Məhkəmə qərarları › İş №8(021)-472/2023

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-472/2023

22.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-472/2023 22.08.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Babaşov Fuad Bəhruz оğlunun sədrliyi, X3 iclas katibliyi, Borclu iştirakı ilə, İcra sənədi üzrə borclunun əmlakı üzərinə həbs qoyulması və onu satmaq yolu ilə tələbin icrasının təmin edilməsinə dair Bərdə rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Bərdə rayon X5 rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 29021)-377/2023 nömrəli qərarının icrası zamanı icra və probasiya şöbəsinin icra məmuru Məhəmmədəli Qasımzadə təqdimatla məhkəməyə müraciət edərək, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən icra sənədi üzrə Borclu məxsus olan “Mercedes Benz E220CDİ” minik markalı, **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına qərardad qəbul edilməsini xahiş etmişdir. Bərdə rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Məhəmmədəli Qasımzadə təqdimatını onunla əsaslandırmışdır ki, Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 29021)-377/2023 nömrəli icra sənədinə əsasən Borclu 14.497 manat məbləğində pul vəsaiti və 133 manat dövlət rüsumu tutularaq tələbkar X6 xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə bərdə rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmnədiyi üçün borclunun əmlak vəziyyəti yoxlamaq məqsədi ilə elektron sistem vasitəsi ilə sorğular edilmişdir. Belə ki, “Elektron İcra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən edilmişdir ki, Borclu Mirzıə oğlunun müılkiyyətoində “Mercedes Benz E220CDİ” minik markalı, **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobil vardır. İcra sənədinin icrasınnı təmin etmək məqsədi ilə hesab edir ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinnıə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Məhkəmə iclasında Borclu iş üzrə apellyasiya şikayəti verdiyini və işə Gəncə Apellyasiya Məhkəməsində baxılacağını bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində xəbərdar edilməsinə baxmayaraq tələbkar və icra məmuru məhkəmə iclasına gəlməmişlər. Məhkəmə onların məhkəmə iclasına gəlməmələrinin səbəbini üzrsüz sayaraq işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə təqdimatı, icra işinin materiallarını və əlavə edilmiş sənədləri araşdırıb, hesab edir ki, təqdimat təmin olunmamalıdır. Belə ki, Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 29021)-377/2023 nömrəli qərarının icrası zamanı icra və probasiya şöbəsinin icra məmuru Məhəmmədəli Qasımzadə təqdimatla məhkəməyə müraciət edərək, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən icra sənədi üzrə Borclu məxsus olan “Mercedes Benz E220CDİ” minik markalı, **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına qərardad qəbul edilməsini xahiş etmişdir. Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-377/2023 nömrəli icra vərəqindən görünür ki, iddia qismən təmin edilməli, cavabdeh Borclu avtomobilin təmir bərpa xərcinə görə 14,497 manat alınaraq iddiaçı X7 verilməli, cavabdeh Borclu ekspert rəyinə görə 50 (əlli) manat tutularaq X2 ödənilməlidir. İş üzrə iddia tələbi qimən təmin edildiyindən 133,49 manat məbləğində dövlət rüsumu cavabdeh Borclu tutularaq dövlət büdcəsinə ödənilməlidir. AA ******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Borclu xx.xx.1959-cu il tarixdə Bərdə rayonu, Hacallı kəndində anadan olmuşdur. Bərdə rayonu, Hacallı kəndində yaşayır. Bərdə rayon İcra şöbəsinin icra məmuru Sahil Rzayevin xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarından və bildirişin surətindən görünür ki, icra sənədi üzrə icraata başlanmış və borcluya tələbin könüllü icra olunması üçün 10 gün müddət verilmişdir. İş materiallarında olan tarixli xəbərdarlıq məktublarından görünür ki, borcun ödənilməsi barədə borcluya dəfələrlə xəbərdarlıqlar edilmişdir. Təqdimata əlavə edilmiş “Elektron icra” informasiya sistemindən çıxarılmış məlumatdan isə görünür ki, “Mercedes Benz E220CDİ” minik markalı, **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobil Borclu mülkiyyətindədir. Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-377/2023 nömrəli qərardadın surətindən görünür ki, iddiaçı X6 cavabdeh Borclu qarşı “Pul” tələbinə dair mülki iş üzrə Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-377/2023 nömrəli qətnaməsindən cavabdeh Borclu tərəfindən verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 361-ci maddəsinə uyğun hesab edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Bərdə rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Məhəmmədəli Qasımzadənin “Mercedes Benz E220CDİ” minik markalı, **- NC-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərinə həbs qoyulması barədə təqdimatı təmin oluna bilməz. Ona görə ki, təqdimatda göstərilən “Mercedes Benz E220CDİ” minik markalı, **-NC- *** dövlət qeydiyyat nişanlı avtomobil üzərinə həbs qoyulmasına əsas olmuş icra sənədinə dair qətnamə apellyasiya qaydasında mübahisələndirildiyindən və onun nəticəsi bəlli olmadığından həmin əmlak üzərinə həbs qoyulması avtomobil sahibinin qanunla qorunan mülkiyyət hüquqlarının pozulmasına səbəb olar. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 45.2-ci maddəsinə əsasən, icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Həmin Qanununun 45.6-cı maddəsinə görə, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Məhkəmə hesab edir ki, Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 29021)- 377/2023 nömrəli qərarının icrasını təmin etmək məsədi ilə “Mercedes Benz E220CDİ” minik markalı, **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərinə həbs qoyulmasına dair Bərdə rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Məhəmmədəli Qasımzadənin təqdimatı təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 363-364, 367-368ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: “Mercedes Benz E220CDİ” minik markalı, **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərinə həbs qoyulması barədə Bərdə rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Məhəmmədəli Qasımzadənin təqdimatı təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən Bərdə rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar