Məhkəmə qərarları › İş №8(021)-486/2024

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-486/2024

15.08.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-486/2024 15.08.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Ziya Yaşar oğlunun sədrliyi, Tağıyev Babək Vaqif oğlunun katibliyi , Borclu iştirakı ilə, Bərdə rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 Bərdə rayon Məhkəməsinin 8(021)-782/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadına əsasən borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi haqqında təqdimatına açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Bərdə rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 təqdimatla məhkəməyə müraciət edərək, Bərdə rayon Məhkəməsinin 8(021)-782/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadına əsasən Borclu mülkiyyətində olan Mercedes Benz E220 CDİ minik markalı **-NC-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat belə əsaslandırmışdır ki, Bərdə rayon məhkəməsinin 2(021)-1505/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu 14630.49 manat alınaraq tələbkar X5 xeyrinə verilməsi qət edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə Bərdə rayon Məhkəməsinin 8(021)-782/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadına əsasən Borclu mülkiyyətində olan avtomobilin üzərinə həbs qoyulmuşdur. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1124/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə Bərdə rayon məhkəməsinin 2(021)-377/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv olunmuşdur. Belə olan halda məcburi icra tədbirlərinə ehtiyac olmadığına görə üzərinə qoyulmuş həbsin götürülməsi zərurəti yaranmışdır. Məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə tərəflərə bildiriş göndərilməsinə baxmayaraq iş üzrə yalnız borclu məhkəmə iclasında iştirak etmişdir. Məhkəmə təqdimata digər şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Borclu təqdimatın təmin olunması ilə bağlı izahat vermiş, tələbkarla qarşlılıqlı razılığa gəldiyini bildirirək avtomaşının üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Təqdimata əlavə olunmuş Bərdə rayon məhkəməsinin 2(021)-377/2023 saylı xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Borclu avtomobilin təmir bərpa xərclərinə görə 14.497 manat alınaraq iddiaçı X6 verilməsi, cavabdeh Borclu ekspert rəyinə görə 50 manat tutularaq X2 hesabına ödənilməsi, iş üzrə iddia tələbi qismən təmin edildiyindən 133.49 manat məbləğində dövlət rüsumu cavabdeh Borclu tutulaarq dövlət büdcəsinə ödənilməsi qət olunmuşdur . Bərdə rayon Məhkəməsinin 8(021)-782/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, təqdimat təmin olunmuş, Bərdə rayon İcra və Probasiya Şöbəsinin icraatında olan Bərdə rayon məhkəməsinin 2(021)-1416/2023 saylı xx.xx.2023cü il tarixli icra sənədi üzrə tələbin borc məbləği həddində Borclu məxsus olan Mercedes Benz E220 CDİ minik markalı **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilmiş, avtomobilin üzərinə həbs qoyulması qərara alınmışdır. Təqdimata əlavə olunmuş Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1124/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından görünür ki, iddiaçı X5 iddiadan imtina barədə ərizəsinin qəbul edilməsi, Bərdə rayon məhkəməsinin 2(021)-377/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinin tamamilə ləğv edilməsi, iddiaçı X5 cavabdeh Borcluna qarşı pul tələbinə dair iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Sadalanları nəzərə alaraq məhkəmə hesab edir ki, təqdimat təmin edilməli, Bərdə rayon Məhkəməsinin 8(021)-782/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilməli, Bərdə rayon Məhkəməsinin 8(021)-782/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə Borclu mülkiyyətində olan Mercedes Benz E220 CDİ minik markalı **-NC-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: 1.Təqdimat təmin edilsin. 2.Bərdə rayon Məhkəməsinin 8(021)-782/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilsin. 3.Bərdə rayon Məhkəməsinin 8(021)-782/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə Borclu mülkiyyətində olan Mercedes Benz E220 CDİ minik markalı **-NC-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. 4.Qərardad rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardaddan yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar