Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-479/2024 04.12.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Abdullayev Ziya Yaşar oğlunun sədrliyi, X3 iclas kаtibliyi ilə, Bərdə Rayon Məhkəməsinin 8(021)-479/2024 saylı, 09 oktyabr 2024-cü il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Borclu X5 məhkəməyə müraciət edərək, Bərdə rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 hərəkətlərinin qanunsuz hesab edilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 8(021)-479/2024 saylı 26 avqust 2024-cü il tarixli qərardadına əsasən X2 Bərdə rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 qanunsuz hərəkətlərindən verdiyi şikayət ərizəsinin geri qaytarılması qərara alınmışdır. Daha sonra X5 qərardaddan şikayət verərək, qərardadın əsassız olduğunu qeyd edərək, Bərdə Rayon Məhkəməsinin 8(021)-479/2024 saylı 26 avqust 2024-cü il tarixli qərardadının ləğv edilməsini, şikayətin təmin olunmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 8(021)-479/2024 saylı 30 sentyabr 2024-cü il tarixli qərardadına əsasən şikayət təmin olunmuş,Bərdə Rayon Məhkəməsinin 8(021)-479/2024 saylı 26 avqust 2024-cü il tarixli qərardadı ləğv edilməsi, borclu X2 Bərdə rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 hərəkətlərinin qanunsuz hesab edilməsi barədə ərizəsinin məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilməsi qərara alınmışdır. Bərdə Rayon Məhkəməsinin 8(021)-479/2024 saylı 09 oktyabr 2024-cü il tarixli qərardadına əsasən borclu X2 ərizəsi təmin edilmiş, borclu X2 Bərdə rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 Bərdə Rayon Məhkəməsinin 28 iyun 2018-ci il tarixli, 2(021)-2256/2018 saylı icra sənədi üzrə icraata xitam verilməsinə dair hərəkətsizliyi qanunsuz hesab edilməsi qərara alınmışdır. Daha sonra Borclu Bərdə Rayon Məhkəməsinin 8(021)-479/2024 saylı, 09 oktyabr 2024-cü il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməklə, ərizənin bütünlüklə rədd edilməsinə dair qərardad qəbul olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bərdə rayon məhkəməsi tərəfləri çağırmadan xx.xx.2024-cü il tarixli qərardad qəbul edərək cavabdeh tərəfin maraqlarına uyğun qərardad qəbul etmişdir. Hakim işə baxarkən 2(021)-256/2018 saylı qətnaməni nəzərə almamış, həmin qətnamə Gəncə Apellyasiya, Ali Məhkəməyə kimi getmiş və dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Təəssüf ki, Bərdə rayon Məhkəməsi Gəncə Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(104) 726 saylı qərardadını da nəzərə almamışdır. Bir sözlə, Bərdə rayon Məhkəməsinin hakimi xx.xx.2024-cü il tarixli, 8-(021) 479 saylı qərardadı qəbul etməklə 3 instansiya məhkəməsinin qəbul etdiyi qətnamələri şübhə altına almışdır. Hesab edir ki, həmin qərardad ləğv olunmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər və icra məmuru məhkəmə iclasına gəlməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan materialları araşdırıb, hesab edir ki, şikayət təmin olunmamalıdır. Belə ki, məhkəmə qeyd edir ki, İcra haqqında qanuna əsasən icra sənədinin icrasına xitam vermə səlahiyyəti icra məmurunun səlahiyyəti çərçivəsindədir. İcra sənədi üzrə tələbkarın notarial qaydada təsdiq edilmiş ərizəsi olduğu halda həmin məsələyə dair icra məmurunun hərəkətsizliyi qanuni deyildir. Bu cür hərəkətsizlik icra haqqında qanunun mahiyyətinə zidd olmaqla əsassız hesab olunmalıdır. Azərbaycan Respublikası MPM-in 269.1-ci maddəsinə əsasən şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. 269.2. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Məhkəmə hesab edir ki, Bərdə Rayon Məhkəməsinin 8(021)-479/2024 saylı, 09 oktyabr 2024-cü il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayət təmin edilməməlidir. Şərh olunanlara əsasən və MPM-in 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Bərdə Rayon Məhkəməsinin 8(021)-479/2024 saylı, 09 oktyabr 2024-cü il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardad rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardaddan yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hаkim: Ziya Abdullayev
Məhkəmə qərarları › İş №8(021)-479/2024
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-479/2024
04.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver