinin 28 mart 2017-ci il tarixli 2(021)-992/2017 saylı icra sənədinin yenidən icraya yönəldilməsi barədə ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264,267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Tələbkar Accessbank QSC-nin Bərdə rayon məhkəməsinin 28 mart 2017-ci il tarixli 2(021)-992/2017 saylı icra sənədinin yenidən icraya yönəldilməsi barədə ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardad rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardaddan yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar