Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-484/2024 16.08.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Abdullayev Fərman Firidun sədirliyi, Məhkəmə iclas katibi Mustafayeva Lalə Ruslan qızının katibliyi ilə , Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Bərdə rayon icra şöbəsinin təqdimatının müzakirəsinə dair işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Bərdə Rayon Məhkəməsinin e-2(021)-475/2024 saylı, 23 may 2024-cü il tarixli icra sənədinə əsasən Borclu 13942 manat məbləğində pul vəsaiti və dövlət rüsumu tutularaq tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə verilməsi qət edilmişdir. Həmin icra sənədi icraya yönəldilmişdir və icra məmuru tərəfindən Bərdə Rayon İcra və probasiya şöbəsində icraata başlanmışdır. 01 avqust 2024-cü il tarixdə Bərdə Rayon İcra və probasiya şöbəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1-ci maddəsini rəhbər tutaraq, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını xahiş etmişdir. İcra məmuru təqdimatını onunla əsaslandırmışdır ki, Bərdə Rayon Məhkəməsinin e- 2(021)-475/2024 saylı, 23 may 2024-cü il tarixli icra sənədi Bərdə Rayon İcra və probasiya şöbəsinə daxil olmuş, müvafiq qaydada icraya yönəldilmişdir. Lakin Borclu qanunla müəyyən edilmiş müddət ərzində icra məmurunun qanuni tələblərini könüllü yerinə yetirməməklə borcunu tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödəməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq icra məmuru Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını xahiş etmişdir. Tərəflər və Bərdə Rayon İcra və Probasiya şöbəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Məhkəmə iş materiallarını tədqiq edərək, hesab edir ki, təqdimat təmin olunmamalıdır. Təqdimata əlavə olunmuş Bərdə Rayon Məhkəməsinin e-2(021)-475/2024 saylı, 23 may 2024-cü il tarixli icra sənədinə əsasən Borclu 13942 manat məbləğində pul vəsaiti və dövlət rüsumu tutularaq tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə verilməsi qət edilmişdir. Təqdimata əlavə edilmiş 02 iyul 2024-cü il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Bərdə Rayon Məhkəməsinin e-2(021)-475/2024 saylı, 23 may 2024-cü il tarixdə icra məmuru Validə Hümbətova tərəfindən icraata başlanılmışdır. Təqdimata əlavə edilmiş Bərdə rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli bildirişindən görünür ki, Borclu tələbin könüllü icrası üçün 10 gün müddətinə vaxt verilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Bərdə Rayon Məhkəməsinin e-2(021)- 475/2024 saylı, 23 may 2024-cü il tarixli icra sənədinə əsasən Borclu 13942 manat məbləğində pul vəsaiti və dövlət rüsumu tutularaq tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi qət olunmuş, borclunun icra sənədi üzrə öhdəliyinin icra edilməsi məqsədi ilə onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün təqdimatla müraciət olunmuşdur. Məhkəmə iş materiallarını tədqiq edərək, hesab edir ki, təqdimat təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2013-cü il 22 aprel tarixli 2-N nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları” haqqında Təlimatda borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması və onun götürülməsi qaydası müəyyən olunmuşdur. Həmin təlimatın 2.2-ci bəndinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl aşağıdakı hərəkətləri yerinə yetirməlidir; 2.2.1. könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını, yəni icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə rabitə orqanları tərəfindən borclunun yaşadığı ünvana və ya onun işlədiyi yer üzrə çatdırılmasını təmin edir. Könüllü icra üçün bildiriş borcluya qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Bildirişlərin rəsmi qaydada verilməsi icra qurumunda da həyata keçirilə bilər. Borclu onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapılmadıqda, bildiriş borclu ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda yerli icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Borclunun əvəzinə bildirişi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməlidir; 2.2.2. icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir; 2.2.3. borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Təqdimata icraat materialının, o cümlədən borcluya icraata başlamaq haqqında qərarın və könüllü icra üçün verilmiş müddət barədə bildiriş və onun çatdırılmasını təsdiq edən sifarişli poçt göndərişinin (məktubu) və ya şəxsən verilməsi barədə sənədin surəti əlavə edilir. Təlimatın 2.5-ci bəndində borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmurunun təqdimatına icra qurumunun rəhbəri tərəfindən operativ baxılaraq aşağıdakı hərəkətlərin yerinə yetirilməsi nəzərdə tutulmuşdur; 2.5.1. borcluya icraata başlamaq haqqında qərarın və könüllü icra üçün bildirişin rəsmi qaydada verilməsini yoxlayır; 2.5.2. borclunun icra sənədinin icrasından üzrsüz səbəbdən yayınması hallarını araşdırır; 2.5.3. bu Təlimatın 2.2-ci bəndində göstərilən tələblərə əməl olunub-olunmamasını yoxlayır; 2.5.4. təqdimatla razılaşdıqda onu təsdiq edir. İş materiallarından görünür ki, icra məmuru tərəfindən Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün həmin Təlimatda göstərilən tələblər, yəni könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunması, yəni icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə rabitə orqanları tərəfindən borclunun yaşadığı ünvana və ya onun işlədiyi yer üzrə çatdırılması təmin edilməmiş, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəbləri müəyyənləşdirilməmiş, borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirlər həyata keçirilməmiş, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlamamışdır. Bundan başqa icra qurumunun rəhbəri tərəfindən Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün həmin Təlimatda göstərilən tələblər, yəni borcluya icraata başlamaq haqqında qərarın və könüllü icra üçün bildirişin rəsmi qaydada verilməsi yoxlanılmamış, borclunun icra sənədinin icrasından üzrsüz səbəbdən yayınması hallarını araşdırmamış, Təlimatın 2.2-ci bəndində göstərilən tələblərə əməl olunub-olunmamasını yoxlamamışdır. Sadalananlara əsasən məhkəmə hesab edir ki, Bərdə Rayon Məhkəməsinin e-2(021)- 475/2024 saylı, 23 may 2024-cü il tarixli icra sənədinə əsasən Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Bərdə rayon icra və probasiya şöbəsinin icra məmuru Validə Hümbətova tərəfindən verilmiş təqdimat təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Bərdə Rayon Məhkəməsinin e-2(021)-475/2024 saylı, 23 may 2024-cü il tarixli icra sənədinə əsasən Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Bərdə rayon icra və probasiya şöbəsinin icra məmuru Validə Hümbətova tərəfindən verilmiş təqdimat təmin edilməsin. Qərardaddan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərman Abdullayev
Məhkəmə qərarları › İş №8(021)-484/2024
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-484/2024
16.08.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver