Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-469/2024 05.08.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Abduullayev Fərman Firidun oğlunun sədrliyi Məhkəmə iclas katibi Mustafayeva Lalə Ruslan qızının katibliyi ilə, Bərdə Rayon İcra və Probasiya Şöbəsinin borclunun əmlakı üzərinə həbs qoyulmasına dair təqdimatına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Məhəmmədəli Qasımzadə təqdimatla məhkəməyə müraciət edərək icra sənədi üzrə Borclu məxsus olan daşınmaz əmlakın üzərinə həbs qoyulmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, X2 e-2-2(115)-66/2024 saylı, 15 yanvar 2024-cü il tarixli icra sənədinə əsasən Borclu 43636 manat məbləğində pul və 209 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə, Bərdə Rayon Məhəkəməsinin 2(021)- 3168/2022 saylı, 11 oktyabr 2022-ci il tarixli icra sənədinə əsasən Borclu 1485.52 manat məbləğində pul tutularaq tələbkar “X4 Olmayan Kredit Təşkilatı” MMC-nin xeyrinə, Bərdə Rayon Məhəkəməsinin 2(021)-2260/2020 saylı, 20 oktyabr 2022-ci il tarixli icra sənədinə əsasən Borclu 2327 manat məbləğində pul və 100 manat dövlət rüsumu tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. Qeyd edilən icra sənədlərinin icrası zamanı qeyd olunan icra vərəqələri üzrə borclu “Borclua məxsus olan Bərdə şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən qeyri-yaşayış binasının olduğu müəyyən olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, borclu, tələbkar və Bərdə Rayon İcra və probasiya Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmələrinin səbəbini üzrsüz sayaraq işə onların iştirakları olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə təqdimatı və icra işinin materiallarını araşdırıb, hesab edir ki, təqdimat təmin olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, Borclu 43636 manat məbləğində pul və 209 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə, 1485.52 manat məbləğində pul tutularaq tələbkar “X4 Olmayan Kredit Təşkilatı” MMC-nin xeyrinə, 2327 manat məbləğində pul və 100 manat dövlət rüsumu tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. Məhkəmə Borclu borcunun xeyli miqdar təşkil etməsini nəzərə alaraq hesab edir ki, Borclu məxsus olan Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən qeyri yaşayış binasının üzərinə həbs qoyulmalıdır. Məhkəmə aşağıda göstərilənləri qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən: İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İİ. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə görə,Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş məhkəmə qərarları Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. İcra haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə görə, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Həmin Qanunun 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirlərindən biridir. Həmin Qanunun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. Həmin Qanunun 45.6-ci maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. İcra məmuru 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir. Borclu tələbin birinci növbədə hansı əmlaka və əşyalara yönəldilməsini icra məmuruna bildirmək hüququna malikdir. Borclunun belə müraciəti icra sənədinin icrasına mane olmursa, icra məmuru onu təmin etməyə borcludur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini və İcra haqqında» Azərbaycan Respublikası Qanununun 43,45-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Təqdimat təmin edilsin. X2 e-2-2(115)-66/2024 saylı 15 yanvar 2024-cü il tarixli, Bərdə Rayon Məhəkəməsinin 2(021)-3168/2022 saylı 11 oktyabr 2022-ci il tarixli, Bərdə Rayon Məhəkəməsinin 2(021)- 2260/2020 saylı 20 oktyabr 2022-ci il tarixli icra sənədi üzrə Borclu məxsus olan Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən qeyri yaşayış binasının üzərinə həbs qoyulsun. Qərardadın icrası Bərdə rayon İcra və probasiya Şöbəsinə həvalə edilsin. Qərardad rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardaddan yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim Fərman Abdullayev
Məhkəmə qərarları › İş №8(021)-469/2024
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-469/2024
05.08.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver