Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-467/2024 25.07.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X7 iclas katibliyi ilə, X1 icra sənədinin yenidən icraya yönəldilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X8 məhkəməyə ərizə ilə müraciət edərək, Bərdə rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli müvafiq qərarının ləğv edilməklə Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-3425/2023 saylı icra sənədinin yenidən icraya yönəldilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-3425/2023 saylı qətnaməsinə əsasən icra sənədi icra edilməsi üçün Bərdə Rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş, Bakı şəhərində yaşadığından icra prosesləri təyin edilmiş günlərdə işi ilə əlaqədar iştirak edə bilməmişdir. Bundan sonra Bərdə Rayon İcra və Probasiya Şöbəsin xx.xx.2024-cü il tarixli qərarı ilə icra sənədi Bərdə rayon Məhkəməsinə qaytarılmışdır. Bu səbəbdən icra işinin yenidən icraya yönəldilməsi zərurəti yaranmışdır. Odur ki, ərizəsinin təmin olunmasını xahiş edir. Ərizəyə baxılması ilə əlaqədar tələbkara, borcluya və Bərdə Rayon İcra və Probasiya Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə onların məhkəmə iclasına gəlməmələrinin səbəbini üzürsüz sayaraq işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-3425/2023 saylı qətnaməsinin və icra vərəqəsinin surətindən görünür ki, cavabdeh X5 iddiaçıya məxsus cehiz əşyaları olan 2000 manat dəyərində 1 ədəd yataq dəsti mebeli, 120 manat dəyərində 1 ədəd qoşa döşək, 100 manat dəyərində 1 ədəd qoşa yorğan, 80 manat dəyərində 2 ədəd yastıq, 600 manat dəyərində 1 ədəd pakrıval, 120 manat dəyərində 1 ədəd lüstur, 400 manat dəyərində 5 dəst pərdə, onların naturada alınıb verilməsi mümkün olmadıqda həmin əşyaların cəmi dəyəri olan 3420 manat pul alınaraq iddiaçı X6 verilsi, iddia qalan hissədə təmin edilməməsi, iş üzrə ödənilmiş 50 manat dövlət rüsumu və 50 manat mediasiya xərci iddiaçıya aid edilməsi, Mütəxəssis tərəfindən aparılmış qiymətləndirmə xidmətinin dəyəri olan 200 manat məbləğin 100 manatı iddiaçı X2, 100 manatı isə cavabdeh X5 alınaraq "xxxx" MMC-nin hesabına keçirilməsi qət edilmişdir. Bərdə rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X4 xx.xx.2024-cü il tarixli icra vərəqəsinin qaytarılmasına dair qərarının surətindən görünür ki, Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-3425/2023 saylı icra vərəqəsi “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 23.1.5-ci maddəsinə əsasən icra olunmadan onu verən məhkəməyə qaytarılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qərarları bütün şəxslər üçün məcburidir və Azərbaycan Respublikası ərazisində hökmən icra olunmalıdır. İş materiallarından aydın olur ki, Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-3425/2023 saylı qətnaməsinə əsasən icra vərəqəsi verilmiş və icra olunması Bərdə rayon İcra və Probasiya Şöbəsinə həvalə olunmuşdur. İcraat dövründə böyük icra məmurunun xx.xx.2024-ci il tarixli qərarı ilə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.5-ci maddəsinə uyğun olaraq məhkəməyə qaytarılmışdır. Məhkəmə qeyd edir ki, icra vərəqəsi icra edilmədən geri qaytarıldığından qanunvericiliyə uyğun olaraq ərizə təmin edilməli və icra vərəqəsi yenidən icraya yönəldilməlidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə görə, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 12.1-ci maddəsinə görə, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Həmin Qanunun 3.1-ci maddəsinin tələbinə görə, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 3.2-ci maddəsinin tələbinə görə, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə bu prinsipi belə vurğulamışdır: «Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». “İcra haqqqında” Qanunun 23.3-cü maddəsinə əsasən icra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar icra sənədinin icrası üçün yenidən aidiyyəti icra qurumuna müraciət edə bilər. Bu hallarda icra qurumu icra sənədini icraata qəbul etməli və bu Qanunla nəzərdə tutulan tədbirləri görməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Bərdə rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X4 xx.xx.2024-cü il tarixli icra sənədinin icra olunmadan məhkəməyə qaytarılması haqqında qərarı ləğv edilməli, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)- 3425/2023 saylı icra sənədi yenidən icraya yönəldilməlidir. Göstərilənlərə əsasən və MPM-in 263-264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. Bərdə rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X4 xx.xx.2024-cü il tarixli icra sənədinin məhkəməyə qaytarılması haqqında qərarı ləğv edilsin. Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-3425/2023 saylı icra sənədi yenidən icraya yönəldilsin. Qərardadın surəti tərəflərə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №8(021)-467/2024
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-467/2024
25.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver