Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-489/2024 26.08.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Ziya Yaşar oğlunun sədrliyi, X7 iclas katibliyi, X1 iştirakı ilə, X1 Bərdə rayon məhkəməsinin 2(021)-1619/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin yenidən icraya yönəldilməsi barədə ərizəyə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 məhkəməyə ərizə ilə müraciət edərək, Bərdə rayon məhkəməsinin 2(021)- 1619/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin yenidən icraya yönəldilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bərdə rayon məhkəməsinin 2(021)-1619/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən tərəflərin birgə nikahlarından doğulmuş 21 yanvar 2010-cu il təvəllüdlü X3 və 28 iyul 2013-cü il təvəllüdllü X5 Borclu alınaraq anaları X6 verilməsi və X4 himayəsində saxlanılmaları qət edilmiş, icra sənədi icra olunması üçün Bərdə rayon icra və probasiya şöbəsinə yönəlmişdir. İcra sənədi icra şöbəsinin icraatında olan zaman icra məmurları uşaqları alıb ona verməmiş, işi icra etməmişdir. xx.xx.2024-cü il tarixdə uşaqların onunla getmək istəmədiklərini əsas gətirərək Bərdə rayon İcra və Probasiya şöbəsindən icra sənədi Bərdə Rayon Məhkəməsinə geri qaytarılmışdır. Lakin icra şöbəsində ekspert rəy vermişdir ki, uşaqlara anaları ilə getməmələri üçün kənardan müdaxilə və təzyiq olunmuşdur. İcranın geri qaytarılması haqqında qərarda ekspert rəyi nəzərə alınmamışdır. Hal-hazırda icra sənədinin yenidən icra olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barəsində məhkəmə bildirişləri vasitəsi ilə məlumat göndərilmiş, məhkəmə iclasına tələbkar gəlmiş, borclu və icra məmuru gəlməmişdir. Məhkəmə iclasında iştirak edən X2 ərizə təqdim edərək, baxılmamış saxlanmasını xahiş etdi. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, X1 Bərdə rayon məhkəməsinin 2(021)-1619/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin yenidən icraya yönəldilməsi barədə ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 263-264, 267- 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X1 Bərdə rayon məhkəməsinin 2(021)-1619/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin yenidən icraya yönəldilməsi barədə ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ziya Abdullayev
Məhkəmə qərarları › İş №8(021)-489/2024
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-489/2024
26.08.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver