Məhkəmə qərarları › İş №8(021)-478/2024

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-478/2024

27.08.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-478/2024 27.08.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Ziya Yaşar oğlunun sədrliyi, X7 iclas katibliyi ilə, Bərdə Rayon Məhkəməsinin e-2(021)-320/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə izah verilməsi barədə Bərdə rayon İcra və probasiya şöbəsinin icra məmuru Rüfət Qasımov tərəfindən verilmiş ərizəyə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Bərdə rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Rüfət Qasımov məhkəməyə ərizə ilə müraciət edərək, Bərdə Rayon Məhkəməsinin e-2(021)-320/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə iddiaçı X1 payına düşən 1/9 hissəsi naturada bölünməsi nəzərdə tutulan torpaq sahəsinin hansı hissədən ayrılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bərdə rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Rüfət Qasımov ərizəsini belə əsaslandırmışdır ki, Bərdə Rayon Məhkəməsinin e-2(021)-320/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 12 nömrəli qərarına əsasən verilmiş JN-267 KOD ******* nomrəli Torpağa Mülkiyyət Hüququna X29 ilə X14, X9, X15, X10, X8, X16, X5, X11 və X3 mülkiyyətlərinə verilmiş Bərdə rayonu, Mustafaağalı kəndində yerləşən 5:02 ha torpaq sahesindən X1 payına düşən 1/9 hissə naturada ayrılaraq iddiaçı X4 naturada tanıdılması və həmin sahə ayrılaraq iddiaçının sahiblik və istifadəsinə verilməsi cavabdehlər X14, X10, X8, X16, X11 və X12 iddiaçı X2 payına düşən 1/9 hissə pay torpaq sahəsindən Çıxarılması və TEKUİS məlumat bazasına əsasən JN-267 61000078 nömrəli Torpağa Mülkiyyət Hüququna X29 ilə X6 və ailə üzvlərinin mülkiyyətinə verilmiş pay torpaq sahəsi 2 hissədən ibarət olduğundan bölünmə suvarma istiqamətləri və bölgü layihəsi nəzərə alınmaqla həyata keçirilməsi göstərilmişdir. Ərizəyə baxılması ilə əlaqədar məhkəmə iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq,tələbkar borclu və Qəbələ rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə onların məhkəmə iclasına gəlməmələrinin səbəbini üzrsüz sayaraq işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və işin materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə təmin olunmalıdır. Ərizəyə əlavə olunmuş Bərdə Rayon Məhkəməsinin 2(021)-736/2019 saylı, 12 mart 2019-cu il tarixli qətnaməsindən görünür ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 12 nömrəli qərarına Əsasən verilmiş JN-267 KOD 61000078 nömrəli Torpağa Mülkiyyət Hüquna X29 ilə X14, X9, X15, X10, X8, X16, X5, X11 və X3 mülkiyyətlərinə verilmiş Bərdə rayonu, Mustafaağalı kəndində yerləşən 5.02 ha torpaq sahəsindən iddiaçı X1 payına düşən 1/9 hissə naturada ayrılaraq iddiaçı X4 naturada tanıdılsın və həmin sahə ayrılaraq iddiaçının sahiblik və istifadəsinə verilməsi, cavabdehlər X14, X10, X8, X16, X11 və X13 iddiaçı X2 payına düşən 1/9 hissə pay torpaq sahəsindən çıxarılması, TEKUİS məlumat bazasına əsasən JN-267 KOD 61000078 nömrəli Torpağa Mülkiyyət Hüquna X29 ilə X6 və ailə üzvlərinin mülkiyyətinə verilmiş pay torpaq sahəsi 2 hissədən ibarətdir olduğundan bölünmə suvarma istiqamətləri və bölgü layihəsi nəzərə alınmaqla həyata keçirilməsi qət olunmuşdur. Ərizəyə əlavə olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə ərazi idarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-46/2- 3322/2024 saylı məktubunda qeyd edilmişdir ki, icra vərəqəsində iddiaçı X1 payına düşən 1/9 hissəsi naturada bölümnəsi nəzərdə tutulan torpaq sahəsinin hansı hissədən ayrılması barədə izah verilməsi qeyd edilmişdir. «İcra haqqında»Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən İcra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etməlidir. Azərbaycan Respublikası MPM-nin 230.1-ci maddəsinə əsasən İşə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. 230.2. Birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı dəyişirsə və yeni məhkəmə aktı çıxarılırsa, onun izah edilməsini iş üzrə son qətnaməni və ya qərardadı çıxarmış məhkəmə həyata keçirir . 230.3. Qətnamə və ya qərardad icra edilməmişsə , onun izah edilməsinə yol verilir. 230.4. Qətnamənin və ya qərardadın izah edilməsi məsələsi məhkəmə iclasında həll olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin onların gəlməməsi məsələyə baxmağa mane olmur. 230.5. Qətnamənin və ya qərardadın izah edilməsi məsələsi üzrə məhkəmə qərardadından şikayət verilə bilər. Məhkəmə iş materiallarını araşdırarkən müəyyən etmişdir ki, Bərdə Rayon Məhkəməsinin 2(021)-736/2019 saylı, 12 mart 2019-cu il tarixli qətnaməsində VAZ-21011 markalı 09 BC-893 dövlət nömrə nişanlı avtomobilin dəyərinin 3500 manat olduğu qeyd olunmuşdur. Həmçinin həmin avtomobil birgə nikah dövründə alınmışdır. Məhkəmə qeyd edir ki, Məhkəmə hesab edir ki, Bərdə Rayon Məhkəməsinin e-2(021)-320/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə izah verilməsi barədə Bərdə rayon İcra və probasiya şöbəsinin icra məmuru Rüfət Qasımovun ərizəsi təmin olunmalı, Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 230, 263-264, 268-ci maddələrini rəhbər tutularaq məhkəmə QƏRARAALDİ: Bərdə rayon İcra və probasiya şöbəsinin icra məmuru Rüfət Qasımov tərəfindən Bərdə Rayon Məhkəməsinin e-2(021)-320/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə izah verilməsi barədə verilmiş ərizə təmin edilsin. Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 12 nömrəli qərarına əsasən verilmiş JN-267 KOD ******* nomrəli Torpağa Mülkiyyət Hüququna X29 ilə X14, X9, X15, X10, X8, X16, X5, X11 və X3 mülkiyyətlərinə verilmiş Bərdə rayonu, Mustafaağalı kəndində yerləşən 5:02 ha torpaq sahəsindən X1 payına düşən 1/9 hissə naturada ayrılaraq iddiaçı X4 naturada tanıdılması və həmin hissədə ayrılması dedikdə “torpaq sahəsinin plan və ölçüsündə nəzərdə tutulmuş koordinatları daxilində mütəxəssis rəyinə uyğun ayrılsın” kimi başa düşülməlidir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Bərdə Rayon məhkəməsinə şikayət vermək olar. Hakim Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar