Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-495/2024 13.08.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi ilə, Tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Bərdə Rayon Məhkəməsinin 2(021)-2678/2022 saylı, 12 dekabr 2022-ci il tarixli icra sənədinin yenidən icraya yönəldilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə müraciət edərək, Bərdə Rayon Məhkəməsinin 2(021)-2678/2022 saylı, 12 dekabr 2022-ci il tarixli icra sənədinin yenidən icraya yönəldilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ərizəsi geri qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, ərizəyə icra sənədinin geri qaytarılması barədə qərar əlavə edilməmişdir. Əgər icra sənədi geri qaytarılmışdırsa, ərizənin xahiş etdi hissəsində də, həmin icra sənədinin geri qaytarılması barədə qərarın ləğv olunması xahiş edilməlidir. İcra sənədinin məhkəməyə geri qaytarılması barədə qəbul olunmuş qərar ləğv olunmadan onun yenidən icraya yönəldilməsi düzgün olmayan xahişdir. Tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Bərdə Rayon Məhkəməsinin 2(021)-2678/2022 saylı, 12 dekabr 2022-ci il tarixli icra sənədinin yenidən icraya yönəldilməsini xahiş etmişdir. Lakin iş materiallarına Bərdə Rayon Məhkəməsinin Bərdə Rayon Məhkəməsinin 2(021)-2678/2022 saylı, 12 dekabr 2022-ci il tarixli icra sənədinin məhkəməyə qaytarılması barədə icra məmurunun qərarını əlavə etməmiş, icra sənədinin məhkəməyə qaytarılması barədə icra məmurunun qərarı tələbkar tərəfindən mübahisələndirilməmiş, birbaşa olaraq icra sənədinin yenidən icraya yönəldilməsini xahiş etmişdir. Hazırkı vəziyyətdə isə icra sənədinin geri qaytarılıb-qaytarılmaması məlum deyildir. Odur ki, ərizə düzgün formada tərtib olunmamışdır. Belə olan halda məhkəmə ərizənin geri qaytarılması qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci madddəsinə əsasən bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədən tərtib edildikdə iddia ərizəsi geri qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi ərizəyə təmin olunması üçün mötəbər sübutlar əlavə olunmadan hazırkı ərizə qeyri–müəyyən formada məhkəməyə təqdim olunmuşdur. Məhkəmə hesab edir ki, tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Bərdə Rayon Məhkəməsinin 2(021)-2678/2022 saylı, 12 dekabr 2022-ci il tarixli icra sənədinin yenidən icraya yönəldilməsi barədə ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 268, 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Bərdə Rayon Məhkəməsinin 2(021)-2678/2022 saylı, 12 dekabr 2022-ci il tarixli icra sənədinin yenidən icraya yönəldilməsi barədə ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardad rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardaddan yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: Fəman Abdullayev
Məhkəmə qərarları › İş №8(021)-495/2024
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-495/2024
13.08.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver