Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-462/2023 15.08.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(021)-2735/2021 saylı icra sənədi üzrə tələbin əmlaka yönəldilməsi haqqında təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Bərdə rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(021)-2735/2021 saylı icra sənədinin icrası zamanı Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Mahru Nağıyeva təqdimatla məhkəməyə müraciət edərək, icra sənədi üzrə borc məbləğinin Borclu məxsus olan Bərdə şəhəri Ü.Hacıbəyov küçəsi ev 6, 32 saylı mənzilə yönəldilməsi, həmin əmlakın üzərinə həbs qoyulması barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bərdə rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(021)-2735/2021 saylı icra sənədi üzrə Borclu 1969 manat tutularaq iddiaçı Unibank KB ASC-nin xeyrinə verilməlidir.İcra sənədinin icrası ilə əlaqədar icraata başlamaq haqqında qərarı və tələbin könüllü icrası haqqında bildiriş borcluya göndərilmişdir. Elektron icra sistemindən çıxarış zamanı Borclu məxsus olan torpaq sahəsi aşkar olunmuşdur.Borclu könüllü icra müddətində icra sənədi üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmədiyinə görə hazırda borclunun əmlakının üzərinə həbs qoyulması zərurəti yaranmışdır. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər və icra məmuru məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdırıb, hesab edir ki, təqdimat geri qaytarılmalıdır. Belə ki, təqdimata əlavə olunmuş Bərdə rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(021)-2735/2021 saylı icra vərəqəsindən görünür ki, cavabdeh Borclu 1599.6 manat əsas, 337.05 manat faiz, 2.9 manat cərimə borcu olmaqla cəmi 1939.55 manat kredit borcu və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçı X4 ASC–nin xeyrinə ödənilməsi qət edilmişdir. Təqdimata əlavə edilmiş Bərdə rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2021-ci il tarixli bildirişindən görünür ki, Borclu tələbin könüllü icrası üçün 10 gün müddətinə vaxt verilmişdir. Təqdimata əlavə edilmiş Bərdə rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Borclu borcun könüllü icrası üçün 10 gün müddətinə vaxt verilmişdir. Təqdimata əlavə edilmiş elektron çıxarışdan görünür ki,Bərdə rayonu Hacallı kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 1.8642 ha torpaq sahəsi Borclu mülkiyyəti kimi (hüquq sahibi X2 qeyd olunmaqla) qeydiyyata alınmışdır. Azərbaycan Respublikası “İcra haqqında” Azərbaycan Respublikası Qanununun; 2.1-ci maddəsinə görə, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. 43.1. Məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi Həmin Qanunun 44.1 və 44.1.3-cü maddələrinə uyğun olaraq, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirinin tətbiqi üçün əsasdır. 45.1. Tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. 50.2-ci maddəsinə əsasən Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Məhkəmə iclasında müəyyən olundu ki, Bərdə rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(021)-2735/2021 saylı icra sənədi üzrə Borclu öhdəliyini könüllü icra müddətində icra etmədiyinə görə Bərdə rayon İcra və Probasiya Şöbəsi tərəfindən məcburi icra tədbirləri görülməsi üçün təqdimat verilmiş, icra sənədinin icrasını təmin etmək üçün tələbin borclunun mülkiyyətində olan əmlaka yönəldilməsi zərurəti yaranmışdır. Məhkəmə qeyd edir ki, "Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısının təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 05 iyun 2002-ci il tarixli, 89 saylı qərarında fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısı göstərilmişdir. Bu Siyahının 3-cü bəndindən görünür ki, fiziki şəxs barəsində icra sənədi icra olunarkən əsas məşğuliyyəti kənd təsərrüfatı olan borclu və onun ailəsi üçün 1,0 hektaradək kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə tələbin yönəldilməsinə yol verilmir. Belə ki, təqdimatda qeyd olunmuş Bərdə rayonu Hacallı kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 1.8642 ha torpaq sahəsi “tələbin yönəldilməsinə yol verilməyən“ əmlaklar siyahısına aiddir. Buna görə də məhkəmə hesab edir ki, Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(021)-2735/2021 saylı icra sənədi üzrə tələbin əmlaka yönəldilməsi haqqında təqdimat geri qaytarılmaldır. Məhkəmə hesab edir ki, Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(021)-2735/2021 saylı icra sənədi üzrə tələbin əmlaka yönəldilməsi haqqında təqdimatı və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(021)-2735/2021 saylı icra sənədi üzrə tələbin əmlaka yönəldilməsi haqqında təqdimat və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardad rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardaddan yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №8(021)-462/2023
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-462/2023
15.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver