Məhkəmə qərarları › İş №8(021)-494/2024

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-494/2024

27.08.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-494/2024 27.08.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Ziya Yaşar oğlunun sədrliyi, X5 iclas katibliyi, Borclu iştirakı ilə, X1 Bərdə Rayon Məhkəməsinin 08 may 2023-cü il tarixli, 2(021)-1639/2023 saylı icra sənədinin yenidən icraya yönəldilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 məhkəməyə ərizə ilə müraciət edərək, Bərdə rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli icra sənədinin qaytarılması barədə qərarı ləğv edilməklə, Bərdə Rayon Məhkəməsinin 08 may 2023-cü il tarixli, 2(021)-1639/2023 saylı icra sənədinin yenidən icraya yönəldilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bərdə Rayon Məhkəməsinin 08 may 2023-cü il tarixli, 2(021)-1639/2023 saylı icra sənədinə əsasən iki uşağın saxlanması üçün cavabdeh Borclu cəmi 240 manat alınaraq ona ödənilməsi qət edilmişdir. Borclu ilə aralarında bir müddət razılıq olduğuna görə icra sənədi icra şöbəsinə geri qaytarılmışdır. Hazırda borclu aliment borcundan ödəniş etmədiyinə görə icra sənədinin yenidən icraya yönəldilməsi zərurəti yaranmışdır.Ərizənin təmin edilməsini xahiş edir. Ərizəyə baxılması ilə əlaqədar məhkəmə iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tələbkar və Bərdə rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə onların məhkəmə iclasına gəlməmələrinin səbəbini üzrsüz sayaraq işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Borclu məhkəmə iclasında izahat verərək, alimenti maddi imkanı daxilində ödədiyini bildirmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarına əlavə olunmuş Bərdə Rayon Məhkəməsinin 08 may 2023-cü il tarixli, 2(021)-1639/2023 saylı icra sənədindən görünür ki, İddia qismən təmin edilmiş, xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanmaları üçün cavabdeh Borclu hər ay, bir uşağa görə 120 (yüz iyirmi) manat olmaqla cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq cavabdeh X4 verilməsi, alimentin tutulma müddəti məhkəməyə müraciət edildiyi vaxtdan, yəni 06 mart 2023-cü il tarixdən müəyyən edilməsi, qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməsi, iddiaçı Borclu 48,80 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş Bərdə rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli icra sənədinin qaytarılması barədə qərarından görünür ki, tələbkarın ərizəsinə əsasən Bərdə Rayon Məhkəməsinin 08 may 2023-cü il tarixli, 2(021)- 1639/2023 saylı icra sənədi məhkəmə qaytarılması qərara alınmışdır. «İcra haqqında»Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə görə, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 12.1-ci maddəsinə görə, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Həmin Qanunun 3.1-ci maddəsinin tələbinə görə, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunın tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 3.2-ci maddəsinin tələbinə görə, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçılarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə bu prinsipi belə vurğulamışdır: «....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». “İcra haqqında” Qanunun 23.1-ci maddəsinə əsasən tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır: 23.1.1. tələbkarın ərizəsi əsasında. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən tələbin icrası bu Qanunun 23.1.2- 23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. Həmin Qanunun 23.3-cü maddəsinə əsasən icra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar icra qeydinin icrası üçün yenidən aidiyyəti icra qurumuna müraciət edə bilər. Bu hallarda icra qurumu icra qeydini icraata qəbul etməli və bu Qanunla nəzərdə tutulan tədbirləri görməlidir. Məhkəmə hesab edir ki, X1 ərizəsi təmin olunmalı, Bərdə rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli icra sənədinin qaytarılması barədə qərarı ləğv edilməli və Bərdə Rayon Məhkəməsinin 08 may 2023-cü il tarixli, 2(021)-1639/2023 saylı icra sənədi yenidən icraya yönəldilməlidir. Göstərilənlərə əsasən və MPM-in 263-264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 ərizəsi təmin edilsin. Bərdə rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli icra sənədinin qaytarılması barədə qərarı ləğv edilsin və Bərdə Rayon Məhkəməsinin 08 may 2023-cü il tarixli, 2(021)-1639/2023 saylı icra sənədi yenidən icraya yönəldilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar