Məhkəmə qərarları › İş №8(021)-473/2023

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-473/2023

05.09.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-473/2023 05.09.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Orxan Elşən oğlunun katibliyi ilə, Bərdə Rayon İcra Şöbəsinin icra məmurunun Gəncə Kommersiya Məhkəməsinin e-2- 2(115)-47/2023 nömrəli 28 mart 2023-cü il tarixli icra sənədinə əsasən ilə borclunun əmlakı üzərindən həbsin götürülməsi barədə təqdimatına Bərdə Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Bərdə Rayon İcra Şöbəsinin icra məmuru Validə Hümbətova məhkəməyə təqdimatla müraciət edərək Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-47/2023 nömrəli 28 mart 2023-cü il tarixli icra sənədinə əsasən Borclu mülkiyyətindəki “VAZ 2106” minik markalı, ** BL *** dövlət nömrə nişanlı avtomobilinin üzərindən həbsin götürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilsə də məhkəmə iclasına gəlməmişlər. Məhkəmə təqdimata Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-47/2023 nömrəli 28 mart 2023-cü il tarixli icra sənədinə əsasən Borclu və qeyrilərindən müştərək qaydada cəmi 8544 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-47/2023 nömrəli 28 mart 2023-cü il tarixli icra sənədinə əsasən Borclu mülkiyyətindəki “VAZ 2106” minik markalı, ** BL *** dövlət nömrə nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. İşdə olan Bərdə Rayon Məhkəməsinin 8(021)-358/2023 nömrəli 22 iyun 2023-cü il tarixli qərardadının surətindən görünür ki, Borclu mülkiyyətindəki “VAZ 2106” minik markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. İş materiallarında olan tələbkar "xxxx" ASC-nin məktubunun surətindən müəyyən olunur ki, Bərdə Rayon Məhkəməsinin 2(021)-1666/2011 nömrəli 16 sentyabr 2011-ci il tarixli icra sənədinə əsasən borc tam ödənilmişdir və icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə işdə olan sənədləri araşdırıb belə hesab edir ki, təqdimat təmin edilməli Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-47/2023 nömrəli 28 mart 2023-cü il tarixli icra sənədi üzrə görülmüş icra tədbirləri ləğv edilməli, Borclu mülkiyyətindəki “VAZ 2106” minik markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən həbs götürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263, 264, 267-ci maddələrinirəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Təqdimat təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-47/2023 nömrəli 28 mart 2023-cü il tarixli icra sənədi üzrə Borclu mülkiyyətindəki “VAZ 2106” minik markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. HakimElsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar