Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-499/2023 05.09.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Orxan Elşən oğlunun katibliyi ilə, Bərdə Rayon İcra Şöbəsinin icra məmurunun borclunun əmlakının üzərinə həbs qoyulması barədə təqdimatına Bərdə Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Bərdə Rayon İcra Şöbəsinin icra məmuru Mahru Nağıyeva məhkəməyə təqdimatla müraciət edərək Borclu mülkiyyətindəki “VAZ 21074” minik markalı, ** BE *** dövlət nömrə nişanlı avtomobilinin üzərinə həbsin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilsə də məhkəmə iclasına gəlməmişlər. Məhkəmə təqdimata Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Bərdə Rayon İcra Şöbəsinin 05 sentyabr 2023-cü il tarixli, 74205/10 saylı məktubundan müəyyən olunur ki, Borclu mülkiyyətindəki “VAZ 21074” minik markalı, ** BE *** dövlət nömrə nişanlı avtomobilinin üzərinə həbs qoyulması barədə təqdimatın baxılmamış saxlanılması xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Həmin Məcəllənin 260.4-cü maddəsinə görə iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263, 264, 267-ci maddələrinirəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Bərdə Rayon İcra Şöbəsinin icra məmurunun borclunun əmlakının üzərinə həbs qoyulması barədə təqdimatı baxxılmamış saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №8(021)-499/2023
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-499/2023
05.09.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver