Məhkəmə qərarları › İş №8(021)-506/2023

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №8(021)-506/2023

05.09.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 8(021)-506/2023 05.09.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Babaşov Fuad Bəhruz oğlunun sədirliyi, Məhkəmə iclas katibi Abbasova Afət Ağarza qızının katibliyi ilə, X1 Bərdə rayon İcra və probasiya Şöbəsinin 176371/2023-43-10-003 nömrəli, xx.xx.2023cü il tarixli icraata başlamaq haqqında qərarından verdiyi şikayətə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X2 məhkəməyə şikayətlə müraciət edərək Bərdə rayon İcra və Probasiya Şöbəsinin 176371/2023-43-10-003 nömrəli, xx.xx.2023-cü il tarixli İcraata başlamaq haqqında qərararının ləğv edilməsini xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdır ki, Bərdə Rayon İcra və Probasiya şöbəsinin qərarında icranı könüllü təmin etməyi barədə icraata başlaması barədə qərar qəbul edilmişdir, lakin qərarda göstərilmişdir ki, 10 gün müddətinə Bərdə rayon məhkəməsinə qərardan şikayət verməyi bildirmişdir. Qeyd etmişdir ki, Gəncə Apellyasiya məhkəməsinin hakimi Fikrət Mehtiyev ədalətsiz qətnamə qəbul etmişdir, beləki guya birgə nigah dövründə götürülmüş kredit olub, əslində X6 krediti götürüb, ondan xəbərsiz anasına vermişdir, hətta kreditin ödənilməsi barədə əlində rəsmi qəbzlərdə var, lakin icra məmuru qəbzləri əsas kimi saymır, Gəncə Apellyasiya məhkəməsi əsassız qətnamə qəbul edilmişdir, Gəncə apellyasiya məhkəməsi Bərdə rayon məhkəməsinin qətnaməsini ləğv edib əsassız qətnamə qəbul etmişdir, hətta Gəncə Apellyasiya qətnaməsindən kasassiya şikayəti vermək olmaz kimi yekun qərarda qəbul edilmişdir, bu barədə O Məhkəmə-hüquq şurasına müraciət etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1606/2023 nömrəli, 24 iyun 2023-cü il tarixli icra sənədinə əsasən X2ndan 3551,17 manat məbləğində pul vəsaiti və dövlət rüsumu alınaraq tələbkar X3 xeyrinə ödənilməlidir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra sənədi icra edilməsi üçün Bərdə rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. Məhkəmə iclasın vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verdilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə boclu X5 şikayətini, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1606/2023 nömrəli, 24 iyun 2023-cü il tarixli icra sənədinə əsasən X2ndan 3551,17 manat məbləğində pul vəsaiti və dövlət rüsumu alınaraq tələbkar X3 xeyrinə ödənilməlidir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra sənədi Bərdə Rayon İcra və probasiya Şöbəsinə göndərilmişdir. İş materiallarında olan elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, X8 – xx.xx.1988-ci ildə Bərdə rayonunda anadan olmuşdur. (FİN: 5NAJ520). İş materiallarına əlavə olunmuş, 27 iyul 2023-cü il tarixli icraata başlama haqqında qərarın surətindən müəyyən olunur ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)- 1606/2023 nömrəli, 24 iyun 2023-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarına əlavə olunmuş Bərdə Rayon İcra və probasiya Şöbəsi tərəfindən X7 ünvanlanmış bildirişin surətindən müəyyən olunur ki, tələbin könüllü icra dilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, GTKR2076586A186 saylı kredit müqaviləsinə əlavədən görünür ki, X6 27.84 faiz olmaqla, 48 ay müddətinə 5000 manat məbləğində pulu "xxxx" ASC-dən götürmüşdür. Məhkəmə hesab edir ki, X1 Bərdə rayon İcra və probasiya Şöbəsinin 176371/2023- 43-10-003 nömrəli, xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarından verdiyi şikayət əsassızdır və şikayət təmin edilməməlidir. Çünki, Gəncə Apellyasiya Məhkəməsinin qüvvədə olan 2(104)-1606/2023 nömrəli, 24 iyun 2023-cü il tarixli icra sənədi üzrə icraata başlanılma haqqında qərar qəbul edildiyindən onun ləğv edilməsi üçün heç bir əsas mövcud deyil. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutuaraq məhkəmə QƏRARAALDİ: X1 Bərdə rayon İcra və probasiya Şöbəsinin 176371/2023-43-10-003 nömrəli, xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarından verdiyi şikayət təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar