Məhkəmə qərarları › İş №8(021)-462/2024

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-462/2024

15.08.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-462/2024 15.08.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Ziya Yaşar oğlunun sədrliyi, X3 iclas katibliyi ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Bərdə rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 təqdimatına məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Bərdə rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 məhkəməyə təqdimat verərək, Bərdə rayon Məhkəməsinin e-2(021)-675/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədi üzrə borclu xx.xx.1989-cu ildə Bərdə rayonunda anadan olmuş, Bərdə rayonu Kətəlparaq kəndində qeydiyyatda olan və yaşayan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bərdə rayon Məhkəməsinin e-2(021)-675/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu və qeyrilərindən müştərək qaydada 7918 manat məbləğində pul vəsaiti və dövlət rüsumu tutularaq tələbkar Bank Respublika ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədində olan tələbin könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmiş, lakin borclu tərəfindən tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyatı təşkilatlara sorğular göndərilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Təqdimata baxılmasının yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada tərəflərə məlumat verilmiş, lakin borclu, tələbkar və icra məmuru məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. Məhkəmə təqdimatı və təqdimata əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, təqdimat təmin edilməməlidir. Təqdimata əlavə olunmuş Bərdə rayon Məhkəməsinin e-2(021)-675/2022 saylı xx.xx.2022-ci il tarixli icra vərəqəsi ilə müəyyən olunur ki, cavabdehlər Borclu,X1 və Borclu müştərək qaydada 7777.07 manat məbləğində borc və 43.26 manat faiz borcu olmaqla, cəmi 7820.33 manat və ödənilmiş 98.21 manat məbləğində dövlət rüsumu iddiaçı Bank Respublika ASC-nin xeyrinə ödənilməlidir. Təqdimata əlavə edilmiş Bərdə rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Bərdə rayon Məhkəməsinin e- 2(021)-675/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədi üzrə borcluya borcun könüllü icrası üçün 10 gün müddətinə vaxt verilmişdir. Təqdimata əlavə edilmiş Bərdə rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli bildirişindən görünür ki, Bərdə rayon Məhkəməsinin e-2(021)-675/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədi üzrə borcluya borcun könüllü icrası üçün 10 gün müddətinə vaxt verilmişdir. Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2013-cü il 22 aprel tarixli 2-N nömrəli Qərarı ilə göstərilir: 2.1. Məhkəmə qərarı, əmri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktı əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. 2.2. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl: 2.2.1. könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını, yəni icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə rabitə orqanları tərəfindən borclunun yaşadığı ünvana və ya onun işlədiyi yer üzrə çatdırılmasını təmin edir. Könüllü icra üçün bildiriş borcluya qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Bildirişlərin rəsmi qaydada verilməsi icra qurumunda da həyata keçirilə bilər. Borclu onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapılmadıqda, bildiriş borclu ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda yerli icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Borclunun əvəzinə bildirişi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməlidir 2.2.2. icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir; 2.2.3. borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Qeyd olunanlara əsasən təqdimat təmin edilə bilməz, ona görə ki icra qurumu tərəfindən təqdimata borcluya tələbin könüllü icrası barədə bildirişin verilməsini təsdiq edən hər hansı sənəd əlavə olunmamış, borclunun əmlak vəziyyəti elektron icra sistemindən çıxarışa əsasən aşkar edilməmiş, o cümlədən borclunun yaşayış ünvanında tələbin yönəldilə biləcəyi əmlakının olub-olmamasına dair akt tərtib edilməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, borclunun hər hansı əmlakı aşkar olunduqda, həmin əmlaka dair axtarış nəticə vermədikdə ölkədən getmək hüququnun məhdudlaşdırılması məsələsinə baxıla bilər. «İcra Haqqında» Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir . Həmin Qanunun 84-1.2-ci maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir. Sadalanalara əsasən məhkəmə hesab edir ki, Bərdə rayon Məhkəməsinin e-2(021)- 675/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədi üzrə borclu xx.xx.1980-ci ildə Bərdə rayonunda anadan olmuş, Bərdə rayonu Xanərəb kəndində qeydiyyatda olan və yaşayan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Bərdə rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 təqdimat təmin edilməməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

1. Bərdə rayon Məhkəməsinin e-2(021)-675/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədi üzrə borclu xx.xx.1980-ci ildə Bərdə rayonunda anadan olmuş, Bərdə rayonu Xanərəb kəndində qeydiyyatda olan və yaşayan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Bərdə rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 təqdimatı təmin edilməsin.

2. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar