Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-5/2024 10.01.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlunun sədrliyi, X7 iclas kаtibliyi ilə, Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 Rayon məhkəməsinin 2(021)-2796/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə tələbin əmlaka yönəldilməsinə dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 Rayon Məhkəməsinə təqdimatla müraciət edərək, yuxarıda qeyd edilənləri nəzərə alaraq, “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 50.2-ci maddəsini rəhbər tutaraq icra sənədinin icrasını təmin etmək məqsədiylə Borclu məxsus olan daşınmaz əmlakın üzərinə həbs qoyulmasına dair qərardadın çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bərdə rayon Məhkəməsinin 2(021)-2796/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu 20031 manat məbləğində pul vəsaiti və dövlət rüsumu tutularaq tələbkar X5 xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə Bərdə rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu tərəfindən ona verilmiş könülü icra müddətində icra sənədində göstərilən tələb təmin edilməmişdir. “Elektron İcra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən edilmişdir ki, Borclu məxsus olan Bərdə rayon Əyricə kəndində 3 nəfər ailə üzvü ilə birlikdə 0,28 ha həyətyanı torpaq sahəsi mövcuddur. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə hesab edir ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Təqdimata baxılması ilə əlaqədar məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq icra sənədi üzrə tələbkar, borclu və İcra və Probasiya Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə borclunun, tələbkarın və İcra və Probasiya Şöbəsinin nümayəndəsinin məhkəmə iclasına gəlməməsinin səbəbini üzrsüz sayaraq işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və icra işinin materiallarını araşdırıb, hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Borclu xx.xx.1985-ci il tarixdə Bərdə rayonu, Əyricə kəndində anadan olmuşdur. Bərdə rayonu, Yeni Əyricə Ərazi Dairəsi, Əyricə kəndində yaşayır və qeydiyyatdadır. Bərdə Rayon Məhkəməsinin 2(021)-2796/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən iddiaçı X5 cavabdeh Borclu qarşı “pul” tələbinə dair iddiası təmin edilməli, cavabdeh Borclu 19.880 manat və 151 manat dövlət rüsumu olmaqla, cəmi 20,031 manat pul tutularaq iddiaçı X8 verilməlidir. Təqdimata əlavə edilmiş JN027A KOD61006038 nömrəli dövlət aktının surətindən görünür ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 10 saylı qərarı ilə 0,29 ha torpaq sahəsi X10, X4 və Borclu verilmişdir. Bərdə rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli icraata başlama haqqında qərardan görünür ki, Bərdə Rayon Məhkəməsinin 2(021)-2796/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsi üzrə icraata başlama haqqında qərar qəbul edilmiş və 10 gün müddətinə borcu könüllü ödəməsi Borclu təklif olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qərarları bütün şəxslər üçün məcburidir və Azərbaycan Respublikası ərazisində hökmən icra olunmalıdır. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə bu prinsipi belə vurğulamışdır: «....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə görə, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. 43.1 və 43.1.1-ci maddələrinə əsasən, borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir. 44.1 və 44.1.3-cü maddələrinə uyğun olaraq, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirinin tətbiqi üçün əsasdır. 45.1-ci maddəsinə görə, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Bundan başqa Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 iyun 2002-ci il tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq siyahısının 3-cü bəndinə əsasən, əsas məşğuliyyəti kənd təsərrüfatı olan borclu və ya onun ailəsi üçün 1 hektaradək kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə tələb yönəldilə bilməz. Belə ki, Borclu ailə üzvləri ilə birlikdə paylı mülkiyyətində olmaqla Bərdə rayon Əyricə kəndində yerləşən 0,29 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı olmaqla 3 nəfərin paylı mülkiyyətindədir və buna görə də borcluya düşən pay torpağının sahəsi (2,70 ha:5 nəfər=0,54 ha) 0,54 ha təşkil edir ki, bu da Nazirlər Kabinetinin qərarında nəzərdə tutulmuş tələbin yönəldilə bilinmədiyi 1 hektaradək kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ölçüsü daxilindədir. Odur ki, məhkəmə hesab edir ki, təqdimat təmin edilməməlidir. Şərh olunanlara əsasən və MPM-in 231, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqdimat təmin edilməsin. Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 Bərdə Rayon Məhkəməsinin 2(021)-2796/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə daşınmaz əmlakın üzərinə həbs qoyulmasına dair təqdimatı rədd edildin. Qərardad rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardaddan yazılı şəkildə Bərdə rayon məhkəməsinə şikayət verilə bilər. Hаkim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №8(021)-5/2024
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-5/2024
10.01.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver