Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-466/2023 17.08.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlunun sədrliyi, X5 iclas kаtibliyi, Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 Borclu əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatına baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 məhkəməyə təqdimatla müraciət edərək, Borclu mülkiyyətində “VAZ 21053” minik markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, icra sənədi üzrə borclu X7, Borclu və X3 müştərək qaydada cəmi 2419 manat alınaraq tələbkar "xxxx" KB ASC-nin xeyrinə ödənilməlidir. Elektron icra sistemi çıxarışdan Borclu mülkiyyətində “VAZ 21053” minik markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil olduğu müəyyən edilmişdir. Sözügedən avtomobilin üzərinə Bərdə rayon Məhkəməsinin 8(021)-214/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə əmlak üzərinə həbs qoyulmuşdur. Belə olan halda məcburi icra tədbirlərinə ehtiyac olmadığına görə üzərinə həbs qoyulmuş həmin avtomobilin üzərindən həbsin götürülməsi zərurəti yaranmışdır. Təqdimata baxılması ilə əlaqədar məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə onların məhkəmə iclasına gəlməmələrinin səbəbini üzrsüz sayaraq işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və icra işinin materiallarını araşdırıb, hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bərdə Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(021)-1926/2020 nömrəli icra vərəqəsindən görünür ki, iddianın qismən təmin edilməsi, cavabdehlər Borclu və X4 müştərək qaydada 290,52 ABŞ dolları əsas borc, 236,53 ABŞ dolları faiz borcu, 5 ABŞ doları cərimə olmaqla, cəmi 532,05 ABŞ dolları (beş yüz otuz iki dollar, beş sent) məbləğində pul öhdəlik icra olunan zaman üçün Azərbaycan Respublikası Mərkəzi Bankının Azərbaycan manatına münasibətdə müəyyən etdiyi məzənnə üzrə və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" QSC-nə ödənilməsi qət edilmişdir. Bərdə rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(021)-6983/2016 nömrəli əmrindən görünür ki, xx.xx.1982-ci ildə Bərdə rayonu, Kətəlparaq kəndində anadan olmuş, Bərdə rayonu, Kətəlparaq kəndində yaşayan Borclu 295,70 manat əsas, 63,39 manat faiz, 35,45 manat cərimə, cəmi 394,54 manat və 20 manat dövlət rüsumu borc məbləği "xxxx" KB ASC-nin xeyrinə tutulması əmr edilmişdir. BOA kollektor agentliyi tərəfindən Bərdə rayon İcra və probasiya şöbəsinə ünvanlanmış 10 iyun 2023-cü il tarixli məktubdan görünür ki, Bərdə rayon Məhkəməsinin 2(021)- 6983/2016 saylı xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən Borclu "xxxx" ASC-yə olan borcunu tam ödəmişdir. Odur ki, iş üzrə icraata xitam verilməsi xahiş edilir. Bərdə rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 xx.xx.2023-cü il tarixli icraata xitam verilməsi haqqında qərarının surətindən görünür ki, Bərdə rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(021)-6983/2016 nömrəli xx.xx.2020-ci il tarixli, 2(021)-1926/2020 nömrəli icra sənədinə xitam verilmişdir. Bərdə rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 xx.xx.2023-cü il tarixli icraata xitam verilməsi haqqında qərarın surətindən görünür ki, Bərdə rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(104)-3845/2019 nömrəli icra sənədinə xitam verilmişdir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, X7 400 manat pulu ödəmişdir. İş materillarında olan ödəniş qəbzindən görünür ki, X7 2000 manat pulu ödəmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(104)-3845/2019 nömrəli icra vərəqindən görünür ki, Bərdə Rayon Məhkəməsinin 31 may 2019-cu il tarixli, 2(021)- 354/2019 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlə X7, Borclu və X3 müştərək qaydada 10 iyul 2014-cü il tarixli, 2254micBRD/1. -158 EM nömrəli əsas kredit va bank hesabı müqaviləsinin tərkib hissəsi olan 10 iy -158 2014-cü il tarixli, 2254micBRD/15 nömrəli əlavə kredit müqaviləsi üzrə 2.019, 158 manat əsas, 975,46 manat faiz borcu, 20 manat cərimə olmaqla, cəmi 3.015, 467 manat kredit borcunun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat pulu tutularaq "xxxx" X10 Səhmdar Cəmiyyətinin xeyrinə verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatın dəyəri 120 (bir yüz iyirmi) manatın iddiaçı «Unibank>> X10 Səhmdar Cəmiyyətindən tutularaq Büdcə təsnifatının kodu 14231 büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP(XİİS) hesabı, Dövlət xəzinədarlı agentliyi, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** saylı hesaba ödənilməsi qət edilmişdir. Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(021)-214/2023 nömrəli qərardadından görünür ki, təqdimat təmin edilməli, Bərdə rayon İcra və Probasiya Şöbəsinin icraatında olan icra sənədi üzrə tələb məbləği həddin Borclu adına qeydə alınmış “VAZ 21053” minik markalı, **-BK-*** qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Tələb təmin edildiyindən, icra sənədi üzrə borc ödənildiyindən və icra işi üzrə icraata xitam verildiyindən məhkəmə hesab edir ki, təqdimat təmin edilməli, Bərdə rayon Məhkəməsinin 8(021)-214/2023 nömrəli, xx.xx.2023-cü il tarixli ilə Borclu mülkiyyətində olan “VAZ 21053” minik markalı, **-BK-*** qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Şərh olunanlara əsasən və MPM-in 231, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqdimat təmin edilsin. Bərdə rayon Məhkəməsinin 8(021)-214/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə Borclu mülkiyyətində olan “VAZ 21053” minik markalı, **-BK-*** qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardad rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardaddan yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hаkim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №8(021)-466/2023
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-466/2023
17.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver