Məhkəmə qərarları › İş №8(021)-480/2023

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-480/2023

24.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-480/2023 24.08.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əbilov Qamət Mehman oğlunun sədirliyi, Məhkəmə iclas katibi Bayramov Orxan Elşən oğlunun katibliyi, X1 iştirakları ilə, X1 Bərdə Rayon Məhkəməsinin 28 avqust 2015-ci il tarixli, 2(021)-1890/2015 saylı icra sənədi üzrə vəfat etmiş borclunun onun vərəsələri ilə əvəz edilməsi üçün Bərdə rayon İcra şöbəsi tərəfindən qərar qəbul edilməsi barədə ərizəsinə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X2 məhkəməyə ərizə ilə müraciət edərək, Bərdə rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(021)-1890/2015 saylı icra sənədi üzrə sıradan çıxmış borclu X10 onun vərəsələri olan həyat yoldaşı X6 və oğlu X15 ilə əvəz edilməli üçün Bərdə rayon İcra və Probasiya şöbəsi tərəfindən qərar qəbul edilməsinə, beləliklə də məhkəmənin icra sənədinin icrasının təmin edilməsinə yönəlmiş qanuni tədbirlər görülməsini xahiş etmişdir. X2 ərizəsini onunla əsaslandırmışdır ki, Bərdə Rayon Məhkəməsinin 28 avqust 2015-ci il tarixli, 2(021)-1890/2015 saylı qətnaməsi ilə cavabdeh X7 3500 (üç min beş yüz) manat və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 30 manat alınaraq iddiaçı X4 verilməsi qət etmişdir. Qətnaməsini icrasının təmin edilməsi üçün Bərdə Rayon Məhkəməsi tərəfindən xx.xx.2015-ci il tarixli, 2(021)- 1890/2015 saylı icra sənədi verilərək onun icrası Bərdə rayon İcra və Probasiya şöbəsinə həvalə edilmişdir. X13 25 iyul 2019-cu il tarixdə vəfat etmişdir. 2023-cü ilin mart ayında ona məlum olmuşdur ki, Bərdə rayon İcra və Probasiya şöbəsi həmin şöbənin icra məmuru X8 şəxsində qanunsuzluq edərək borclu X10 tələbin yönəldilə biləcəyi əmlakının, qiymətli əşyalarının və digər gəlirlərinin aşkar edilməməsi əsası ilə icra sənədini hələ xx.xx.2018-ci il tarixli qərarla Bərdə rayon məhkəməsinə qaytarıbmış. (Yəni, borclu X10 vəfatından 15 ay əvvəl, həm də həmin şəxsin ölkədən çıxışına məhdudiyyət qoyulması və barəsində axtarış elan edilməsi barədə icra məmuru Sadiq Həsənovun öz qərarları qüvvədə olduğu halda) İcra məmuru bu qanunsuzluğunu ört-basdır etmək məqsədi ilə icra sənədinin məhkəməyə qaytarılması haqqında qərarının surətini göndərməmiş, ümumiyyətlə bu qərar barədə yazılı və ya şifahi olaraq ona məlumat verilməmiş, icra məmuru tərəfindən icra hərəkətlərinin guya davam etdirildiyi görüntüsü yaradılmışdır. İcra sənədinin məhkəməyə qaytarılması haqda icra məmuru Sadiq Həsənovun xx.xx.2018-ci il tarixli qərarının surətini çox çətinliklə xx.xx.2023-cü il tarixdə əldə edə bilmişdir. Qeyd olunanlara əsasən ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında X2 ərizəsinə uyğun izahat verərək, təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə Bərdə Rayon İcra və Probasiya Şöbəsinə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə işə Bərdə Rayon İcra Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin olunmamalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Kolayır kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 235 saylı Arayışdan görünür ki, X13 vəfat edənə kimi Bərdə rayon Kolayır kənd ərazisində qeydiyyatda olub yaşamış, vəfatından sonra əmlakı idarə edən ailə üzvləri X6 və X15 qalmışdır. Məhkəmə qeyd edir ki, tələbkar icra şöbəsinə müraciət edərək həmin icra sənədi üzrə mərhum borclunun vərəsələri ilə əvəz olunmasını tələb etməlidir. Azərbaycan Respublikasının İcra haqqında Qanunun 31-ci maddəsinə əsasən icraat zamanı tərəflərdən biri sıradan çıxdıqda (fiziki şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə) icra məmuru qərar qəbul edərək, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada həmin tərəfi onun vərəsəsi və ya hüquq varisi ilə əvəz edir. Vərəsə və hüquq varisi icraata daxil olanadək həyata keçirilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, vərəsə və ya hüquq varisi üçün də eyni dərəcədə məcburidir. Məhkəmə həmçinin qeyd edir ki, X5 ərizəyə Bərdə rayon İcra Hakimiyyəti başçısının Kolayır kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 235 nömrəli arayış əlavə etmiş və həmin arayışdan görünür ki, X13 vəfat edənə kimi Kolayır kəndində yaşamış, hazırda ailə üzvləri X6 və X14r. Bununla bağlı məhkəmə qeyd edir ki, ərizəçi X5 miras əmlakın faktiki qəbulu ilə bağlı iddia icraatı qaydasında məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininn 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qərarları bütün şəxslər üçün məcburidir və Azərbaycan Respublikası ərazisində hökmən icra olunmalıdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə görə, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 12.1-ci maddəsinə görə, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Həmin Qanunun 3.1-ci maddəsinin tələbinə görə, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunın tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 3.2-ci maddəsinin tələbinə görə, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçılarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə bu prinsipi belə vurğulamışdır: «....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». Göstərilənlərə əsasən və MPM-in 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Bərdə Rayon Məhkəməsinin 28 avqust 2015-ci il tarixli, 2(021)-1890/2015 saylı icra sənədi üzrə vəfat etmiş borclunun onun vərəsələri ilə əvəz edilməsi üçün Bərdə rayon İcra şöbəsi tərəfindən qərar qəbul edilməsi barədə ərizəsi təmin olunmasın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar