Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-493/2024 16.08.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Abduullayev Fərman Firidun oğlunun sədrliyi, Məhkəmə iclas katibi Mustafayeva Lalə Ruslan qızının katibliyi ilə, Bərdə Rayon İcra Şöbəsinin icra məmurunun Gəncə Kommersiya Məhkəməsinin 2-2(115)- 103/2023 nömrəli 06 fevral 2023-cü il tarixli icra sənədinə əsasən borclunun əmlakı üzərindən həbsin götürülməsi barədə təqdimatına Bərdə Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Bərdə Rayon İcra Şöbəsinin icra məmuru Validə Hümbətova məhkəməyə təqdimatla müraciət edərək Gəncə Kommersiya Məhkəməsinin 2-2(115)-103/2023 nömrəli 06 fevral 2023-cü il tarixli icra sənədinə əsasən Borclu mülkiyyətindəki “Mercedes E280 minik” markalı ** FV *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən həbsin götürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilsə də məhkəmə iclasına gəlməmişlər. Məhkəmə təqdimata Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 2-2(115)-103/2023 nömrəli 06 fevral 2023-cü il tarixli icra sənədinə əsasən cavabdeh Borclu cəmi 450 manat borc tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Gəncə Kommersiya Məhkəməsinin 2-2(115)-103/2023 nömrəli 06 fevral 2023-cü il tarixli icra sənədinə əsasən Borclu mülkiyyətindəki “Mercedes E280 minik” markalı ** FV *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. İş materiallarında olan AZEstetik Group” MMC tərəfindən verilmiş 126 saylı, 19 yanvar 2024-cü il tarixli məktubda göstərilmişdir ki, Gəncə Kommersiya Məhkəməsinin 2-2(115)- 103/2023 nömrəli 06 fevral 2023-cü il tarixli icra sənədinə əsasən cavabdeh Borclu "xxxx" MMC – nə olan kredit borcu ödənilib qurtarmışdır, icra işin icraatına xitam verilməsi xahş olunmuşdur. Məhkəmə işdə olan sənədləri araşdırıb belə hesab edir ki, təqdimat təmin edilməli Gəncə Kommersiya Məhkəməsinin 2-2(115)-103/2023 nömrəli 06 fevral 2023-cü il tarixli icra sənədi üzrə görülmüş icra tədbirləri ləğv edilməli, Borclu mülkiyyətindəki “Mercedes E280 minik” markalı ** FV *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən həbs götürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263, 264, 267-ci maddələrinirəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Təqdimat təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin 2-2(115)-103/2023 nömrəli 06 fevral 2023-cü il tarixli icra sənədi üzrə görülmüş icra tədbirləri ləğv edilsin. Borclu mülkiyyətindəki “Mercedes E280 minik” markalı ** FV *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərman Abdullayev
Məhkəmə qərarları › İş №8(021)-493/2024
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-493/2024
16.08.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver