Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-496/2023 25.08.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, X1 iclas katibliyi ilə Bakı şəhər Probasiya İdarəsindən daxil olmuş Bərdə Rayon Məhkəməsinin 3(021)- 836/2022 saylı, 06 iyul 2022-ci il tarixli qərarının icrasına xitam verilməsi barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Bakı şəhər Probasiya İdarəsi Bərdə Rayon Məhkəməsinin 3(021)-836/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının icrasına xitam verilməsi barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə Bakı Şəhər Probasiya İdarəsinin icraatına daxil olan Bərdə Rayon Məhkəməsinin 3(021)-836/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən Borclu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 160 saat ictimai işlər növündə inzibati tənbeh tətbiq edilmişdir. İcra sənədi icraata qəbul edildikdən sonra xx.xx.2022-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək, bildirişlə birlikdə Borclu yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Pirşağa qəsəbəsi, Heydər Əliyev adına neft emalı zavodunun ponsionatı ünvanına göndərilmişdir. Lakin Borclu qeydiyyatdan keçmək üçün idarəyə gəlməmişdir. Qərarın icrasını təmin etmək məqsədi ilə icra məmuru tərəfindən xx.xx.2022-ci il tarixdə qərar qəbul edilərək Borclu yaşadığı ünvanına göndərilmiş, sonuncu qərardan şikayət vermədiyindən xx.xx.2022-ci il tarixdə məcburi gətirilmə barədə təqdimat yazılaraq Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. Sabunçu Rayon Məhkəməsinin 7(008)-763/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə təqdimat təmin edildikdən sonra sözügedən qərar icra edilməsi üçün xx.xx.2023-cü il tarixli məktubla Sabunçu Rayon Polis İdarəsinə göndərilmişdir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 146.1-ci maddəsini rəhbər tutaraq Bərdə Rayon Məhkəməsinin 3(021)-836/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarın icrasına xitam verilməsi xahiş olunmuşdur. Məhkəmə müraciətin əsaslılığının yoxlanılması üçün zəruri olan sənədləri araşdırıb, hesab edir ki, təqdimat və ona əlavə edilmiş sənədlər Bakı şəhər Probasiya İdarəsinə geri qaytarılmalıdır. Belə ki, təqdimata əlavə olunmuş Bərdə Rayon Məhkəməsinin 3(021)-836/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Borclu Azərbaycan Respublikasının İXM-nin 529.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 160 (bir yüz altmış) saat ictimai işlər inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Təqdimata əlavə olunmuş Bərdə Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Bərdə Rayon Məhkəməsinin 3(021)-836/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı üzrə icraata başlanılmışdır. Təqdimata əlavə olunmuş Bərdə Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli Bildirişindən görünür ki, Borclu qeydiyyatdan keçmək üçün 10 gün müddətində Bərdə Rayon İcra və Probasiya Şöbəsinə gəlmədiyi təqdirdə barəsində məcburi gətirilmə tətbiq ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Təqdimata əlavə olunmuş Borclu xx.xx.2022-ci il tarixli İzahatından görünür ki, o, Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsində ailəsi ilə birlikdə yaşadığından, ailə vəziyyətinin və yaşayış yerinin nəzərə alınaraq onun işinin Bakı şəhərinə göndərilməsini xahiş etmişdir. Təqdimata əlavə olunmuş Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2022-ci il tarixli Bildirişindən görünür ki, Borclu qeydiyyatdan keçmək üçün 10 gün müddətində Bakı şəhər Probasiya İdarəsinə gəlmədiyi təqdirdə barəsində məcburi gətirilmə tətbiq ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Təqdimata əlavə olunmuş Baki Şəhər Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Borclu Bakı şəhər Probasiya İdarəsinə məcburi qaydada gətirilməsinin təmin olunması qərara alınmış və qərarın icrası Sabunçu Rayon Polis İdarəsinə həvalə olunmuşdur. Məhkəmə qeyd edir ki, Bakı şəhər Probasiya İdarəsinin ictimai işlərə cəlb olunmuş şəxslərin gəlib qeydiyyatdan keçməsi barədə xx.xx.2022-ci il tarixli Bildirişinin Borclu çatmasını və Bakı Şəhər Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarının Sabunçu Rayon Polis İdarəsinə göndərilməsini təsdiq edən sənədlər təqdimata əlavə olunmamışdır. Həmçinin Sabunçu Rayon Polis İdarəsi tərəfindən məcburi gətirilmə qərarının icra edilməməsi səbəbləri barədə də hər hansı bir sənəd əlavə edilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, sənədlərin natamamlığı səbəbindən işə baxılması mümkün olmadığından təqdimat və ona əlavə edilmiş sənədlər Bakı şəhər Probasiya İdarəsinə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 146.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb edilmiş şəxs inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrasından boyun qaçırarsa, bu Məcəllənin 146.1-ci maddəsində müəyyən edilmiş müddətin axımı dayanır. Belə halda icra müddəti həmin şəxsin tutulduğu vaxtdan hesablanır. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 109.1.6-cı maddəsini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Bakı şəhər Probasiya İdarəsindən daxil olmuş Bərdə Rayon Məhkəməsinin 3(021)- 836/2022 saylı, 06 iyul 2022-ci il tarixli qərarının icrasına xitam verilməsi barədə təqdimat və təqdimata əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №8(021)-496/2023
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-496/2023
25.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver