Məhkəmə qərarları › İş №8(021)-474/2024

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-474/2024

05.08.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-474/2024 05.08.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Abdullayev Fərman Firidun oğlunun sədirliyi, Məhkəmə iclas katibi Mustafayeva Lalə Ruslan qızının katibliyi ilə, X1 Bərdə rayon İcra və probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilərək, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-2958/2023 saylı qətnaməsinin yenidən icraya yönəldilməsi barədə ərizəsinə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bərdə Rayon Məhkəməsinin 2(021)-2958/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən cavabdeh X4 iki uşağın saxlanılması üçün hər ay hər uşağa 100 manat olmaqla, cəmi 200 manat məbləğində aliment tutularaq X3 xeyrinə ödənilməsi qət edilmişdir. Bərdə Rayon Məhkəməsinin 2(021)-2958/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi icra edilməsi üçün göndərilmişdir. Bərdə rayon İcra və probasiya şöbəsinin icra məmurunun xx.xx.2024-cü il tarixli icra sənədinin qaytarılması haqqında qərarına əsasən icra sənədi məhkəməyə qaytarılmışdır. X2 məhkəməyə ərizə ilə müraciət edərək Bərdə Rayon Məhkəməsinin 2(021)- 2958/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinin yenidən icraya yönəldilməsini xahiş etmişdir. Məhkəmə, tələbkar, borclu və Bərdə Rayon İcra və probasiya Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə X1 ərizəsini, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Bərdə Rayon Məhkəməsinin 2(021)-2958/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən cavabdeh X4 iki uşağın saxlanılması üçün hər ay hər uşağa 100 manat olmaqla, cəmi 200 manat məbləğində aliment tutularaq X5 xeyrinə ödənilməsi qərara alınmış, icra sənədi icra edilməsi üçün Bərdə rayon İcra və probasiya Şöbəsinə göndərilmişdir. Lakin Bərdə rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Mətləb Ələkbərov xx.xx.2024-cü il tarixli icra sənədinin qaytarılması haqqında qərarı ilə məhkəməyə qaytarılmışdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə görə, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 12.1-ci maddəsinə görə, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Həmin Qanunun 3.1-ci maddəsinin tələbinə görə, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunın tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 3.2-ci maddəsinin tələbinə görə, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçılarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə bu prinsipi belə vurğulamışdır: «....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininn 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qərarları bütün şəxslər üçün məcburidir və Azərbaycan Respublikası ərazisində hökmən icra olunmalıdır. “İcra haqqqında” Qanunun 23.1-ci maddəsinə əsasən tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır: 23.1.1. tələbkarın ərizəsi əsasında; 23.1.2. borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda; 23.1.3. borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə; 23.1.4. tələbkar icra sənədi icra olunarkən borclunun satılmamış əmlakını özündə saxlamaqdan və ya borcludan alınmış müəyyən əşyaları götürməkdən imtina etdikdə; 23.1.5. tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən tələbin icrası bu Qanunun 23.1.2 - 23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. Həmin Qanunun 23.3-cü maddəsinə əsasən İcra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar icra qeydinin icrası üçün yenidən aidiyyəti icra qurumuna müraciət edə bilər. Bu hallarda icra qurumu icra qeydini icraata qəbul etməli və bu Qanunla nəzərdə tutulan tədbirləri görməlidir Beləliklə, məhkəmə hesab edir ki, Bərdə rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Mətləb Ələkbərovun xx.xx.2024-cü il tarixli “icra sənədinin qaytarılması haqqında” qərarı ləğv edilməli, Bərdə Rayon Məhkəməsinin 2(021)-2958/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədi yenidən icraya yönəldilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutuaraq məhkəmə QƏRARAALDİ: X1 ərizəsi təmin edilsin. Bərdə rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Mətləb Ələkbərovun xx.xx.2024-cü il tarixli “icra sənədinin qaytarılması haqqında” qərarı ləğv edilsin. Bərdə Rayon Məhkəməsinin 2(021)-2958/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədi yenidən icraya yönəldilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim Fərman Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar