Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-469/2023 21.08.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, X4 iclas katibliyi ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Bərdə rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 təqdimatına məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Bərdə rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 məhkəməyə təqdimat verərək, Bərdə rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli, 2(021)-377/2023 saylı icra sənədi üzrə xx.xx.1959-cu il tarixdə Bərdə rayonunda anadan olmuş, Bərdə rayon Hacallı kəndində yaşayan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bərdə rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli, 2(021)-377/2023 saylı icra sənədinə əsasən Borclu 144497 manat pul vəsaiti və 133 manat dövlət rüsumu tutularaq tələbkar X5 xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə Bərdə rayon İcra və Probasiya şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icra yönəldilmişdir.İcra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmiş, lakin borclu tərəfindən tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyatı təşkilatlara sorğular göndərilmişdir. Borclu tərəfindən icra sənədi icra olunmamışdır. Odur ki, Borclu xarici ölkəyə getmək ehtimalı olduğundan onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Təqdimata baxılmasının yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada tərəflərə məlumat verilmiş, tərəflər və icra məmuru məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi . Məhkəmə təqdimatı və təqdimata əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, təqdimat geri qaytarılmalıdır. Təqdimata əlavə olunmuş Bərdə rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli, 2(021)-377/2023 saylı icra sənədindən görünür ki, iddia qismən təmin edilmiş, cavabdehl Borclu avtomobilin təmir bərpa xərclərinə görə 14.497 manat alınaraq iddiaçı X6 verilməsi , cavabdeh Borclu ekspert rəyinə görə 50 manat tutularaq Dövlət xəzinədarlığı agentliyinə (KOD 21005 VÖEN ********** müxbir hesabı AZ 41NABZ) **********0********) hesabına ödənilməsi, iş üzrə iddia təmin edildiyindən, 133.49 manat məbləğində dövlət rüsumunun cavabdeh Borclu tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Təqdimata əlavə edilmiş Bərdə rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Borclu borcun könüllü icrası üçün müddət verilmişdir. Təqdimata əlavə edilmiş Bərdə rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli bildirişindən görünür ki, Borclu tələbin könüllü icrası üçün 10 gün müddətinə vaxt verilmişdir. «İcra Haqqında» Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Məhkəmə qeyd edir ki, Bərdə rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli, 2(021)- 377/2023 saylı icra sənədi üzrə Borclu yaranmış borclarını könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra etmədiyinə görə icra sənədinin icrasız qalmasını nəzərə alaraq təqdimat vermişdir. Lakin hazırda həmin təqdimat geri qaytarılmalıdır. Belə ki, Bərdə rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli, 2(021)-377/2023 saylı icra sənədi üzrə Borclu Bərdə rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli, 2(021)- 377/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verilmiş, hazırda həmin iş Gəncə Apellyasiya Məhkəməsinin icraatındadır. Buna görə də məhkəmə hesab edir ki, Bərdə rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli, 2(021)-377/2023 saylı icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Bərdə rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 tərəfindən verilmiş təqdimat geri qaytarılmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bərdə rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli, 2(021)-377/2023 saylı icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Bərdə rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 tərəfindən verilmiş təqdimat geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №8(021)-469/2023
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-469/2023
21.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver