Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-473/2024 05.08.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Ziya Yaşar oğlunun sədrliyi, X5 iclas katibliyi ilə, X1 Bərdə rayon məhkəməsinin 2(021)-3693/2016 saylı, 29 iyul 2016-cı il tarixli icra sənədinin yenidən icraya yönəldilməsi barədə ərizəyə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 məhkəməyə ərizə ilə müraciət edərək, Bərdə rayon İcra və Probasiya Şöbəsinin 25 oktyabr 2023-cü il tarixli icra sənədinin geri qaytarılması barədə qərarın ləğv olunması, Bərdə rayon məhkəməsinin 2(021)-3693/2016 saylı, 29 iyul 2016-cı il tarixli icra sənədinin yenidən icraya yönəldilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bərdə rayon Məhkəməsinin 29 iyul 2016-cı il tarixli 2(021)- 3693/2016 saylı qətnaməsinə əsasən cavabdeh X7 30000 manat məbləğində pul alınaraq ona verilməlidir. Məhkəmənin qeyd olunan Qətnaməsi icra edilməsi üçün Bərdə rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Bərdə rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 25 oktyabr 2023-cü il tarixli qərarına əsasən "İcra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında" qərar qəbul edilmişdir. Qeyd olunan qərarla razı deyil. Belə ki, həmin qərar onun Bərdə rayon Məhkəməsinin 29 iyul 2016-cı il tarixli 2(021)-3693/2016 saylı qətnaməsinə əsasən ona verilməli olan pul məbləği üzərində mülkiyyət hüququnu pozur. İcra məmuru tərəfindən araşdırma aparılmadan icra sənədi geri qaytarılmışdır. Cavabdeh kənd təsərrüfatı ilə, həmçinin alverlə məşğul olur, yaxşı gəlir əldə edir. Qətnamədə qeyd olunan məbləği ödəməyə hər cürə imkanı var. Buna görə də icra sənədinin yenidən icra olunması zərurəti yaranmışdır. Məhkəmə iclasının vaxtı və yeri barəsində məhkəmə bildirişləri vasitəsi ilə məlumat göndərilsə də, borclu, tələbkar və icra məmuru məhkəmə iclasına gəlməmişlər. Məhkəmə onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, ərizəyə əlavə olunmuş Bərdə rayon İcra və Probasiya Şöbəsinin 25 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, İcra haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq borclu fiziki şəxsin yönəldilə biləcəyi əmlak və gəlirlərin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə hətta borclu barəsində axtarış verilmiş, məlum olmuşdur ki, borclu barəsində CM-nin müvafiq maddələriilə hökm çıxarılmış, Bərdə rayon məhkəməsinin 2(021)-3693/2016 saylı, 29 iyul 2016-cı il tarixli icra sənədi məhkəməyə geri qaytarılmışdır. Məhkəmə iş materiallarını araşdırarkən müəyyən etdi ki, Bərdə rayon məhkəməsinin 2(021)-3693/2016 saylı, 29 iyul 2016-cı il tarixli il tarixli icra vərəqəsi icra olunması üçün icra şöbəsinə göndərilmiş, 25 oktyabr 2023-cü iltarixdə icra sənədi geri qaytarılmışdır. Hazırda tələbkarın ərizəsi əsasında icra sənədinin yenidən icra olunması zərurəti yaranmışdır. Məhkəmə aşağıda göstərilənləri qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən: İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İİ. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş məhkəmə qərarları Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. İcra haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə görə, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Həmin Qanunun 6.1.4-cü maddəsinə əsasən notariusun icra qeydləri icra sənədi sayılır. Həmin Qanunun 23.1.1-ci maddəsinə əsasən tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi tələbkarın ərizəsi əsasında icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 23.3-cü maddəsinə əsasən İcra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar icra qeydinin icrası üçün yenidən aidiyyəti icra qurumuna müraciət edə bilər. Bu hallarda icra qurumu icra qeydini icraata qəbul etməli və bu Qanunla nəzərdə tutulan tədbirləri görməlidir. Məhkəmə hesab edir ki, ərizə təmin olunmalı, Bərdə rayon İcra və Probasiya Şöbəsinin 25 oktyar 2023-cü il tarixli icra sənədinin məhkəməyə qaytarılması barədə qərarı ləğv olunmalı, Bərdə rayon məhkəməsinin 2(021)-3693/2016 saylı, 29 iyul 2016-cı il tarixli icra sənədi yenidən icraya yönəldilməlidir. Göstərilənlərə əsasən və MPM-in 263-264, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: 1.X1 ərizəsi təmin edilsin. 2.Bərdə rayon İcra və Probasiya Şöbəsinin 25 oktyabr 2023-cü il tarixli icra sənədinin məhkəməyə qaytarılması barədə qərarı ləğv olunsun. 3.Bərdə rayon məhkəməsinin 2(021)-3693/2016 saylı, 29 iyul 2016-cı il tarixli icra sənədi yenidən icraya yönəldilsin. 4.Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: Ziya Abdullayev
Məhkəmə qərarları › İş №8(021)-473/2024
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-473/2024
05.08.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver