Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-501/2023 26.09.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X6 iştirakı ilə, X1 Bərdə Rayon Məhkəməsinin 2(021)-3265/2022 saylı, 15 dekabr 2022-ci il tarixli qətnaməsinin hissə-hissə icra edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: X3 məhkəməyə ərizə ilə müraciət edərək Bərdə Rayon Məhkəməsinin 2(021)- 3265/2022 saylı, 15 dekabr 2022-ci il tarixli icra sənədinin hissə-hissə icra edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X3 ərizəsini onunla əsaslandırmışdır ki, 17 aprel 1977-ci il təvəllüdlüdür, Bərdə rayonu, BalaQəcər kənd sakinidir, Bərdə Rayon Məhkəmməsinin 2(021)-3265/2022 saylı, 15 dekabr 2022-ci il tarixli qətnaməsinə əsasən ondan 3920.00 manat pul alınaraq iddiaçı X5 hesabına ödənilməsi qət edilmişdir. Həmin qətnamə icra edilməsi üçün Bərdə rayon İcra və probasiya Şöbəsinə göndərilmişdir.Qeyd edilən qətnamənin icrası ilə əəlaqədar Bərdə rayon İcra və probasiya Şöbəsinin əməkdaşları onu mütamadi təhdid edirlər. Hətta onun barəsində inzibati və cinayət işi açılacağını bildirir. Qətnamədə qeyd edilən 3920 manat pulu maddi imkansızlıqdan bir dəfəyə ödəməyə imkanı yoxdur. Bərdə Rayon Məhkəmməsinin 2(021)-3265/2022 saylı, 15 dekabr 2022-ci il tarixli qətnaməsinin hissəhissə icra edilməsinə dair məhkəmə qətnaməsinə ehtiyacı var. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə Bərdə rayon İcra və probasiya Şöbəsinin nümayəndəsinin və borclunun iştirakı olmadan baxılmasını mümkün saymışdır. X1 ərizəsinin məzmunundan görünür ki, o, Bərdə Rayon Məhkəmməsinin 2(021)- 3265/2022 saylı, 15 dekabr 2022-ci il tarixli icra sənədini hissə-hissə icra etməsini xahiş etmişdir. Məhkəmə X1 ərizəsində göstərilən dəlilləri müzakirə edərək hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Qanunun normasının məzmunundan göründüyü kimi, qətnamənin hissə-hissə icra edilməsi məsələsi həll edilərkən məhkəmə tərəfindən ilk növbədə tərəflərin əmlak vəziyyətinin və borclu üçün əlverişli olmayan və qətnamənin icrası üçün çətinlik yaradan müxtəlif halları nəzərə alınmalıdır. Yuxarıda qeyd olunan qanunun normasına görə qətnamənin hissə-hissə icrası məsələsinə baxılarkən tələbkarın da mənafeyi nəzərə alınmalı və onun qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş hüquqlarının pozulmasına yol verilməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyul 1997-ci il tarixli 2 saylı qərarının 14-cü bəndinə əsasən qətnamənin icra edilməsinə möhlət verilməsi və onun hissə-hissə icra edilməsi müstəsna hal olub iş üzrə qətnamə çıxarmış məhkəmə tərəfindən borclunun ağır əmlak vəziyyəti və yaxud qətnamənin icrası üçün çətinlik törədən, borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Qətnamənin icrasına möhlət verilməsi və yaxud onun icrasının hissə-hissə həyata keçirilməsi məsələsi həll edildikdə məhkəmə tələbkarın mənafəyini də nəzərə almalıdır. Göründüyü kimi, həm Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsi, həm də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyul 1997-ci il tarixli 2 saylı qərarının 14-cü bəndi qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası haqqında məsələ həll edilərkən ilk növbədə tərəflərin əmlak vəziyyətini, xüsusilə də tələbkarın mənafeyinin nəzərə alınmasını nəzərdə tutur. Məhkəmə hesab edir ki, X1 qətnamənin hissə-hissə icra edilməsi barədə ərizəsinin təmin olunması uzun müddətdir ki, pulu ala bilməyən X5 bundan sonra da həmin pula dair mülkiyyət hüququnu həyata keçirməklə bağlı qeyri-müəyyən vəziyyətə salır və tələbkarın Azərbaycan Respublikası Konstitusiyası və «İnsan Hüquqlarının və X9 haqqında» Avropa Konvensiyası ilə təsbit olunmuş mülkiyyət hüququnun pozulması və öz hüquqlarını realizə etmək imkanından məhrum olunması ilə nəticələnməsinə gətirib çıxarmasına səbəb olardı. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və X9 haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbayjan Respublikasının Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və X9 haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Prokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında qeyd edilir ki, Avropa Konvensiyasının iştirakçısı olan dövlətin hüquq sistemi qanuni qüvvəyə minmiş və icra edilməli olan qətnamənin tərəflərdən birinə münasibətdə icrasız qalmasına imkan versəydi, onda ədalətli məhkəmə baxışında olan hüquq xəyali xarakter alardı. Məhkəmə hazırkı ərizənin baxılması ilə əlaqədar İnsan hüquqları üzrə Avropa Məhkəməsinin aşağıdakı qərarına istinad etməyi zəruri hesab edir. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Yunanıstan Neft emalı zavodu “Stern” Yunanıstana qarşı” işində arbitraj qətnaməsini Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin müddəlarına müvafiq olaraq “Əmlak” hesab edilməsi qərarına gəlmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Hornbi Yunanıstana qarşı işi üzrə 19 mart 1997-ci il tarixli qərarında xatırlatmışdır ki, «Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi hər kəsin mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə tərəfindən işinin araşdırılması hüququna malikdir. Beləliklə, bu hüquq işin məhkəmə tərəfindən araşdırılması hüququnu təsbit edir. Mülki işlər üzrə məhkəməyə iddia vermək bu hüququn bir cəhətini təşkil edir, Razılığa gələn Tərəfin hüquq sistemi qəti məcburi hüquqi qüvvəyə malik olan məhkəmə qərarlarının tərəfin birinə münasibətdə fəaliyyətsiz qalmasına imkan verdiyi halda bu hüquq xəyalı xarakter almış olardı. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin ədalətli, açıq və ağlabatan məhkəmə prosesinin tərəflərə təqdim etdiyi bütün prosessual təminatları dəqiqliklə nəzərdə tutulmasını və məhəkəmə qərarlarının icrası prosesini müdafiə etməməsini düşünmək ağlasığmaz olardı. Konvensiyanın 6-cı maddəsinin yalnız ədalət mühakiməsinə çatmaq hüququnu tənzimlənməsi kimi tərtib olunması Razılığa gələn Dövlətlərin Konvensiyanı imzalayarkən riayət etmələrini öhdələrinə götürdükləri hüququn aliliyi Prinsipi ilə uyğunsuzluğa aparan vəziyyətə gətirib çıxaracaqdır». İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Burdov Rusiyaya qarşı” işdə (7 may 2002-ci il) eyni xarakterli məsələlərə bir daha münasibət bildirərək qeyd etmişdir ki, məhkəmə qərarının icrası üçün zəruri tədbirlər görməkdən uzun müddət yayınma 6-cı maddənin 1-ci bəndində ifadəsini tapmış müddəanı faydalılıq qüvvəsindən məhrum etmiş olur. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və X9 haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli qərarının 6-cı bəndində göstərilir ki, «ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələr nəzərə almalıdılar ki, «İnsan hüquqularının və X9 haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən «hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Ağlabatan müddətin müəyyən edilməsində məqsəd mülki prosesdəki tərəfləri, həddən artıq gecikdirmələrdən qorumaqdan və ədalət mühakiməsinin səmərəliliyinə nail olmaqdan ibarətdir. Mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. Hər bir iş üzrə ağlabatan müddət konkret işin xarakterindən, mürəkkəbliyindən, ərizəçinin proseslə bağlı davranışından asılı olaraq müəyyənləşdirilməlidir. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, X1 qətnamənin hissə-hissə icra edilməsinə dair ərizəsinin təmin olunması uzun müddət pulunu ala bilməyən tələbkar X8 münasibətdə Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinin və İnsan Hüquqularının və X9 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinin və Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinin tələblərinə zidd olmaqla, həmin maddələrin pozulması ilə nəticələndiyindən ərizə təmin oluna bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: X2 Bərdə Rayon Məhkəməsinin 2(021)-3265/2022 saylı, 15 dekabr 2022-ci il tarixli qətnaməsinin hissə-hissə icra edilməsi tələbinə dair ərizəsi təmin edilməsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №8(021)-501/2023
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-501/2023
26.09.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver