Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-468/2024 25.07.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, məhkəmə iclas katibi Abbasova Afət Ağarza qızının katibliyi ilə, Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 Ağdam Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(013)-1017/2022 nömrəli icra sənədi üzrə borclunun əmlakı üzərindən həbsin götürülməsi barədə təqdimatına Bərdə Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 məhkəməyə təqdimatla müraciət edərək Borclu adına qeydə alınmış, "Opel Astra" minik markalı, **-BK-*** dövlət nömrə nişanlı və “VAZ 21060” minik markalı, **-BE-*** dövlət qeydiyyat nişannlı avtomobillərin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Ağdam Rayon Məhkəməsinin Ağdam Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(013)-1017/2022 nömrəli icra sənədinə əsasən borclular Borclu, X4 və X2 cəmi 9071.55 manat kredit borcu tutularaq tələbkar "xxxx" ASCnin xeyrinə ödənilməlidir. İcra sənədinin icrasını təmin etmək məqsədilə Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(021)-55/2024 nömrəli qərardadı ilə Borclu adına qeydə alınmış "Opel Astra" minik markalı, **-BK-*** dövlət nömrə nişanlı və “VAZ 21060” minik markalı, **-BE-*** dövlət qeydiyyat nişannlı avtomobillərin üzərinə həbs qoyulmuşdur. İcra sənədi üzrə tələb borclular Borclu və X4 tərəfindən tam şəkildə təmin olunmuşdur. Belə olan halda məcburi icra tədbirlərinə ehtiyac olmadığına görə üzərinə həbs qoyulmuş həmin avtomobillərin üzərindən həbsin götürülməsi zərurəti yaranmışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, Borclu adına qeydə alınmış, "Opel Astra" minik markalı, **-BK-*** dövlət nömrə nişanlı və “VAZ 21060” minik markalı, **-BE-*** dövlət qeydiyyat nişannlı avtomobillərin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Tələbkara, borcluya və icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilsə də onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə təqdimata Azərbaycan Respublikası MPM-nin 231-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş materiallarında olan Ağdam Rayon Məhkəməsinin 09 iyun 2022-ci il tarixli, 2(013)-1017/2022 saylı icra vərəqəsindən görünür ki, borclular Borclu, X4 və X2 cəmi 9071.55 manat kredit borcu tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İş materiallarında olan Bərdə Rayon məhkəməsinin 8(021)-354/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, Ağdam Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli, 2(013)-1017/2022 nömrəli icra sənədi üzrə X5 məxsus olan “VAZ 21063” minik markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilinin olduğu müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 2793 nömrəli məktubdan görünür ki, "xxxx" ASC Ağdam Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(013)-1017/2022 nömrəli icra sənədi üzrə borclu X1 heç bir öhdəliyi qalmamışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli icraata xitam verilməsi haqqında qərardan görünür ki, Ağdam Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(013)- 1017/2022 nömrəli icra sənədi üzrə icraata xitam verilmişdir. İş materiallarında olan 8(021)-55/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, Ağdam Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(013)-1017/2022 nömrəli icra sənədi üzrə Borclu "Opel Astra" minik markalı, **-BK-*** dövlət nömrə nişanlı və “VAZ 21060” minik markalı, **-BE-*** dövlət qeydiyyat nişannlı avtomobillərin üzərinə həbs qoyulmuşdur. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin 8(104)-57/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 8(021)-55/2024 saylı qərardadından Borclu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(021)- 55/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə işdə olan sənədləri araşdırıb hesab edir ki, təqdimat təmin edilməliAğdam Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(013)-1017/2022 nömrəli icra sənədi əsasında açılmış icra işi üzrə Borclu adına qeydə alınmış "Opel Astra" minik markalı, **-BK-*** dövlət nömrə nişanlı və “VAZ 21060” minik markalı, **-BE-*** dövlət qeydiyyat nişannlı avtomobillərin üzərindən qoyulmuş həbs götürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263, 264, 267-ci maddələrinirəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Təqdimat təmin edilsin. Ağdam Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(013)-1017/2022 nömrəli icra sənədi əsasında açılmış icra işi üzrə Borclu adına qeydə alınmış, ""Opel Astra" minik markalı, **-BK-*** dövlət nömrə nişanlı və “VAZ 21060” minik markalı, **-BE-*** dövlət qeydiyyat nişannlı avtomobillərin üzərindən Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(021)-55/2024 saylı qərardadı ilə qoyulmuş həbs götürülsün. Qərardadın icrası Bərdə rayon İcra və Probasiya Şöbəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsinin Yevlax 7 saylı Rayonlararası Qeydiyyat İmtahan və X10 həvalə edilsin. Qərardaddan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №8(021)-468/2024
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-468/2024
25.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver