Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-465/2024 08.08.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Abdullayev Fərman Firudin oğlunun sədirliyi, Məhkəmə iclas katibi Mustafayeva Lalə Ruslan qızının katibliyi, X2, X1, Bərdə rayon İcra və probasiya Şöbəsinin icra məmuru X12 iştirakları ilə, X2 Bərdə Rayon Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli, 2(021)-1619/2022 saylı qətnaməsinin yenidən icraya yönəldilməsi barədə ərizəsinə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bərdə Rayon Məhkəməsinin 2(021)-1619/2022 saylı 01 noyabr 2022-ci il tarixli qətnaməsinə əsasən ilk iddianın qismən təmin edilməsi, X9 ilə X15 arasında 04 dekabr 2007-ci ildə Bərdə rayonu, Məmmədli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində 08 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, ilk iddianın qalan hissədə təmin olunmaması, qarşılıqlı iddianın təmin edilməsi, tərəflərin birgə nikahlarından doğulmuş 21 yanvar 2010-cu il təvəllüdlü X10 və 28 iyul 2013-cü il təvəllüdllü X16 X5 alınaraq anaları X17 verilməsi və X11 himayəsində saxlanılmaları qət edilmişdir. Bərdə Rayon Məhkəməsinin 2(021)-1619/2022 saylı 01 noyabr 2022-ci il tarixli qətnaməsi icra edilməsi üçün Bərdə rayon İcra və probasiya Şöbəsinə göndərilmişdir. Bərdə rayon İcra və probasiya şöbəsinin icra məmurunun 01 iyul 2024-cü il tarixli, 128970/06 saylı icra sənədinin qaytarılması haqqında qərarına əsasən icra sənədi məhkəməyə qaytarılmışdır. X6 məhkəməyə ərizə ilə müraciət edərək Bərdə rayon İcra və probasiya Şöbəsinin icra məmurunun 01 iyul 2024-cü il tarixli, 128970/06 saylı qərarının ləğv edilməsini, Bərdə Rayon Məhkəməsinin 2(021)-1619/2022 saylı 01 noyabr 2022-ci il tarixli qətnaməsinin yenidən icraya yönəldilməsini xahiş etmişdir. X6 ərizəsini onunla əsaslandırmışdır ki, X8 qarşı övladları xx.xx.2013-cü il təvəllüdlü X25 və xx.xx.2010-cu il təvəllüdlü X10 alınıb onun himayəsinə verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmin mülki işə xx.xx.2022-ci il tarixdə baxılaraq 2(021)-1619/2022 saylı məhkəmə qətnaməsi qəbul olunmuşdur və mülki iş icra olunması üçün Bərdə rayon icra və probasiya şöbəsinə yönəlmişdir. Mülki iş icra şöbəsinin icraatında olan zaman icra məmurları uşaqları alıb ona verməmiş, işi icra etməmişdir. xx.xx.2024-cü il tarixdə uşaqların onunla getmək istəmədiklərini əsas gətirərək Bərdə rayon İcra və Probasiya şöbəsindən icra sənədi Bərdə Rayon Məhkəməsinə geri qaytarılmışdır. Lakin icra şöbəsində ekspert rəy vermişdir ki, uşaqlara anaları ilə getməmələri üçün kənardan müdaxilə və təzyiq olunmuşdur. İcranın geri qaytarılması haqqında qərarda ekspert rəyi nəzərə alınmamışdır. Hal-hazırda mülki işin yenidən icra olunmasını istəyir. Məhkəmə iclasında X6 ərizəyə uyğun ifadə verərək, bütün məhkəmə instansiyalarında övladlarının ona verilməsi barədə qərar qəbul edilməsini, lakin bu günə qədər uşaqlarının ona qaytarılmamasını, əksinə icra işi icra edilmədən məhkəməyə geri qaytarıldığını göstərərək, ərizəni müdafiə edib, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bərdə rayon İcra və probasiya Şöbəsinin icra məmuru X23 izahatında göstərmişdir ki, hazırkı mübahisə ilə bağlı icra işi Bərdə rayon İcra və Probasiya Şöbəsinin İcra X24 icraatında olmuşdur, hal-hazırda Mətləb Ələkbərov məzuniyyətdə olduğundan məhkəmə iclasında o, iştirak edir. Əlavə olaraq bildirir ki, icra işinin icra olunması üçün bir necə dəfə deyil, altı-yeddi dəfə psixoloqun, müvafiq dövlət qurumlarının iştirakı ilə icra günü təyin edilmişdir, lakin heç vaxt uşaqlar könüllü olaraq anaları X11 yanına getmək istəməmişdir, uşaqların kifayət qədər yaşları var, anlaqlıdırlar, bu barədə akt tərtib edilmiş, icra işinə əlavə edilmişdir. Məhkəmə iclasında tərəflərin birgə nikahlarından doğulmuş övladları X20 dindirilərkən izahatında göstərdi ki, 21 yanvar 2010-cu ildə doğulmuşdur, anası Aysel Cabbarovadır, atası Turab Cabbarovdur, atasının yanında qalmaq istəyir, üç ildir ki, atası ilə yaşayır, ondan əvvəl ana-atası ilə birlikdə yaşamışdır, anası ona pis rəftar etdiyindən onunla qalmaq istəmir, atası və ya əmisi tərəfindən ona heç bir təzyiq olmamışdır, atası ilə qalmaq istəyir. Məhkəmə iclasında tərəflərin birgə nikahlarından doğulmuş övladları X25 dindirilərkən izahatında göstərdi ki, 28 iyul 2013-cü ildə doğulmuşdur, anası Aysel Cabbarovadır, atası Turab Cabbarovdur, atası ona yaxşı baxır, o, nə desə atası edir, ona nənəsi baxır, nənəsinin 73 yaşı var, atası ilə qalmaq istəyir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Bərdə Rayon Məhkəməsinin 2(021)-1619/2022 saylı 01 noyabr 2022-ci il tarixli qətnaməsinə əsasən X9 ilə X15 arasında 04 dekabr 2007-ci ildə Bərdə rayonu, Məmmədli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində 08 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, ilk iddianın qalan hissədə təmin olunmaması, qarşılıqlı iddianın təmin edilməsi, tərəflərin birgə nikahlarından doğulmuş 28 iyul 2013-cü il təvəllüdllü X25 və 21 yanvar 2010-cu il təvəllüdlü X3 Turab Məhəmmədəli oğlundan alınaraq anaları X17 verilməsi və X11 himayəsində saxlanılmaları qərara alınmışdır. Həmin qətnaməyə əsasən verilmiş icra vərəqəsi icra edilməsi üçün Bərdə rayon İcra və probasiya Şöbəsinə göndərilmişdir. Lakin Bərdə rayonu İcra və Probasiya Şöbəsinin 01 iyul 2024-cü il tarixli, 128970/06 saylı icra sənədinin qaytarılması haqqında qərarı ilə məhkəməyə qaytarılmışdır. İş materiallarına əlavə olunmuş 15 aprel 2024-cü il tarixli aktın surətindən görünür ki, Bərdə Rayon Məhkəməsinin 2(021)-1619/2022 saylı 01 noyabr 2022-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Şöbəyə dəvət edilsə də borclunun icra və probasiya şöbəsinə gəlməməsi ilə əlaqədar icra prosesi xx.xx.2024-cü il tarixə təyin olunmuşdur. İş materiallarına əlavə olunmuş 22 may 2024-cü il tarixli aktın surətindən görünür ki, Bərdə Rayon Məhkəməsinin 2(021)-1619/2022 saylı 01 noyabr 2022-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə tərəflərin İcra Şöbəsinə dəvət edilmiş, borclu X9 icra şöbəsinə gəlsə də uşaqları gətirə bilmədiyindən icra prosesi xx.xx.2024-cü il tarixə təyin olunmuşdur. İş materiallarına əlavə olunmuş 23 may 2024-cü il tarixli aktın surətindən görünür ki, Bərdə Rayon Məhkəməsinin 2(021)-1619/2022 saylı 01 noyabr 2022-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Aysel Cabbarova və övladları ilə təklikdə söhbət aparılmış, uşaqların qəti şəkildə anaları ilə getmək istəmədiyindən, uşaqlarının psixoloji durumunun yoxlanılması nəzərə alınaraq, icra prosesi qeyri-müəyyən vaxta təxirə salınmışdır. İş materiallarına əlavə olunmuş 30 may 2024-cü il tarixli aktın surətindən görünür ki, Bərdə Rayon Məhkəməsinin 2(021)-1619/2022 saylı 01 noyabr 2022-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Aysel Cabbarovanın övladları ilə təklikdə söhbət aparılması, uşaqların qəti şəkildə anaları ilə getmək istəməməsi, buna görə də uşaqlarının psixoloji durumunun yoxlanılması və 10 yaşdan yuxarı olması nəzərə alınaraq, icra prosesinin qeyri-müəyyən vaxta təxirə salınması aktlaşdırılmışdır. İş materiallarına əlavə olunmuş 07 iyun 2024-cü il tarixli aktın surətindən görünür ki, Bərdə Rayon Məhkəməsinin 2(021)-1619/2022 saylı 01 noyabr 2022-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Aysel Cabbarovanın övladı ilə təklikdə söhbət aparılması, uşaqların qəti şəkildə anaları ilə getmək istəməməsi, buna görə də uşaqlarının psixoloji durumunun yoxlanılması və 10 yaşdan yuxarı olması nəzərə alınaraq, icra prosesinin qeyri-müəyyən vaxta təxirə salınması aktlaşdırılmışdır. İş materiallarına əlavə olunmuş 21 iyun 2024-cü il tarixli aktın surətindən görünür ki, Bərdə Rayon Məhkəməsinin 2(021)-1619/2022 saylı 01 noyabr 2022-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə tərəflər Şöbəyə dəvət edilsə də tələbkarın gəlməməsi, icra prosesinin qeyri-müəyyən vaxta təxirə salınması aktlaşdırılmışdır. İş materiallarına əlavə olunmuş 28 iyun 2024-cü il tarixli aktın surətindən görünür ki, Bərdə Rayon Məhkəməsinin 2(021)-1619/2022 saylı 01 noyabr 2022-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Bərdə RPŞ-nin YYTÇPİTQ inspektoru X18, Təhsil Şöbəsi üzrə psixoloq Teymurov Şəmistan, Bərdə rayon Qəyyumluq və Himayəçilik Komissiyasının mütəxəssisi X4 dəvət edilməsi, aidiyyati mütəxəssislərin icra prosesində iştirak etməsi, icra prosesində uşaqlar 11 yaşlı Kənanın və 14 yaşlı Firudinun anaları tələbkar Aysel Cabbarova ilə getməkdən qəti surətdə imtina etmələri aktlaşdırılmışdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə görə, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 12.1-ci maddəsinə görə, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Həmin Qanunun 3.1-ci maddəsinin tələbinə görə, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunın tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 3.2-ci maddəsinin tələbinə görə, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçılarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə bu prinsipi belə vurğulamışdır: «....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininn 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qərarları bütün şəxslər üçün məcburidir və Azərbaycan Respublikası ərazisində hökmən icra olunmalıdır. “İcra haqqqında” Qanunun 23.1-ci maddəsinə əsasən tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır: 23.1.1. tələbkarın ərizəsi əsasında; 23.1.2. borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda; 23.1.3. borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə; 23.1.4. tələbkar icra sənədi icra olunarkən borclunun satılmamış əmlakını özündə saxlamaqdan və ya borcludan alınmış müəyyən əşyaları götürməkdən imtina etdikdə; 23.1.5. tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən tələbin icrası bu Qanunun 23.1.2 - 23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. Həmin Qanunun 23.3-cü maddəsinə əsasən İcra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar icra qeydinin icrası üçün yenidən aidiyyəti icra qurumuna müraciət edə bilər. Bu hallarda icra qurumu icra qeydini icraata qəbul etməli və bu Qanunla nəzərdə tutulan tədbirləri görməlidir. Məhkəmə iclasında uşaqlar dindirilmiş və hər ikisi atalarının yanında qalmaq istədiklərini, anaları ilə görüşmək istəmədiklərini bildirmişdir. Məhkəmə qeyd edir ki, hazırda uşaqlar anaları ilə görüşmək belə istəmədiyi halda onların məcburi alınıb anaya verilməsi uşaqların psixi sağlamlığının, hüququnun və mənafeyinin pozulması ilə nəticələnə bilər. “Uşaq Hüquqları haqqında” Konvensiyanın müddəalarında qeyd olunur ki, yetikinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqlarının layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir. Ailə Məcəlləsinin 49.2-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Ailə Məcəlləsinin 49.3-cü maddəsinə əsasən uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. Ailə Məcəlləsinin 60.1-ci maddəsinə əsasən valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Ailə Məcəlləsinin 60.2-ci maddəsinə əsasən valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. Ailə Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq valideynlər: uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar, uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar, digər şəxslərlə müqayisədə öz uşaqlarının tərbiyəsində üstün hüquqlara malikdirlər, uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar, uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər, dövlət valideynlərin bu hüquq və vəzifələrinə qanunda nəzərdə tutulmuş qaydada yalnız uşağın mənafeyi tələb etdiyi hallarda müdaxilə edə bilər. Məhkəmə həmçinin qeyd edir ki, ərizənin təmin olunmaması isə həm tələbkarın hüquqlarını pozulmasına həm də məhkəmə qətnaməsinin icrasız vəziyətdə qalmasına səbəb olacaqdır. Bununla yanaşı məhkəmə iclasında iş üzrə tələbkar bildirir ki, uşaqlar 3 ildir ondan ayrı yaşayır, əgər məhkəmə tərəfindən şərait yaradılarsa uşaqlarla müəyyən vaxtlarda 1-2 saat vaxt keçirsə onu istəyəcəklər, hazırda uşaqlara təzyiq vardır. Məhkəmə bununla bağlı qeyd edir ki, məhkəmə tərəfindən hazırki halda anaya uşaqlarla müəyyən vaxtlarda görüş vermək hüququ icra sənədinin icra üsulunun dəyişməsi ilə nəticələnəcəkdir. Tərəflər icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət etdiyi təqdirdə həmin məsələyə qiymət verə bilər. Hazırki halda icra sənədinin icrası üsulunu dəyişməkdən söhbət gedə bilməz. Tələbkar tərəfindən icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi barədə məhkəməyə müraciət edə bilməsi üçün isə icra şöbəsinin qərarı ləğv olunmaldır. “İcra haqqında” Qanunun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Beləliklə məhkəmə uşaqların mənafeyini və ərizəçinin hüquqlarını nəzərə alaraq hesab edir ki, Bərdə rayon İcra və Probasiya Şöbəsinin 01 iyul 2024-cü il tarixli, 128970/06 saylı “icra sənədinin qaytarılması haqqında” qərarı ləğv edilməli, Bərdə Rayon Məhkəməsinin 2(021)-1619/2022 saylı 01 noyabr 2022-ci il tarixli icra sənədi yenidən icraya yönəldilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutuaraq məhkəmə QƏRARAALDİ: X2 ərizəsi təmin edilsin. Bərdə rayon İcra və probasiya şöbəsinin 01 iyul 2024-cü il tarixli, 128970/06 saylı “icra sənədinin qaytarılması haqqında” qərarı ləğv edilsin. Bərdə Rayon Məhkəməsinin 2(021)-1619/2022 saylı 01 noyabr 2022-ci il tarixli icra sənədi yenidən icraya yönəldilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim Fərman Abdullayev
Məhkəmə qərarları › İş №8(021)-465/2024
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-465/2024
08.08.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver