Məhkəmə qərarları › İş №8(021)-479/2023

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-479/2023

05.09.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-479/2023 05.09.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Orxan Elşən oğlunun katibliyi ilə, Bərdə Rayon İcra Şöbəsinin icra məmurunun Bərdə Rayon Məhkəməsinin 2(021)-3475 nömrəli 04 sentyabr 2018-ci il tarixli icra sənədinə əsasən ilə borclunun əmlakı üzərindən həbsin götürülməsi barədə təqdimatına Bərdə Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Bərdə Rayon İcra Şöbəsinin icra məmuru Validə Hümbətova məhkəməyə təqdimatla müraciət edərək Bərdə Rayon Məhkəməsinin 2(021)-3475 nömrəli 04 sentyabr 2018-ci il tarixli icra sənədinə əsasən Borclu mülkiyyətindəki “Hyundai Elantra” minik markalı, ** BG *** dövlət nömrə nişanlı avtomobilinin üzərindən həbsin götürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilsə də məhkəmə iclasına gəlməmişlər. Məhkəmə təqdimata Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Bərdə Rayon Məhkəməsinin 2(021)-3475 nömrəli 04 sentyabr 2018-ci il tarixli icra sənədinə əsasən Borclu və qeyrisindən 10026.09 ABŞ dolları alınaraq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Bərdə Rayon Məhkəməsinin 2(021)-3475 nömrəli 04 sentyabr 2018-ci il tarixli icra sənədinə əsasən Borclu mülkiyyətindəki “Hyundai Elantra” minik markalı, ** BG *** dövlət nömrə nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. İş materiallarında olan tələbkar "xxxx" ASC tərəfindən verilmiş ərizənin surətindən müəyyən olunur ki, icra sənədinin icrasına xitam verilməsini xahiş etmişdir. Məhkəmə işdə olan sənədləri araşdırıb belə hesab edir ki, təqdimat təmin edilməli Bərdə Rayon Məhkəməsinin 2(021)-3475 nömrəli 04 sentyabr 2018-ci il tarixli icra sənədi üzrə görülmüş icra tədbirləri ləğv edilməli, Borclu mülkiyyətindəki “Hyundai Elantra” minik markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən həbs götürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263, 264, 267-ci maddələrinirəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Təqdimat təmin edilsin. Bərdə Rayon Məhkəməsinin 2(021)-3475 nömrəli 04 sentyabr 2018-ci il tarixli icra sənədi üzrə Borclu mülkiyyətindəki “Hyundai Elantra” minik markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. HakimElsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar