Məhkəmə qərarları › İş №8(021)-467/2023

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-467/2023

21.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-467/2023 21.08.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X6 iclas katibliyi ilə, X1 icra sənədinin yenidən icraya yönəldilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 ərizə ilə məhkəməyə müraciət edərək, Bərdə rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(021)-204/2019 nömrəli qətnaməsi əsasında verilmiş icra sənədi üzrə işin icraatın təzələnməsinə və X5 aid hissədə Naxşıvan şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2023cü tarixli qərarının ləğv edilməsinə və icra sənədinin yenidən icraya yönəldilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bərdə rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(021)-204/2019 nömrəli qətnaməsi ilə cavabdehlər X9 və X3 5.200 manat pulun alınaraq onun xeyrinə ödənilməsi qət edilmişdir. Qeyd edilən icra sənədi icra olunması üçün X5 aid hissədə Naxçıvan şəhər İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və icraata başlama haqqında qərar qəbul edilmişdir. Ötən illər ərzində borclu Orxan Nadirxanov bir manat da ödəniş etməmişdir. Sonradan onun barəsində axtarış elan olunmuş və o saxlanılmışdır. Özünün, bacısının və qohumlarının pulu ödəyəcəkləri barədə yalvarışlarından sonra icra işinin məhkəməyə qaytarılması barədə xx.xx.2023-cü il tarixdə ərizə vermişdir. Bundan sonra Naxçıvan şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı ilə icra sənədi tələbkarın ərizəsi əsasında Bərdə rayon məhkəməsinə qaytarılmışdır. Ancaq onu yenə də aldatdılar və ona hər hansı bir məbləğdə pul ödəmədilər. Hesab edir ki, qətnamə əsasında verilmiş icra sənədi üzrə işin icraatı təzələnməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə icra işi üzrə borclu, tələbkar və icra məmuruna məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizədə göstərilən tələbi iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və ərizəyə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, ərizəyə əlavə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: AZE seriyalı, 07853984 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.1975-ci ildə Bakı şəhərində anadan olmuşdur. Naxçıvan şəhəri, Culfa rayonu, Yaycı kəndində yaşayır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli məlumatdan görünür ki, Bərdə rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(021)-204/2019 nömrəli icra sənədi icra məmurunun qərarı ilə birlikdə geri qaytarılmışdır. Naxçıvan şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru Həbib Quliyev tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Bərdə rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli, 2(021)-204/2019 nömrəli icra sənədi Bərdə rayon Məhkəməsinə icra edilmədən geri qaytarılmışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qərarları bütün şəxslər üçün məcburidir və Azərbaycan Respublikası ərazisində hökmən icra olunmalıdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə görə, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 12.1-ci maddəsinə görə, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Həmin Qanunun 3.1-ci maddəsinin tələbinə görə, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 3.2-ci maddəsinin tələbinə görə, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə bu prinsipi belə vurğulamışdır: «....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». “İcra haqqqında” Qanunun 23.3-cü maddəsinə əsasən icra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar icra sənədinin icrası üçün yenidən aidiyyəti icra qurumuna müraciət edə bilər. Bu hallarda icra qurumu icra sənədini icraata qəbul etməli və bu Qanunla nəzərdə tutulan tədbirləri görməlidir. Beləliklə, məhkəmə hesab edir ki, borclu öhdəliyi icra etmədiyindən icra sənədinin yenidən icraya yönəldilərək icra edilməsinə ehtiyac var. Buna görə Naxçıvan şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru Həbib Quliyevin xx.xx.2023-cü il tarixli icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında qərarı ləğv edilməli, Bərdə rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(021)-204/2019 nömrəli icra sənədi yenidən icraya yönəldilməlidir. Göstərilənlərə əsasən və MPM-in 263-264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. Naxçıvan şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru Həbib Quliyevin xx.xx.2023cü il tarixli icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılmasına dair qərarı ləğv edilsin. Bərdə rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(021)-204/2019 nömrəli icra sənədi yenidən icraya yönəldilsin və icra sənədi borclu X5 aid hissədə icra edilməsi üçün Naxçıvan şəhər İcra və Probasiya Şöbəsinə göndərilsin. Qərardadın surəti tərəflərə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar