Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-505/2023 05.09.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədirliyi, Məhkəmə iclas katibi Bayramov Orxan Elşən oğlunun katibliyi, X1 Bərdə Rayon Məhkəməsinin 2(021)-507/2013 saylı, 19 aprel 2013-cü il tarixli məhkəmə qərarının yenidən icraya yönəldilməsinə dair ərizəsinə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bərdə Rayon Məhkəməsinin 2(021)-507/2013 saylı, 19 aprel 2013-cü il tarixli məhkəmə əmrinə əsasən cavabdeh X7 hər ay bir uşağın saxlanılması üçün 60 manat məbləğində aliment tutularaq iddiaçı X5 verilməsi qət edilmişdir. X2 məhkəməyə ərizə verərək, Bərdə Rayon Məhkəməsinin 2(021)-507/2013 saylı, 19 aprel 2013-cü il tarixli icra sənədinin yenidən icra yöndəlilməsini xahiş etmişdir. X2 ərizəsini onunla əsaslandırmışdır ki, Bərdə Rayon Məhkəməsinin 2(021)-507/2013 saylı, 19 aprel 2013-cü il tarixli qərarına əsasən cavabdeh X7 hər ay bir uşağın saxlanılması üçün 60 manat məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir. Qeyd edilən icra sənədi icra olunması üçün Bərdə Rayon İcra və probasiya Şöbəsinə göndərilmiş, lakin ərizəsinə əsasən icra sənədi icra edilmədən məhkəməyə geri qaytarılmışdır. Bərdə Rayon Məhkəməsinin 2(021)-507/2013 saylı, 19 aprel 2013-cü il tarixli icra sənədinin yenidən icraya yönəldilməsini xahiş etmişdir. Məhkəmə iclasın vaxtı və yeri barədə tələbkara, borcluya və Bərdə rayonu İcra və probasiya Şöbəsinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə işə borclu, tələbkar və Bərdə rayonu İcra və probasiya Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, Bərdə Rayon Məhkəməsinin 22(021)-507/2013 saylı, 19 aprel 2013-cü il tarixli qətnaməsinə əsasən cavabdeh X7 hər ay bir uşağın saxlanılması üçün 60 manat məbləğində aliment tutularaq iddiaçı X5 verilməsi qət edilmişdir. İcra sənədi icraya yöndəlilmişdir, lakin icra sənədi icra edilmədən məhkəməyə qaytarılmışdır. Məhkəmə hesab edir ki, X3 Rayon Məhkəməsinin 22(021)-507/2013 saylı, 19 aprel 2013cü il tarixli qətnaməsi üzrə icra sənədi üzrə icra məmurunun “İcra sənədinin qaytarılması haqqında” qərar qəbul edilmiş və həmin qərarı ərizəçi mübahisələndirməmiş, birbaşa olaraq icra sənədinin yenidən icraya yönəldilməsini xahiş etdiyindən ərizə təmin edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutuaraq məhkəmə QƏRARAALDİ: X1 Bərdə Rayon Məhkəməsinin 22(021)-507/2013 saylı, 19 aprel 2013-cü il tarixli icra səndinin yenidən icraya yönəldilməsi barədə ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. HakimElsun Əhmədov
Məhkəmə qərarları › İş №8(021)-505/2023
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-505/2023
05.09.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver