Məhkəmə qərarları › İş №8(021)-500/2023

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-500/2023

30.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-500/2023 30.08.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X6 iclas kаtibliyi, borclu X2 iştirakı ilə, X2 Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(21)-409/2023 nömrəli qərardadın ləğv edilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: X7 məhkəməyə müraciət edərək, Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(21)-409/2023 saylı qərardadın ləğv edilməsi və yeni qərardad qəbul edilərək “VAZ 21074” markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən həbs götürülməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. X7 şikayətini belə əsaslandırmışdır ki, Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(21)-409/2023 nömrəli qərarına əsasən X3 məxsus “VAZ 21074” markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobilə həbs qoyulmasını qanunsuz və qeyri-obyektiv hesab edir. Bildirir ki, üzərinə həbs qoyulan **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobilin onun və ailə üzvlərinin onlara konstitusiya ilə verilmiş mülkiyyət hüquqlarını pozur və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 89 nömrəli qərarı ilə zidiyyət təşkil edir. Burada isə nəqliyyat vasitəsi ona zəruridir. Hesab edir ki, Bərdə Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli 8(21)-409/2023 nömrəli qərardad ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən X2 izahat verərək, hazırda borcunun bank vasitəsi ilə kartından tutulduğunu bildirmişdir. Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(21)-409/2023 nömrəli qərardadın ləğv edilməsi və yeni qərardad qəbul edilərək “VAZ 21074” markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən həbsin götürülməsini xahiş etdi. Məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə digər tərəflərə bildiriş göndərilməsinə baxmayaraq, icra işi üzrə tələbkar və icra məmuru məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. AA ******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.1987-ci ildə anadan olmuşdur. AD ******* seriya nömrəli şəxsi vəsiqədən görünür ki, X7 Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdədir. İş materiallarında olan arayışdan və xidməti xasiyyətnamədən görünür ki, X7 N nömrəli hərbi hissənin maneə ləğvetmə bölüyünün mexanik-sürücüsü vəzifəsində xidmət edir. Xidmət etdiyi müddətdə özünü intizamlı bir hərbi qulluqçu kimi aparmış və Vətən müharibəsində iştirak edərək medallarla təltif edilmişdir. Verilmiş əmr və tapşırıqları düzgün və vaxtında icra edir. Fiziki cəhətdən sağlam və mənəvi cəhətdən dözümlüdür. İş materiallarında olan BOKT "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, cavabdehlər X9, X7, X8, X10 və X4 cəmi 3.317,18 manat kredit borcu alınaraq təşkilata ödəməsi barədə Bərdə rayon Məhkəməsinin qətnaməsi mövcuddur. Cavabdehlərdən X1 3 ayda 1090,18 manat Bərdə rayon icra və probasiya şöbəsi tərəfindən məcburi tutulmadan və məhkəmə qətnaməsində göstərilən kredit borcundan təşkilata ödənilmişdir. Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(021)-409/2023 nömrəli qərardadının surətindən görünür ki, təqdimat təmin edilmiş, bərdə rayon icra və probasiya Şöbəsinin icraatında olan Bərdə rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 29021)- 2756/2022 nömrəli icra sənədi üzrə borc məbləği borclu X3 məxsus olan “VAZ 21074” markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərinə həbs qoyulmuşdur. Məhkəmə hesab edir ki, borc məbləği tam ödənilənədək əmlakın üzərindən həbsin götürülməsi qeyri-mümkündür. Həmçinin, iş materiallarında və məhkəmə iclasında aparılan araşdırma zamanı icra işi üzrə tələbkarın borcluya məxsus avtomobilin üzərindən həbsin götürülməsinə dair razılığı da yoxdur və ya mövcud deyil. Məhkəmə hesab edir ki, avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi gələcəkdə qətnamənin icra edilməsində çətinlik yarada və hətta qətnamənin icrasını qeyri-mümkün edə bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 77.1-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq işdə olan sənədləri araşdırıb hesab edir ki, X2 Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(21)- 409/2023 nömrəli Qərardadın ləğv edilməsi və yeni qərardad qəbul edilərək “VAZ 21074” markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən həbsin götürülməsi barədə şikayəti əassız olduğundan təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 267- 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X2 Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(21)-409/2023 nömrəli Qərardadın ləğv edilməsi və yeni qərardad qəbul edilərək “VAZ 21074” markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən həbsin götürülməsi barədə şikayəti təmin olunmasın. Qərardaddan rəsmi qaydada təqdim edildiyi vaxtdan 10 gün müddətinə Bərdə rayon Məhkəməsinə şikayət vermək olar. Hаkim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar