Məhkəmə qərarları › İş №8(021)-476/2024

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-476/2024

26.08.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-476/2024 26.08.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Ziya Yaşar oğlunun sədrliyi, X2 iclas katibliyi, Tələbkar «ABC -TELECOM” MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Tələbkar «ABC -TELECOM” MMC-nin Bərdə rayon məhkəməsinin 2(021)-1951/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin yenidən icraya yönəldilməsi barədə ərizəyə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Tələbkar «ABC -TELECOM” MMC məhkəməyə ərizə ilə müraciət edərək, Bərdə rayon məhkəməsinin 2(021)-1951/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin yenidən icraya yönəldilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bərdə rayon məhkəməsinin 2(021)-1951/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu 658 manat alınaraq «ABC - TELECOM” MMC-yə ödənilməlidir. Bərdə rayon məhkəməsinin 2(021)-1951/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi xx.xx.2023-cü il tarixdə məhkəməyə geri qaytarılmışdır. Hazırda icra sənədinin yenidən icra olunması zərurəti yaranmışdır. Məhkəmə iclasının vaxtı və yeri barəsində məhkəmə bildirişləri vasitəsi ilə məlumat göndərilmiş, məhkəmə iclasına tələbkarın nümayəndəsi gəlmiş, borclu və icra məmuru gəlməmişdir. Borclu etibarnamə üzrə nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, Borclu hazırda Bakı şəhərində psixiatriya mərkəzində müalicə aldığını qeyd edərək, ərizənin rədd edilməsini məhkəmədən xahiş etdi.Məhkəmə borclunun və icra məmurunun iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında iştirak edən tələbkar «ABC -TELECOM” MMC-nin nümayəndəsi X3 ərizə təqdim edərək, baxılmamış saxlanmasını xahiş etdi. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, tələbkar «ABC -TELECOM” MMC-nin Bərdə rayon məhkəməsinin 2(021)-1951/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin yenidən icraya yönəldilməsi barədə ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 263-264, 267- 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Tələbkar «ABC -TELECOM” MMC-nin Bərdə rayon məhkəməsinin 2(021)- 1951/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin yenidən icraya yönəldilməsi barədə ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar