Məhkəmə qərarları › İş №8(021)-497/2023

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-497/2023

30.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-497/2023 30.08.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlunun sədrliyi, X2 iclas kаtibliyi, Borclu iştirakı ilə, Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(021)-573/2020 nömrəli icra sənədi üzrə borclunun əmlakı üzərinə həbs qoyulmasına dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Validə Hümbətova təqdimatla məhkəməyə müraciət edərək Bərdə rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(021)- 573/2020 nömrəli icra sənədi üzrə Borclu məxsus olan ünvan 1i ünvanında yerləşən 3,80 ha torpaq sahəsi üzərinə həbs qoyulmasına dair qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bərdə rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(021)-573/2020 nömrəli icra sənədinə əsasən Borclu 16.772 manat məbləğində pul vəsaiti tutularaq tələbkar “X5 Bank Olmayan Kredit Təşkilatı” QSC-nin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2020-ci il tarixdə Bərdə rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsi ilə sorğular edilmişdir. Belə ki, “Elektron İcra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına çıxarışa əsasən müəyyən edilmişdir ki, Borclu məxsus olan ünvan 1i ünvanında yerləşən 3,80 ha torpaq sahəsi müəyyən edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə hesab edir ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu stamaq yolu ilə tələbin əmlaka yönəldilməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Məhkəmə iclasında Borclu borcu hər ay ödəməklə ümumilikdə, cəmi 4500 manat ödədiyini bildirmişdir. Məhkəmə təqdimatı və icra işinin materiallarını araşdırıb, hesab edir ki, təqdimat əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bərdə rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(021)-573/2020 nömrəli icra sənədindən görünür ki, iddiaçı “X5 Bank Olmayan Kredit Təşkilatı” QSC-nin cavabdeh Borclu qarşı kredit borcunun qayatrılması” tələbinə dair iddiası təmin edilməli, cavabdeh Borclu 16742,04 manat əsas kredit borcu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu, cəmi 16772,04 (on altı min yeddi yüz yetmiş iki manat, dörd qəpik) tutularaq iddiaçı “X5 Bank Olmayan Kredit Təşkilatı” QSC-nin xeyrinə ödənilməlidir. Bərdə rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 xx.xx.2020-ci il tarixli icraata başlamaq haqqında qərarından və bildirişin surətindən görünür ki, icra sənədi üzrə icraata başlanmış və borcluya tələbin könüllü icra olunması üçün 10 gün müddət verilmişdir. Elektron icra sistemindən çıxarışdan görünür ki, Borclu mülkiyyətində ünvan 1i ünvanında yerləşən 3,80 ha torpaq sahəsi mövcuddur. Bərdə rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 xx.xx.2023-cü il tarixli borclunun əmlakı üzərinə nəzarət qoyulması haqqında qərardan görünür ki, Bərdə rayon Məhkəməsinin 2(021)-573/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinin icrası ilə bağlı olaraq icra sənədi üzrə Borclu mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən 3,80 ha torpaq sahəsinin üzərinə nəzarət qoyulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qərarları bütün şəxslər üçün məcburidir və Azərbaycan Respublikası ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə görə, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. 43.1 və 43.1.1-ci maddələrinə əsasən, borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir. 44.1 və 44.1.3-cü maddələrinə uyğun olaraq, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirinin tətbiqi üçün əsasdır. 45.1-ci maddəsinə görə, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. 50.2-ci maddəsinin 2-ci hissəsinə əsasən, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakı üzərinə həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 iyun 2002-ci il tarixli 89 saylı qərarı ilə təsdiq edilmiş fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısının 3-cü bəndinə əsasən əsas məşğuliyyəti kənd təsərrüfatı olan borclu və onun ailəsi üçün 1,0 hektaradək kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə tələbin yönəldilməsinə yol verilmir. Belə olduğu təqdirdə məhkəmə hesab edir ki, borcluya məxsus torpağın 1,0 hektarı istisna olmaqla yerdə qalan 2,80 ha hissəsinin üzərinə həbs qoyulmalıdır. Şərh olunanlara əsasən və MPM-in 231, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqdimat qismən təmin edilsin. Bərdə rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(021)-573/2020 nömrəli icra sənədi üzrə tələb borc məbləği həddində xx.xx.1957-ci il təvəllüdlü, ünvan 1ində yaşayan Borclu məxsus ünvan 1ində yerləşən 3,80 ha torpaq sahəsinin 2,80 ha hissəsinin üzərinə həbs qoyulsun. Qərardad rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardaddan yazılı şəkildə Bərdə rayon məhkəməsinə şikayət verilə bilər. Hаkim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar